"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Millət vəkilindən şok: “Əhməd Necdət Əliyevə demişdi ki…”

26 Noyabr 2015 - 09:29
in MANŞET, XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Tramp: İranla müharibə çox tezliklə bitəcək

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Pilotları Türkiyə tərəfi deyil, əraziyə nəzarət edən türkman silahlı qüvvələrinin döyüşçüləri vurub. Təbii ki, türkmanlar bunu qisas hissi ilə ediblər. Bilirsiniz ki, xeyli vaxtdır Rusiya təyyarələri dinc türkmanları bombalayır və Türkiyə də dəfələrlə buna etirazını ən sərt diplomatik dillə bildirib.

Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında deyib. Millət vəkili bildirib ki, Türkiyə Su-24-ü vurmamalı idi:

 

“Hesab edirəm ki, Türkiyə o təyyarəni vurmamalıydı və çalışmalıydı ki, Rusiya ilə münaqişədən qaçsın. Amma düşünmürəm ki, Türkiyə bu qərarı təkbaşına verib. Yəqin ki, Türkiyə NATO üzrə müttəffiqləri ilə məsləhətləşəndən sonra belə bir qərar qəbul edib. Türkiyə artıq bir neçə dəfə xəbərdarlıq etmişdi ki, rus təyyarələri onların hava məkanını pozur. Hesab edirəm ki, Rusiyanın Türkiyənin çağırışlarına məhəl qoymaması, eyni zamanda, görünür, Türkiyəyə “qorxma, vur” deyilməsi sonda belə bir situasiyanın yaşanmasına gətirib çıxardı. Mən əminəm ki, Ərdoğana təminat verilməsə idi, o, heç bir halda belə bir riskə getməzdi. Hadisədən dərhal sonra Barak Obamanın Ankaranı dəstəkləməsi bunun sübutudur”.

 

Q.Həsənquliyev bildirib ki, bu hadisə Putinin nüfuzunu zədələdi:

 

“Putinin hazırda Rusiyadakı reytinqi və yürütdüyü xarici siyasət dünyaya meydan oxuyan bir siyasətçi obrazı üzərində qurulub. Amma təyyarənin vurulması onun bu məğlubedilməz imicini kifayət qədər zədələyir. Putin də bunun fərqindədir. Rusiyanın Krımda qısa müddətdə çox az itki hesabına nəhəng hərbi zəfər əldə etməsi Putini xeyli ruhlandırmışdı və onun böyük bir sərkərdə obrazını yaratmışdı. Amma etiraf etmək lazımdır ki, belə bir məqamda rus təyyarəsinin Türkiyə tərəfindən vurulması Ərdoğanın Putinə vurduğu tərs şillə effekti verdi. Ona görə də əgər təminatı olmasaydı, düşünmürəm ki, Türkiyə belə bir riskə gedəydi”.

 

Millət vəkili Azərbaycanın bu məsələyə qarışmasının və mövqe bildirməsinin doğru olmadığı qənaətindədir:

 

“Azərbaycan bu məsələdə mövqe ortaya qoymamalıdır. Yəni bir tərəfdə bizə qardaş olan bir Türkiyə, qarşı tərəfdə də böyük qonşumuz Rusiya var. Ona görə də bu münaqişədə tərəflərdən hansısa birinin mövqeyini müdafiə etmək kökündən yanlış olardı. Türk qardaşlarımız da vəziyyətimizi yaxşı anlayır və bilirlər ki, əgər sabah Rusiya Azərbaycanın üstünə gəlsə, onların Azərbaycanı müdafiə etmək imkanları sıfıra bərabərdir. Yəni biz bu acı reallığı birinci Qarabağ savaşında görmüşük. Halbuki o vaxt torpaqlarımızı Rusiya yox, Ermənistan işğal edirdi və Moskva özü bu münaqişədə açıq şəkildə tərəf kimi çıxış etmirdi. Ona görə də düşünmürəm ki, sabah Rusiya Azərbaycanın üzərinə gəlsə, Türkiyə birinci Qarabağ savaşından fərqli mövqe ortaya qoya biləcək. Digər tərəfdən, bizim Rusiyanı da dəstəkləyimiz doğru olmazdı. Çünki bu hadisəyədək Rusiya əsassız olaraq dinc türkmanları bombalayırdı, aqressor kimi davranırdı. Etiraf etmək lazımdır ki, Türkiyənin ixtiyarı öz əlində deyil və NATO Ankaraya bu icazəni də verməz. Vaxtilə Azərbaycanın çox tanınmış diplomatlarından biri bir neçə millət vəkili ilə söhbətində deyirdi ki, bir dəfə rəhmətlik Heydər Əliyev türkiyəli həmkarı Əhməd Necdət Sezəri yoxlamaq istəyir və görüş zamanı ona deyir ki, xalq məndən Qarabağın hərbi yolla azad edilməsini tələb edir. Təsəvvür edin ki, hətta Əhməd Necdət Sezər ona öz sözünü bitirməyə aman vermir və deyir ki, sayın Haydar bəy, NATO-nun izni olmadan biz sizə bir kurşun da verə bilmərik. Bunlar çoxumuzun bildiyimiz acı faktlardır. Vaxtilə Əbülfəz Elçibəy ürək ağrısı ilə söyləyirdi ki, mən Kəlbəcərin işğalı ərəfəsində 3 dəfə Dəmirələ telefon açaraq sadəcə mülki əhalini qırğınlardan qurtarmaq üçün mülki helikopter istədim, hər dəfə bəhanə gətirərək iki mülki helikopter ayırmaqdan imtina etdi. Dəmirəl axırda məcbur olub Elçibəyə etiraf edib ki, siz məni başa düşün, bu, Türkiyənin münaqişəyə müdaxilə etməsi kimi yozula bilər və bu da Rusiyanı qəzəbləndirər. Ona görə də mən hesab edirəm ki, bu cür qorxaq siyasi liderləri olan bir dövlətin Rusiya təyyarəsini vurması sadəcə öz iradəsinin nəticəsi ola bilməz. Biz Ərdoğanı da kifayət qədər tanıyırıq və onun yürütdüyü siyasəti yaxından izləyirik. Heç kimə sirr deyil ki, Ermənistanla bütün ticarət əlaqələr qurulub, ermənilər də Türkiyədə sərbəst gəzib dolanırlar. Ona görə də Ermənistanla sərhədlərin rəsmən bağlı qalması sadəcə Azərbaycana siyasi və mənəvi dəstəkdən başqa heç nəyi ifadə etmir. Yəni sərhədlərin bağlı olması Ermənistan üçün heç bir iqtisadi məhrumiyyət yaratmayıb. Bu bağlama simvolik xarakter daşıyır və Türkiyə – Ermənistan ticarət dövriyyəsi artıq 300 milyon dolları keçib. Azərbaycanın da indiki gərginləşən situasiyada edə biləcəyi odur ki, hər iki ölkə ilə normal münasibətləri qoruyub saxlasın. Eyni zamanda hər iki ölkə ilə münasibətlərin yüksək səviyyədə olmasından istifadə edərək çalışmalıdır ki, bu münaqişə daha da dərinləşməsin. Çünki dərinləşsə, bundan ən çox ziyanı Azərbaycan çəkəcək. Əlbəttə, böyük dövlətlər üz-üzə gələndə kiçik dövlətlərin edə biləcəyi az şey qalır. Amma biz də çalışmalıyıq ki, nəyə gücümüz çatırsa, bu münaqişənin ən qısa zamanda həllini tapmasına öz töhfəmizi verək”.

