Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Avropa İttifaqı və onun tərəfdaşları Ukrainaya hərbi dəstəyi artırmaqla yanaşı, Rusiyaya qarşı sanksiya təzyiqini gücləndirməkdə davam edəcəklər.
Elchi.az xəbər verir ki, bu barədə Fransa prezidenti “X” sosial şəbəkəsində yazıb.
“Kiyevdə və ətraf bölgədə Rusiya bir daha dinc sakinləri hədəf alıb. Raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilən bu cür siyasət qəbulolunmazdır.
Hər bir yeni hücum aydın bir həqiqəti təsdiqləyir: Rusiya öz hücumlarının bədəlini ödəməli və törətdiyi cinayətlərə görə cavab verməlidir. Ukrainanın yanında duraraq biz nə yorğunluğa, nə də qorxuya təslim olacağıq.
Avropa İttifaqı və onun tərəfdaşları, Ukraynanın özünü və əhalisini müdafiə edə bilməsi üçün hərbi dəstəyi gücləndirməklə yanaşı, yeni sanksiyalar da daxil olmaqla Rusiyaya təzyiqi artırmağa davam edəcəklər”, — deyə o, bildirib.
Məryəm





















