"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Manata təzyiqlər artıb: Milli valyutamız üçün təhlükəli mərhələ başlayıb

16 Fevral 2015 - 16:27
in XƏBƏR LENTİ
FacebookVatsap

Manata təzyiqlər artıb: Milli valyutamız üçün təhlükəli mərhələ başlayıb

Bunu da oxuyun

Anar Yusifoğlu yazır: “Vaxtımı dondururam…

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

Ekspertlər bildirirlər ki, hər ay 1 milyard dollar itirmək Mərkəzi Bankının planına daxil deyil

Dünya neft bazarında baş verənlər, həmçinin bir çox ölkələrdə valyutanın devalvasiyaya uğraması Azərbaycan milli valyutası ilə bağlı narahatlığı artırmaqdadır. Ekspertlər manatın təzyiqlərə uzun müddət tab gətirə bilməyəcəyini vurğulayırlar. Qeyd edək ki, ötən ilin sonundan başlayaraq, manata təzyiqlər artıb.
Bu barədə iqtisadçı ekspert Samir Əliyev musavat.com-a açıqlama verib: “Hökumət Mərkəzi Bankın timsalında manatın sabitiyini təmin edəcəyini bəyan edib. Bankın 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında milli valyutanın sabitliyi xüsusilə vurğulanır. Qarşıdan həm də parlament seçkiləri gəlir. Hökumət bir qayda olaraq, seçki ilində qiymət artımını şərtləndirən addımlar atmaqdan çəkinir. Son həftələr neftin qiymətində müşahidə edilən bahalaşma tendensiyası manatın devalvasiyası məsələsini nisbətən arxa plana keçirir. Ancaq bu devalvasiyanı hökumətin gündəmindən çıxarmır. Bu, əvvəl-axır baş verəcək. Manatın ucuzlaşması zamanın məsələsidir”.
Ekspertin fikrincə, hökumət artıq devalvasiya barədə ciddi düşünməyə başlayıb və əvvəlki açıqlamalarından fərqli olaraq, devalvasiya ideyasını rədd etmir: “Əgər əvvəllər birmənalı olaraq, manatın sabitliyindən danışılırdısa, hazırda indiki məzənnənin əlverişli olmaması vurğulanır. Ölkə prezidenti ilk olaraq, manatın baha olmasının ixraca zərər vurduğuna işarə edərək, manatın avroya bərabərləşdirilməsinin zəruriliyini qeyd etdi. Bu isə manatın 11 faiz ucuzlaşmasını nəzərdə tutur. Onun ardınca Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov məsələnin gündəmdə olduğu bildirib. Mərkəzi Bankın 2014-cü ilin yekunlarına həsr olunmuş geniş iclasında sədr Elman Rüstəmov qeyri-neft iqtisadiyyatının sürətli inkişafı üçün zəruri monetar dəstəyini verəcəklərini, o cümlədən, monetar yumşaltma alətlərindən istifadə edəcəklərini açıqlayıb. Göründüyü kimi, qeyri-neft sektorunun inkişafının prioritet elan edildiyi bir zamanda manatın devalvasiyası ilə bağlı ehtimal artır. Xüsusən də, neft gəlirlərinin azalması fonunda qeyri-neft gəlirlərinin artırılmasına ehtiyac var”.
S.Əliyevin dediyinə görə, manat uzun müddətdir ki, təzyiq altındadır: “2014-cü ilin sonundan başlayaraq, həm dünya bazarlarında neftin ucuzlaşması, həm də Rusiya amili ona gətirib çıxartdı ki, manata təzyiqlər artdı. Mərkəzi Bank təzyiqləri minimuma endirmək üçün dekabrda 1,3 milyard, yanvar ayında isə 1 milyarddan çox dollar satmalı oldu. Ümumən götürəndə iki ayda manatın saxlanmasına 2,3 milyard dollar sərf edildi. Bu da Mərkəzi Bankın valyuta ehtiyatının 15 faizini “əritdi”. Hər ay təxminən 1 milyard dollar itirmək Mərkəzi Bankının planına daxil deyil. Neftin ucuzlaşması Neft Fondunun da valyuta bazarında dollar satması imkanını azaldıb. Yük hər bir halda Mərkəzi Bankın üstünə düşür”.
