“Biz Türkiyə ilə ikitərəfli münasibətlərin bəzi məsələlərini müzakirə etdik, konkret razılaşmalar əldə olundu”.
Elchi.az xəbər verir ki bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nazirlər Kabinetinin bu günkü iclasında Türkiyəyə səfəri barədə danışarkən bildirib.
O, qeyd edib ki, Türkiyə tərəfi erməni xilasedicilərinin xidmətini və humanitar yardımı yüksək qiymətləndirib:
“Hesab edirəm ki, bu, bizim tərəfimizdən mühüm humanitar addım idi.
Son sərhədlərin açılması məqsədilə dialoq prosesinin sürətləndirilməsi ilə bağlı qərar var. Tarixi Ani körpüsünün bərpası ilə bağlı birgə iş aparacağımız açıqlandı.
Əsasən, turizm mövsümü başlamazdan əvvəl biz də çalışacağıq ki, üçüncü ölkə vətəndaşları və iki ölkəmizin diplomatik pasportlarına malik vətəndaşlar üçün quru sərhədindən keçidi başa çatdıraq”, – deyə Mirzoyan bildirib.
Yeganə