"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Mahmudovun daha bir şok qəsbi üzə çıxdı – 20 milyonluq obyekt ələ keçirildi

12 Noyabr 2015 - 12:24
in XƏBƏR LENTİ
FacebookVatsap

“Mahmudovun daha bir şok qəsbi üzə çıxdı - 20 milyonluq obyekt ələ keçirildi

Kriminal
11.11.2015 | 09:03
Oxunma sayı: 15222

Bakının Qaradağ rayonunda “Sədərək” və “Binə” ticarət mərkəzlərinin yaxınlığında yerləşən “Karvansaray” ticarət mərkəzi də MTN-dəki çete tərəfindən yağmalanan ünvanlardandır.

Bunu da oxuyun

İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir

Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

“Qafqazinfo” “Yeni Müsavat”a istinadən xəbər verir ki, 2012-ci ilə kimi ticarət mərkəzində payı olmuş Elşən Kərəm oğlunun sözlərinə görə həmin il davamlı təzyiqlərdən sonra əmlaklarını təhvil vermək məcburiyyətində qalıb: ““Karvansaray” MMC-ni biz 20-yə yaxın sahibkar 2010-cu ildən tikdirməyə başladıq. Ora ümumilikdə 20 milyon manata yaxın vəsait qoyulmuşdu. 2012-ci ilin əvvəllərində MTN generalı “Karvansaray” MMC-nin rəhbərindən 20-dən artıq dükan istədi. Demişdi ki, dükanları Eldar Mahmudov üçün tələb edir. MMC rəhbəri bizimlə məsləhət etdi, dedik ki, mağazaları verə bilmərik. Qiyamət bundan sonra başladı. Başımıza açmadıqları oyun qalmadı. Ticarət mərkəzini tikən podratçı şirkətin rəhbərliyi bizdən MTN-ə şikayət yazdı. Guya onları işlədib pullarını ödəməmişik. Şikayəti MTN yoxladı. Səlim adlı bir işçiləri 2 ay ticarət mərkəzinə gəlib-getdi. Sonda kompleksi tikənlərə 4 milyon manat borclu olduğumuzu dedilər. Yalançı borc yaratdılar. Borcun əvəzinə 40 mağaza alıb verdilər tikintini aparan briqadaya”.

Sahibkar deyir ki, düşünüblər ki, bununla problemləri sona çatıb. 2012-ci ilin yazında ticarət mərkəzinin açılışına hazırlıqlara başlayıblar. Amma…

“Ticarətçilərlə də anlaşmışdıq. Xaricdən şirkətlərlə də anlaşmalar vardı. Çindən, Türkiyədən, Avropadan, Rusiyadan və İrandan şirkətlərlə razılaşmalarımıza uyğun ticarət mərkəzinə mal gətirilməli idi. 1000-ə yaxın sahibkar da orada artıq işləməyə hazırlıq görürdü. Belə bir vaxtda MMC rəhbəri MTN-ə çağırıldı. Onu 8 ay MTN-ə aparıb-gətirdilər. Hər gün səhər saat 7-də MTN-ə çağırırdılar. Saat 10-a qədər orada gözlədirdilər. Sonra da qəbul edib kabinetdə təhqir edir, söyür, başına oyun açırdılar. Yayın ortasında kondisioneri maksimal istiliyə qoyub kabinetdən çıxırdılar. Bunu küçədə 40 dərəcə isti olanda edirdilər. Qapı bağlı olduğundan o, həmin kabinetdən çıxa bilmirdi. Hazırda ağır əməliyyatdan çıxıb. Vəziyyəti çox ağırdır. Növbəti əməliyyata hazırlaşır. Bu xəstəlikləri MTN-dəki dəhşətlərdən sonra tapıb. Bunu hamı bilir. 8 aylıq dəhşətli işgəncələrdən sonra o, daha dözə bilmədiyini dedi və təsisçilikdən imtina etdi” – Elşən Kərəm oğlu bildirib.

