Rejissor müğənni yeni filminin seviləcəyinə ümid edir
İfaçılıq sənətini rejissorluğa dəyişən türkiyəli məhşur müğənni Mahsum Kırmızıgül yeni sənətində də uğur qazanıb. “Möcüzə” adlanan filminin təqdimatı ilə bağlı paytaxt Bakıya təşrif buyuran türkiyəli sənətçi ANS-ə eksküliziv açıqlama verib.
Müğənni- rejissor filmin həm Türkiyədə, həm Avropa, həm də Azərbaycanda eyni anda efirə çıxdığını deyir. Bu film Türkiyədə ən çox izlənən film olub. M. Kırmızıgül düşünür ki, Azərbaycan izləyiciləri “Möcüzə” filmini çox sevəcəklər. Çünki, ola bilər ki, bu film tamaşaçıların indiyə qədər heç toxunulmamış yaralarını açacaq.
Rejissor film vasitəsi ilə Şərqdə ötən ilin 60 illərində baş verənləri ərsəyə gətirməyə çalışıb.
Qeyd edək ki, M.Kırmızıgülün “Günəşi gördüm”, “Gecənin qanadları” kimi filmləri ölkəmizdə də izlənilib və sevilib.
ANS-TV