Almaniya dağ silsiləsində dolaşan sirli çılpaq adamdan danışır. Alman mətbuatının “qurd canavar” kimi qələmə verdiyi bu şəxsin illərdir meşədə tək yaşadığı düşünülür.
Elchi.az xəbər verir ki, Almaniyanın Harz dağlarında turistlər tərəfindən çəkilən sirli çılpaq adam sürpriz yaradıb.
Alpinistlər zədələnmiş köhnə qalanın yanında taxta nizə ilə gəzən 40 yaşlarında çılpaq kişinin fotosunu çəkiblər. Alman mətbuatının “qurd canavar” kimi qələmə verdiyi bu şəxsin 5 ildir meşə və dağlıq ərazidə tək yaşadığı düşünülür.
“Bild” qəzeti görüntülərdə kişinin saç və saqqalının uzandığını və uzun müddətdir vanna qəbul etmədiyi göründüyünü yazıb. Kişinin fotosunu çəkən alpinistlərdən Gina Weiss Bild-ə açıqlamasında “Qum mağaralarına yaxınlaşanda canavar gördük. Bizə baxdı və heç nə demədi. “Onlar tarix kitablarında daş dövrü insanlarına oxşayırdılar.
Şayəstə Hüseynova