İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Ticani Reynders karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Elchi.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
“Əl-Kadisiya” 28 yaşlı yarımmüdafiəçinin keçidi üçün “şəhərlilər”lə razılığa gəlib. Bu transferin 61 milyon avroya gerçəkləşəcəyi gözlənilir.
Səudiyyə Ərəbistanı təmsilçisi oyunçunu razı salmağa çalışır.
Xatırladaq ki, Niderland millisinin üzvü 2025-ci ildən “Mançester Siti”də çıxış edir.





















