Almaniya kansleri Fridrix Merz deyib ki , Polşadakı pilotsuz təyyarə insidentinin Rusiyanın NATO- ya qarşı “təxribatı” olduğu iddia edilir.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Bu ehtiyatsız hərəkətlər Baltik dənizi regionunda və NATO-nun şərq cinahında uzun sürən təxribatların bir hissəsidir”,- deyə Merz bildirib.
Merzin sözlərinə görə, Şimali Atlantika Alyansı üzv dövlətlərini müdafiə etməyə hazırdır.
Nuranə Məmmədova





















