Leyen: Aİ-nin Çinin Rusiyaya silah tədarük etdiyinə dair heç bir sübutu yoxdur

72

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bildirib ki, Aİ-nin hazırda Çinin Rusiyaya silah verə biləcəyinə dair sübutu yoxdur.

Elchi.az xəbər verir ki, o, bunu Almaniya kansleri Olaf Şolzla birgə mətbuat konfransında deyib.

Bundan əvvəl Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin bildirmişdi ki, Çin Rusiyaya silah vermir.

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Vaşinqton Pekinin özünümüdafiə baxımından Kiyevə kömək etməsini görmək istəyir.

Yeganə