Birləşmiş Ştatlar Salvadora Haitidə hərbçilərin xilasedilməsi əməliyyatının keçirilməsi üçün hərbi yardım göstərməkdən imtina edib.
Elchi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Axios” portalı məlumat yayıb.
Daha əvvəl Salvador hakimiyyəti dörd salvadorlu hərbçini xilas etmək üçün Haiti ərazisindəki miqyaslı əməliyyata 2 mindən çox hərbi qulluqçu cəlb etmək qərarına gəlib.
Portalın məlumatına görə, Salvador Birləşmiş Ştatlardan hərbi texnika, o cümlədən PUA-lar və nəqliyyat təyyarələri istəyib, lakin rədd cavabı alıb. Qeyd olunur ki, Kolumbiya Ekvador qüvvələrinin təmin edilməsi üçün “qeyri-rəsmi vasitəçi” kimi cıxış edə bilər. “Axios”un yazdığına görə, Cənubi Amerika ölkəsi Karib dənizi dövlətindəki kontingentini iki və ya hətta üç dəfə artırmağı planlaşdırır.
Bununla belə, portal xəbər verir ki, Salvador Prezidenti Nayib Bukele Haitidə həmvətənlərinin xilasedilməsi əməliyyatı başlamazdan əvvəl amerikalı həmkarı Donald Trampa zəng edib və əməliyyatın keçirilməsi üçün onun razılığını alıb.
Haiti cinayətkar qruplaşmaları tərəfindən qaçırılan dörd Salvador vətəndaşının azad edilməsi üzrə hərbi əməliyyatın başladığını Bukele oktyabrın 22-də elan edib və girovlar sağ-salamat azad edilməyəcəyi təqdirdə dəstə liderlərini sərt tədbirlərlə hədələyib.
Məryəm




















