Milyarder həbs olundu

45

Rusiyalı milyarder, “Sistem” Açıq Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri Vladimir 1410894346Yevtuşenkov ev dustağı edilib. 
Axar.az  xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən məlumat verilib.
Milyarder şirkət səhmlərini oğurlamaq, Başqırdıstan Respublikasının yanacaq-energetika kompleksinə məxsus şirkət səhmlərini oğurlamaqda və onları leqallaşdırmaqda ittiham olunur.
Qeyd edək ki, “Sistem” ASC-nin direktorlar şurasının sədri olan Vladimir Yevtuşenko Rusiyanın 20 ən varlı biznesmenlərindəndir. “Forbes”in hesablamalarına görə, Yevtuşenkovnun sərvəti 9 milyarda yaxındır.