Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında İsrailin Rəfahda mümkün hərbi əməliyyatına qəti etirazını bildirib.
Elchi.az xəbər verir ki, İsrailin Qəzza zolağına hücumları 131 gündür davam edərkən Fransa prezidenti Emmanuel Makron və İsrailin baş naziri Benyamin Netanyahu telefonla danışıb.
Makronun ofisindən verilən açıqlamada, Makronun Netanyahu ilə telefon danışığında İsrailin Rəfahda mümkün hərbi əməliyyatına qəti şəkildə qarşı olduğunu ifadə etdiyi bildirilib.
Nuranə Məmmədova