 

Previous Post

Millət vəkilindən şok: “Əhməd Necdət Əliyevə demişdi ki…”

Next Post

Məktəblər soyuqdan donur

Bənzər yazılar

Tramp: İranla müharibə çox tezliklə bitəcək

Tramp: İranla müharibə çox tezliklə bitəcək

30 Oktyabr 2026 - 16:28

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin, onun hansı yolla yekunlaşmasından asılı olmayaraq, yaxın vaxtlarda başa çatacağı barədə fikrini bildirib. Elchi.az...

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

Cey Di Vens məxfi sənədlər əsasında UNO-ları araşdıracaq

30 Oktyabr 2026 - 12:12

ABŞ-ın vitse-prezidenti Cey Di Vens məxfi dövlət məlumatlarına çıxış imkanından istifadə edərək UNO və fövqəltəbii hadisələr haqqında materialları öyrənmək niyyətindədir....

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21

Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb....

Azərbaycan qlobal proseslərin önündə

Azərbaycan qlobal proseslərin önündə

29 Oktyabr 2026 - 16:53

Prezident İlham Əliyevin liderliyi ilə Bakı beynəlxalq gündəliyin aktual məsələlərinin müzakirə olunduğu, müxtəlif dövlətləri və beynəlxalq təşkilatları bir araya gətirən...

Next Post

Məktəblər soyuqdan donur

Məktəblər soyuqdan donur

Son xəbərlər

Parisdə komendant saatı tətbiq edilib

Parisdə komendant saatı tətbiq edilib

30 Oktyabr 2026 - 18:00
Milli Məclisin 3 noyabrda keçiriləcək iclasının gündəliyi açıqlanıb

Milli Məclisin 3 noyabrda keçiriləcək iclasının gündəliyi açıqlanıb

30 Oktyabr 2026 - 17:48
Ərdoğan Ceyhun Bayramovla görüşdü

Ərdoğan Ceyhun Bayramovla görüşdü

30 Oktyabr 2026 - 17:35
ABŞ Salvadora hərbi yardım göstərməkdən imtina edib

ABŞ Salvadora hərbi yardım göstərməkdən imtina edib

30 Oktyabr 2026 - 17:26
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb

30 Oktyabr 2026 - 17:14
YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib

30 Oktyabr 2026 - 17:07
Kritə gələn miqrantların sayı ötən ilin rekordunu keçib

Kritə gələn miqrantların sayı ötən ilin rekordunu keçib

30 Oktyabr 2026 - 16:58
Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi

Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi

30 Oktyabr 2026 - 16:45
FHN-in Muğan Regional Mərkəzi “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirib

FHN-in Muğan Regional Mərkəzi “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirib

30 Oktyabr 2026 - 16:36
Tramp: İranla müharibə çox tezliklə bitəcək

Tramp: İranla müharibə çox tezliklə bitəcək

30 Oktyabr 2026 - 16:28
Prezident kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib – SİYAHI

Prezident kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib – SİYAHI

30 Oktyabr 2026 - 16:21
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib

Anar Əliyev Şuşada vətəndaşları qəbul edib

30 Oktyabr 2026 - 16:16
“Moody’s”: Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

“Moody’s”: Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

30 Oktyabr 2026 - 16:09
Ceyhun Bayramov: Ermənistan sülh sazişinin imzalanması üçün zəruri addımlar atmalıdır

Ceyhun Bayramov: Ermənistan sülh sazişinin imzalanması üçün zəruri addımlar atmalıdır

30 Oktyabr 2026 - 16:01
FİFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi

FİFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi

30 Oktyabr 2026 - 12:29
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.