"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Maşın bazarı qəsdən yandırılıb?

01 İyul 2016 - 14:38
in XƏBƏR LENTİ
FacebookVatsap

Ötən gün axşam saatlarında Bakının Babək prospektində fəaliyyət göstərən “Maşın bazarı”nda baş verən güclü yanğın nəticəsində sahibkarlara milyon manatlarla ziyan dəyib. 3 ticarət cərgəsinin iki sırasının yandığı bazarda 60 -dan  çox mağaza külə dönüb.

Virtualaz.org saytının hadisə yerində olan əməkdaşlarının məlumatına görə, hazırda bazar bağlıdır və içəridə Fövqəladə Hallar Nazirliyinin istintaq qrupu araşdırma aparır. Bazarın bütün  girişlərində polis postu qurulub, nəinki jurnalistlər, heç sahibkarlara da içəri girməyə icazə verilmir.

Bunu da oxuyun

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

Maşın ehtiyatı hissələrinin satışı ilə məşğul olan Sabir İmanovun virtualaz.org-a bildirdiyinə görə, ona məxsus mağazada 300 min manatlıq mal yanıb:

“Mən 25 ildir bu bazarda işləyirəm, burada canımı qoymuşam. 300 min manatlıq malım yanıb. 3 satıcım var idi. Buranı qəsdən yandırıblar. Çünki bu bazarda işıq saat 19:00-da sönür. Yanğın da saat axşam saat 21-də  baş verib. Ancaq qəsdən yandıra bilərlər. Çox güman ki, bazar adamları yandırıblar. Yiyəsiz bazardır, baxan yoxdur. Təsəvvür edin ki, burada su da yoxdur, nəzarət yoxdur, 1-2 narkomanı oturdublar, guya mühafizəçidir”.

Mağaza sahiblərinin sözlərinə görə avtomobillərin ehtiyat hissələri bahalı, ən azı 50-100 manat olduğundan dəyən ziyan da böyükdür.

 Zərərçəkmiş Azər Qürbətov deyir ki, ona 250 min manatlıq ziyan dəyib və mağazadan “bir şrup da” çıxara bilməyib:

“Su yox  idi, gələn maşınlar susuz gəlmişdilər. Gözümüz görə-görə mağazamız yanıb qurtardı. Bir şrup da salamat qalmayıb, təmiz əriyib. Rusiya istehsalı olan maşınlarının ehtiyat hissələrini satırdım. Mənə 250 min manatlıq ziyan dəyib”.

20 ildir burada mağaza işlədən Sultan Məmmədovun sözlərinə görə, elə ən az yanıb külə dönən maşın hissəsi onda olub.  Burada milyonlarla manatlıq malı yanan sahiblkarlar var:

“Mağazamız külə dönüb. Axırıncı hesablamama görə 62 min manatlıq ziyan dəyib. Elə ən az ziyan bəlkə də mənə dəyib, adam var ki, milyon manatlıq malı kül olub.  Buradan heç kim heç nə çıxara bilməyib. Yalnız 2 mağaza çıxara bilib ki, onlara da yanğın çatmamışdı. Yarım milyon,  1 milyon manatlıq malı yananlar var. Məsələn,  Saşa, İsa kişi, Sakit, Həmid dayıda bəlkə 1 milyonluq mal yanıb”

Sahibkar deyir ki, hələ nə yanğının səbəbləri, nə sonrakı aqibtlərinin necə olacağı haqda heç nə bilmirlər.  Kompensasiya-filan söhbəti də yoxdur. “Bizi heç bazar rəhbərliyinin qəbuluna buraxmırlar. Heç kimin sığortası yoxdur. Bazara sığortanı buraxmayıblar ki, bura standartlara uyğun deyil. Amma vergi  alırlar, hər ay vergini ödəyirik. VÖEN-lə işləyirik. Hər ay 60 manata yaxın mühafizə pulu veririk. Buranın mühafizəçisi hara baxıb, müdiriyyəti hara baxıb? İşığı niyə söndürməyiblər?”, – deyə sahibkar bildirib.

Sahibkarlar həm də hadisə yerinə gələn yanğınsöndürən maşınların susuz olduğunu deyirlər. Onların sözlərinə görə, müəssisə yanır, maşınlar isə 200 litr su vurular və su qurtarır. Bazarda satılan məhsullar kimyəvi maddələr, yağlar, antifilizlər  olduğuna görə, söndürmək üçün köpük, od əleyhinə vasitələr lazım idi ki, onlar da olmayıb.

