Pentaqon “General Dynamics Electric Boat” və “Newport News Shipbuilding” şirkətləri ilə “Virginia” və “Columbia” sinfinə məxsus atom sualtı qayıqlarının tikintisi, eləcə də gəmiqayırma zavodlarının modernləşdirilməsi üçün 76,6 milyard dollarlıq müqavilələr bağlayıb.
Elchi.az xəbər verir ki, bu barədə “Axios” nəşri yazır.
Söhbət yalnız ABŞ Hərbi Dəniz Qüvvələri üçün deyil, həm də Avstraliya, Böyük Britaniya və Ştatlar arasındakı AUKUS tərəfdaşlığı, eləcə də Amerikanın nüvə arsenalının saxlanılması üçün əhəmiyyət kəsb edən çoxillik müqavilələrdən gedir.
Paketə beş “Columbia” və doqquz “Virginia” sinifli sualtı qayıq daxildir, lakin proqramın özü artıq ciddi gecikmələrlə üzləşir.
Nəşrin məlumatına görə, “Columbia” sinfindən olan birinci sualtı qayıq cəmi 66% hazırdır, ikinci və üçüncü qayıqlar isə müvafiq olaraq təxminən 35% və 10% hazır vəziyyətdədir. ABŞ-də etiraf edirlər ki, ixtisaslı işçi çatışmazlığı, təchizat zəncirindəki axsamalar və gəmiqayırma sənayesinin xroniki problemləri əsas ləngidici amil olaraq qalır.
Məryəm





