Onun sözlərinə görə, “Karvansaray”ı onlardan MTN generalları Akif Çovdarov və Hilal Əsədov alıb: “Bizim MMC-nin rəhbərini Akif Çovdarov yanına çağırıb təhqir edir, söyürdü. Növbəti gün də Hilal Əsədov bunu təkrar edirdi. 8 aylıq dəhşətlərdən sonra ”Karvansaray” MMC-nin təsisçilik hüquqü Eldar Mahmudovun yaxın qohumu Dilrübə Məhəmməd qızı İmranovanın adına keçdi. Dedilər ki, Dilrübə İmranova Eldar Mahmudovun həyat yoldaşının əmisi qızıdır. Dilrübə İmranova ora gəlib- getmirdi. Məni də icraçı direktor vəzifəsindən çıxarıb ora Natiq Hümbətovu qoydular. Dedilər ki, Natiq Hümbətov Akif Çovdarovun bacısı oğludur. Tutub bütün əmlakımızı əlimizdən aldılar, özümüzü də çöllərdə qoyublar. Hərəmiz ora əlimizdə olan pulu qoyub işləyib vergi ödəyəcəkdik. Əlimizdən aldılar. Biz heç kimə şikayət edə bilmirdik. Şikayət etsəydik, bizi də ora aparacaqdılar. Bir adamın ki, şəxsi türməsi olub, biz ona nə edə bilərdik?”

Sahibkar deyir ki, ticarət mərkəzi əllərindən alınandan sonra ticarətçilər oradan qaçmağa başlayıb. Bu gün ticarət mərkəzi fəaliyyətsizdir: “Bütün bu əməliyyata Hilal Əsədov rəhbərlik edirdi, bunların ağsaqqalı odur. MTN-də zəbtetmə işlərinə o rəhbərlik edib. Biz ölkə başçısından haqq-ədalət istəyirik. Bu adamlar obyekti bizdən alıb xarabazara çevirdilər. Məqsədləri pul qazanmaq idisə, oranı niyə işlətmədilər? Niyə ticarət mərkəzinin işini iflic edib bir kənara çəkildilər? MTN generalları Eldar Mahmudov, Hilal Əsədov, Akif Çovdarov biz sahibkların biznesini əlindən alıb işlərimizi iflic etməklə özlərinə sosial baza yaradırdılar? Bir neçə min insanı işsiz qoyub sərmayəsini batıran, sahibkarların əmlaklarını əllərindən alan bu rəzil insanların iddiaları nə idi? İçdikləri zabit andına xainlikləri bunların xislətindədir. Biz dövlətmizdən haqq-ədalətin bərpa olunmasını gözləyirik. Ölkə prezidentinin sahibkarlara və iş adamlarına dəstək verməsini alqışlayırıq. Bizə əlimizdən dəhşətli işgəncələrlə alınmış ticarət mərkəzini qaytarsınlar, özümüz qarışıq 1000-dən çox ticarətçinin orada işləməsini təmin edək. Dövlətimizə vergi ödəyib işlə təmin olunaq”.

Yada salaq ki, “Karvansaray” ticarət mərkəzi Bakının Qaradağ rayonu ərazisindəki digər iki ticarət mərkəzinin – “Binə” və “Sədərək” ticarət mərkəzlərinin qonşuluğundadır.

“Karvansaray”ın tikintisi aparılan zamanlarda ticarət mərkəzinin ölkənin 3 ən böyük alış-veriş mərkəzindən birinə çevriləcəyi haqda söhbətlər dolaşırdı. Lakin 2012-ci ildə mətbuatda digər 2 ticarət mərkəzinin sahibləri Kəbirə Məmmədova və Yusif Qədimovla yanaşı, Nizami Quliyevin də iflas həddinə çatması haqda məlumatlar yayılmağa başladı. Həmin vaxt bunun səbəbi açıqlanmasa da, indi həqiqət üzə çıxıb və “Karvansaray”ın iflas etməsinin səbəbi ortalıqdadır. Qalır “MTN işi” üzrə istintaq aparan qrupun bu faktları toplayıb hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərməsi.