Ekspertin ehtimalına görə, hazırda söhbət manatın nə vaxt ucuzlaşacağından gedir: “2009-cu ildə hökumət gözlədi və neftin qısa müddətdə bahalaşması problemi müvəqqəti də olsa, dondurdu. Ancaq təəssüf ki, hökumət həmin dövrdən dərs çıxartmadı. Yenə də iqtisadiyyatı neft sektoru üzərində inkişaf etdirməyə başladı. İndi yenidən oxşar problemlə üzləşib. Çıxış yolunu isə, hələlik qeyri-neft sektorunu inkişaf etdirməkdə yox, vergi və rüsumları artırmaqda, ixtisarlar aparmaqda görür. Halbuki inhisarçılığın aradan qaldırılması, rəqabət mühitinin formalaşdırılması, kiçik və orta sahibkarlığın inkişafı ilk növbədə atılmalı olan addımlardır. Manatın devalvasiyası heç də çıxış yolu deyil, ancaq zəruridir. İxracımızda qeyri-neft sektorunun payı da elə yüksək deyil, cəmisi 7-8 faizdir. Səbəb heç də təkcə manatın bahalı olmasından qaynaqlanmır. İxrac edə biləcəyimiz məhsulların çeşidi azdır. Məhdud çeşidli mallarımız keyfiyyət baxımından rəqabət apara bilər. Enerji xammalını ən yaxşı halda, qeyri-neft xammalı, yəni meyvə-tərəvəz əvəzləyir. Ancaq ixracı stimullaşdırmaq hökumətin əsas vəzifəsi olmalıdır. Neftdən asılılığı azaltmaq istəyiriksə, ya Avropa ölkələri kimi keyfiyyət rəqabətində üstün olmalıyıq, ya da Çin və Koreya kimi qiymət rəqabətində… Daxili bazarımız kiçik olduğundan yeni qurulan kənd təsərrüfatı məhsullarının emalı sənayesi tam gücü ilə işləyə bilmir. Onların xarici bazara çıxışını təmin etmək lazımdır. Ancaq dünyada baş verən “valyuta müharibələri” manatın əleyhinə işləyir. Azərbaycanın ticarət tərəfdaşlarının demək olar ki, hamısının valyutası manata nəzərən ucuzlaşıb. Bu isə məhdud qeyri-neft ixracını daha da azaldır. Manatın devalvasiyası dünya bazarında neftin qiymətindən asılı olacaq. Hazırda Brent markalı neft 61 dollardan bahadır. Bu isə manata təzyiqi nisbətən azaldır və hökumətin imkanlarını artırır. Ona görə də, neftin qiymətində artım tendensiyası davam edərsə, birmənalı olaraq, manatın ilin sonuna kimi sabit qalacağını proqnozlaşdırmaq olar. Yox, əgər ucuzlaşarsa, xüsusən də, 50 dollardan aşağı düşərsə, bu halda devalvasiya məsələsi hökumətin antiböhran tədbiri çərçivəsində atacağı ilk addım olacaq”.
Ekspert yumşaq devalvasiyanı da istisna etməyib. Onun sözlərinə görə, Mərkəzi Bank prezidentin tövsiyəsini nəzərə alaraq, ilk addım kimi 2011-ci ildə imtina etdiyi bivalyuta səbətinə qayıda bilər. Həmin səbət 90/10 nisbəti əsasında dollar-avrodan ibarət idi. Sonralar bu mexanizmdən imtina edildi. Böyük ehtimalla həmin nisbət əsasında səbət yenidən bərpa oluna bilər. Sonrakı dövrlərdə xarici ticarət dövriyyəsinin avrozonanın xüsusi çəkisindən asılı olaraq, avronun payı artırıla bilər. Hər bir halda bivalyuta səbəti manatın ucuzlaşmasını şərtləndirəcək.
Ekspert Qubad İbadoğlu isə bildirib ki, artıq manata inam azalıb: “Mərkəzi Bankın bu ilin yanvarın 1-nə olan məlumatına görə, əhalinin banklarda olan əmanətləri 7 milyard 188 milyon manat olub. Onun da 61 faizini və ya 4 milyard 422 milyon manatını milli valyuta ilə, 39 faizini və ya 2 milyard 815 milyon manatını isə xarici valyuta ilə olan əmanətlər təşkil edib. Ötən ilin dekabr ayının göstəricilərinin əvvəlki ayla müqayisəsi göstərir ki, əhalinin milli valyuta ilə olan müddətli əmanətləri 68 milyon manat azalıb, həmin dövrdə əksinə xarici valyuta ilə olan əmanətlər 175 milyon manat artıb. Bu dəyişikliklərdən 2 başlıca nəticə çıxarmaq olar. Birincisi, ölkə əhalisində Azərbaycan manatına olan inam azalmağa başlayıb. Əhali manatla olan əmanətlərini geri çəkməyə başlayıb. İkincisi, əhali tərəfindən banklara yeni qoyulan əmanətlərin çox hissəsi xarici valyutadadır. Əhali hazırda daha çox ABŞ dollarına etibar edir. Çox güman ki, bu tendensiya cari ilin 1-ci ayında da davam edib. Sadəcə, Mərkəz Bank tərəfindən həmin göstəricilər açıqlanmadığna görə hələlik mövcud dəyişikliyin dinamikasını izləmək mümkün deyil. Lakin müşahidələr göstərir ki, artıq manatla olan əmanətlərin azalması prosesi tendesiya xarakteri alıb”.
Ekspert qeyd edib ki, Mərkəzi Bankın 2015-ci ilin yanvar ayının 1-nə olan digər məlumatına görə, ötən ilin dekabr ayında noyabr ayına nisbətdə maliyyə təşkilatlarının depozitlərində də eyni xarakterli dəyişikliklər qeydə alınıb:“Milli valyuta ilə depozitlər azalıb, xarici valyuta ilə artıb. Qeyri-maliyyə təşkilatlarının cəmi depozitləri isə, müqayisə olunan dövrdə ümumiyyətlə aşağı düşüb”.

