Belarus prezidenti Aleksandr Lukaşenko Amerika lideri Donald Trampı “açıq insan” adlandırıb.
Elchi.az xəbər verir ki, o, bunu ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşündə deyib.
Söhbətin videosunu “Birincilər hovuzu” Teleqram kanalı yayıb. Lukaşenko görüşün əvvəlində dialoqda səmimiyyətin vacibliyini vurğulayıb.
“Siz dediniz ki, biz açıq və dürüst olmalıyıq. Sizi əmin edə bilərəm: bu, bəzən tənqid olunduğum keyfiyyətlərdən biridir”, – Kelloq deyib.
Lukaşenko Tramp haqqında danışarkən belə cavab verib: “Mən bunu bilirəm. Amma sizin indi açıq olan prezidentiniz var”.
Yeganə


















