Britaniya Baş naziri Liz Trass istefa verib.
Elchi.az xəbər verir ki, bu barədə Trass açıqlamasında deyib.
O, yeni baş nazir seçilənə qədər hökumətin başçısı olaraq qalacağını açıqlayıb.
Qeyd edək ki, Liz Trass baş nazir kimi 5 sentyabrda fəaliyyətə başlamışdı.