İlon Mask: “Zelenskinin Kiyevi dəstəkləmək üçün ABŞ-la danışıqları böyük səhvdir”
Amerikalı iş adamı və milyarder İlon Mask Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ arasında Kiyevə davamlı dəstək məsələsi ilə bağlı son danışıqlar barədə fikirlərini bildirib. Mask X sosial şəbəkəsindəki paylaşımında bu addımı böyük səhv adlandırıb və Ukrayna ilə Rusiya arasında münaqişənin heç vaxt bitməyəcəyindən ehtiyat etdiyini bildirib.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir
O, hesabında “Bu dəlilikdir”,-deyə qeyd edib.
Mask Zelenskinin Kiyevə on il ərzində dəstək vermək üçün ABŞ-la işləmək niyyəti ilə bağlı açıqlamalarına diqqət çəkən iş adamı David Saksın yazısına cavab verib. Saksa görə, Zelenskinin danışdığı 61 milyard dollarlıq yardım paketi yalnız başlanğıcdır və növbəti iki Amerika prezidenti bu kursu belə dəyişə bilməyəcək.
Mask isə öz növbəsində bu cür dəstəyin effektivliyinə şübhə etdiyini bildirib. O, digər ölkələrin münaqişəni dayandırmaq üçün bütün cəhdlərinə baxmayaraq, Ukrayna ilə Rusiya arasında münaqişənin qeyri-müəyyən müddətə uzana biləcəyini bildirib. Maskın fikrincə, belə yanaşma uzunmüddətli müharibəyə və regionun gələcəyi ilə bağlı qeyri-müəyyənliyə səbəb ola bilər.
Yeganə