 

Previous Post

Manata təzyiqlər artıb: Milli valyutamız üçün təhlükəli mərhələ başlayıb

Next Post

Bu türk aktrisa da azərbaycanlı çıxdı (FOTO)

Bənzər yazılar

Anar Yusifoğlu yazır: “Vaxtımı dondururam…

Anar Yusifoğlu yazır: “Vaxtımı dondururam…

11 Sentyabr 2026 - 11:30

Xərçəngə nifrət edirəm! Bu sözləri yazmaq belə qəribə hissdir. Çünki insan adətən nifrət sözünü bir insana, bir haqsızlığa, bir xəyanətə...

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

10 Sentyabr 2026 - 23:09

Binəqədi rayonunda, Gülməmməd Ramazanov küçəsinin Emin Bağırov küçəsindən Həsən bəy Zərdabi küçəsinədək olan hissəsində təmir işləri aparılır. Bu barədə Elchi.az...

İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

10 Sentyabr 2026 - 23:02

ABŞ-nin Hərbi Dəniz Qüvvələri (HDQ) Nazirliyindən bildirilib ki, İran ABŞ-nin Bəhreyndəki hərbi obyektlərinə ciddi ziyan vurub. Elchi.az  xəbər verir ki,...

İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib

İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib

10 Sentyabr 2026 - 21:54

İran Silahlı Qüvvələri son raket hücumu zamanı ABŞ-nin İordaniyadakı bazasındakı hərbi təyyarələrinə zərər vurmayıb. Elchi.az xəbər verir ki, bunu ABŞ...

Next Post

Bu türk aktrisa da azərbaycanlı çıxdı (FOTO)

Bu türk aktrisa da azərbaycanlı çıxdı (FOTO)

Son xəbərlər

“Erkən nikah ailə məsələsi deyil”

“Erkən nikah ailə məsələsi deyil”

11 Sentyabr 2026 - 14:38
Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub

Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub

11 Sentyabr 2026 - 12:29
Milli Məclisin iclası başlayıb

Parlamentdə təhsillə bağlı ictimai dinləmələr keçiriləcək

11 Sentyabr 2026 - 12:18
Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib

11 Sentyabr 2026 - 12:11
Bakıda 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15-də işlər davam edir

Bakıda 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15-də işlər davam edir

11 Sentyabr 2026 - 12:04
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir

Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir

11 Sentyabr 2026 - 11:55
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb

Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb

11 Sentyabr 2026 - 11:46
Yuxu zamanı işığa məruz qalmaq ürək sağlamlığına zərər verir

Yuxu zamanı işığa məruz qalmaq ürək sağlamlığına zərər verir

11 Sentyabr 2026 - 11:38
Anar Yusifoğlu yazır: “Vaxtımı dondururam…

Anar Yusifoğlu yazır: “Vaxtımı dondururam…

11 Sentyabr 2026 - 11:30
Trampın 5 min dollarlıq çek vədi hökumətdə qarışıqlıq yaratdı

Trampın 5 min dollarlıq çek vədi hökumətdə qarışıqlıq yaratdı

11 Sentyabr 2026 - 11:27
Kaliforniyada uşaqların internet istifadəsinə qoruma

Kaliforniyada uşaqların internet istifadəsinə qoruma

11 Sentyabr 2026 - 11:16
İrəçi: ABŞ xalqı İsrailin müharibələrinin bədəlini ödəməməlidir

İrəçi: ABŞ xalqı İsrailin müharibələrinin bədəlini ödəməməlidir

11 Sentyabr 2026 - 11:08
Ağdərədə mina partlayışı baş verib

Ağdərədə mina partlayışı baş verib

11 Sentyabr 2026 - 10:59
Qarabağ və Şərqi Zəngəzurda məktəblərin sayı 52-yə çatdırılacaq

Qarabağ və Şərqi Zəngəzurda məktəblərin sayı 52-yə çatdırılacaq

11 Sentyabr 2026 - 10:50
Tədris distant təşkil edilən məktəblərin sayı artırılacaq

Tədris distant təşkil edilən məktəblərin sayı artırılacaq

11 Sentyabr 2026 - 10:44
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.