Previous Post

Mahmudovun daha bir şok qəsbi üzə çıxdı – 20 milyonluq obyekt ələ keçirildi

Next Post

BAXCP sədri Tunisə yola düşüb

Bənzər yazılar

İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir

İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir

05 Oktyabr 2026 - 21:39

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin (Antonio Tayani) müavini Edmondo Çirielli Azərbaycanın bu ölkədəki səfiri Elçin Hüseynli ilə görüşüb...

Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır

Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır

05 Oktyabr 2026 - 21:35

İranın ABŞ ilə problemi ondan ibarətdir ki, danışıqlar başlayan zaman Vaşinqton İslam Respublikasına hücum edir. Elchi.az ISNA-ya istinadən xəbər verir...

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

05 Oktyabr 2026 - 21:29

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb. Elchi.az...

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

05 Oktyabr 2026 - 20:03

Rusiya ordusu Qara dənizin neytral sularında taxıl daşıyan mülki gəmiyə iki dronla zərbə endirib. Elchi.az xəbər verir ki, bu barədə...

Next Post

BAXCP sədri Tunisə yola düşüb

BAXCP sədri Tunisə yola düşüb

Son xəbərlər

Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

Ötən ay yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

06 Oktyabr 2026 - 12:18
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

06 Oktyabr 2026 - 12:10
Nepalda ölümcül daşqınlar: 5200-dən çox insan hələ də itkin düşmüş hesab olunur!

Nepalda ölümcül daşqınlar: 5200-dən çox insan hələ də itkin düşmüş hesab olunur!

06 Oktyabr 2026 - 11:55
Qubada 19 kq narkotik aşkarlanıb

Qubada 19 kq narkotik aşkarlanıb

06 Oktyabr 2026 - 11:55
Azərbaycan Kubokunun I təsnifat mərhələsinin hakimləri açıqlandı

Azərbaycan Kubokunun I təsnifat mərhələsinin hakimləri açıqlandı

06 Oktyabr 2026 - 11:40
Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə fiber-optik kabel xəttin çəkilişini bu ay başa çatdıracaq

Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə fiber-optik kabel xəttin çəkilişini bu ay başa çatdıracaq

06 Oktyabr 2026 - 11:32
Sanksiya tətbiq edilmiş tankerlərlə Cənubi Koreyadan Rusiyaya yanacaq daşınır

Sanksiya tətbiq edilmiş tankerlərlə Cənubi Koreyadan Rusiyaya yanacaq daşınır

06 Oktyabr 2026 - 11:26
Gənclər arasında xərçəng halları artır

Gənclər arasında xərçəng halları artır

06 Oktyabr 2026 - 11:17
Alimlər əvvəl heç vaxt görülməmiş bir planet aşkar ediblər

Alimlər əvvəl heç vaxt görülməmiş bir planet aşkar ediblər

06 Oktyabr 2026 - 11:08
Nyu-Yorkda ştat miqyasında fövqəladə vəziyyət elan edilib

Nyu-Yorkda ştat miqyasında fövqəladə vəziyyət elan edilib

06 Oktyabr 2026 - 10:56
Ağciyər taunu nədir və nə dərəcədə təhlükəlidir?

Ağciyər taunu nədir və nə dərəcədə təhlükəlidir?

06 Oktyabr 2026 - 10:46
Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşü noyabrda keçiriləcək

Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşü noyabrda keçiriləcək

06 Oktyabr 2026 - 10:33
Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

Yük gəmisinə dron hücumunda 3 Azərbaycan vətəndaşı xəsarət alıb

06 Oktyabr 2026 - 10:24
XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda Azərbaycan vətəndaşı həlak olub, daha bir nəfər itkin düşüb

06 Oktyabr 2026 - 10:16
Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

06 Oktyabr 2026 - 10:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.