Fransa Prezidenti Emmanuel Makron İtaliya və Yunanıstanın Baş nazirləri Giorgio Meloni və Kiriakos Mitsotakis ilə Kiprə və Şərqi Aralıq dənizinə hərbi aktivlərin yerləşdirilməsini əlaqələndirmək barədə razılığa gəlib.
Elchi.az xəbər verir ki, bu barədə “BFMTV” telekanalı Fransa prezidentinin ətrafına istinadən məlumat yayıb. Bildirilir ki, razılaşma liderlər arasında keçirilən telefon danışıqları zamanı əldə olunub.
Telekanal mənbəyə istinadən bildirib ki, “Onlar Kiprə və şərqi Aralıq dənizinə hərbi aktivlərin yerləşdirilməsini əlaqələndirmək, eləcə də Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək üçün birgə tədbirlər görmək barədə razılığa gəliblər”.
Məryəm





















