“
Vladimir Putin Ukrayna ilə bağlı sülh planına çərşənbəyə qədər baxmayacağı təqdirdə Almaniya Kiyevə silah verilməsi məsələsində ABŞ-ı müdafiə edəcək”. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Wall Street Journal” özünün etibarlı mənbələrinə istinadən yayıb. Mənbə bildirib ki, Rusiyanın yeni planla razılaşmayacağı təqdirdə Merkel Moskvanı növbəti sanksiyalarla hədələyərək Kremlin xaricdəki bütün hesablarını donduracağı ilə bağlı Putinə xəbərdarlıq edib. Merkel həmçinin Putinə Rusiyanın bütün şirkətlərinin də yeni siyahıya düşəcəyini deyib. Qeyd edək ki, fevralın 11-də Minskdə Rusiyanın da iştirakı ilə Ukrayna konfliktinin həlli üçün yeni görüş olacaq.
Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili xarici müdaxilənin və xarici maliyyələşdirmənin tənzimlənməsi üçün suverenlik, şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanan beynəlxalq standartın...


















