Baxmayaraq ki, bu əmlaklar hüquqi baxımdan müsadirə olunmur
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının hesabatında deyilir ki, Rusiya banklarının xaricdə bloklanmış aktivlərinin qaytarılması perspektivləri çox aşağıdır, baxmayaraq ki, hüquqi nöqteyi-nəzərdən onlar hələ də müsadirə olunmayıb.
“Hüquqi nöqteyi-nəzərdən onların hazırda müsadirə olunmamasına baxmayaraq, bu aktivlərin qaytarılması perspektivləri çox aşağıdır”, – tənzimləyicinin bəyanatında deyilir.
Xatırladaq ki, sanksiyalara görə Rusiya bank təşkilatlarının aktivlərinin bir hissəsi tamamilə bloklanıb. Əsasən, bu, qeyri-dost dövlətlərdən olan qarşı tərəflərə qarşı iddialara və Euroclear/Clearstream-də ilişib qalmış istiqrazlar üzrə ödənişlərə təsir etdi.
Bundan əvvəl Fransa hakimiyyətinin Rusiyanın 1,2 milyard avro dəyərində aktivlərini dondurduğu bildirilmişdi. Ölkə Rusiya Federasiyası ilə əlaqəli bank hesablarına və daşınmaz əmlaka qarşı sanksiyalar tətbiq edib.
Həmçinin daha əvvəl Ukrayna hakimiyyəti rusların və belarusların 1,2 milyard dollarlıq aktivlərinə həbs qoyulduğunu açıqlamışdı.
Şayəstə