Sahibkarlar onu da bildirdilər ki, buradan ən azı 300-ə yaxın ailə dolanışığını təmin edirdi.

Ərazidə araşdırma aparan FHN-in istintaq-təhqiqat qrupundan da əlavə məlumat öyrənə bilmədik. Qrup rəhbərinin sözlərinə görə,  ehtimallar  var ki, hadisəyə səbəb qısaqapanma olub:

“Müayinə aparılır. Yəqin ki, elektrik naqillərində qısa qapanma olub.  60-dan çox mağaza yanıb. Yanan sahə  təxminən 1000 kvadrat metr ərazidir”. 

 

Virtualaz.org

◀▶

Previous Post

Maşın bazarı qəsdən yandırılıb?

Next Post

Çexiya prezidenti ölkənin Aİ və NATO-dan çıxması üzrə referendum təklif etdi

Bənzər yazılar

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

25 Oktyabr 2026 - 12:03

“Bu gün işğaldan azad olunmasını Qubadlı Şəhəri Günü kimi qürurla qeyd etdiyimiz bu qədim yurdumuz ötən əsrin sonlarından başlayaraq ağır...

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

25 Oktyabr 2026 - 11:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

25 Oktyabr 2026 - 11:09

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 25-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə yağıntılar...

Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

25 Oktyabr 2026 - 11:07

Avstraliyanın Uolter və Eliza Hall İnstitutunun alimləri qamma-delta T hüceyrələrinin şiş digər immun sistemlərindən yayınsa belə, kiçik hüceyrəli ağciyər xərçəngi...

Next Post

Çexiya prezidenti ölkənin Aİ və NATO-dan çıxması üzrə referendum təklif etdi

Çexiya prezidenti ölkənin Aİ və NATO-dan çıxması üzrə referendum təklif etdi

Son xəbərlər

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

26 Oktyabr 2026 - 12:14
Azad edilmiş ərazilərdə daha 164 mina, 526 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 164 mina, 526 PHS aşkarlanıb

26 Oktyabr 2026 - 11:53
Dünyanın ilk xərçəng peyvəndi melanomanın təkrarlanma və ölüm riskini 42% azaldıb

Dünyanın ilk xərçəng peyvəndi melanomanın təkrarlanma və ölüm riskini 42% azaldıb

26 Oktyabr 2026 - 11:41
Ceyhun Bayramovun Niderland xarici işlər naziri ilə təkbətək görüşü başlayıb – YENİLƏNİB

Ceyhun Bayramovun Niderland xarici işlər naziri ilə təkbətək görüşü başlayıb – YENİLƏNİB

26 Oktyabr 2026 - 11:36
Dövlət başçısı İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev Avstriya Prezidentini təbrik edib

26 Oktyabr 2026 - 11:33
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26 Oktyabr 2026 - 11:23
Azərbaycan çempionatında 10 il əvvəlki rekord təlkrarlandı

Azərbaycan çempionatında 10 il əvvəlki rekord təlkrarlandı

26 Oktyabr 2026 - 11:17
Elm və Təhsil Nazirliyi: İranlı nazirin Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəssüf doğurur

Elm və Təhsil Nazirliyi: İranlı nazirin Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəssüf doğurur

26 Oktyabr 2026 - 11:05
FHN Səbail rayonunda mülki müdafiə ilə bağlı tədbir keçirilib

FHN Səbail rayonunda mülki müdafiə ilə bağlı tədbir keçirilib

26 Oktyabr 2026 - 10:58
Zelenski elan etdi: ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar keçiriləcək

Zelenski elan etdi: ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar keçiriləcək

26 Oktyabr 2026 - 10:46
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə qoşulur

Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə qoşulur

26 Oktyabr 2026 - 10:33
Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

26 Oktyabr 2026 - 10:27
Ötən ay sosial müavinət və təqaüd alanların sayı məlum olub

Ötən ay sosial müavinət və təqaüd alanların sayı məlum olub

26 Oktyabr 2026 - 10:18
Ər-Riyadda erkən xəbərdarlıq sistemi işə salındı

Ər-Riyadda erkən xəbərdarlıq sistemi işə salındı

26 Oktyabr 2026 - 10:09
Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

26 Oktyabr 2026 - 09:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.