"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Lerikin iki kəndi Prezidentdən kömək istədi: “İcra Hakimiyyəti israrlı xahiş və tələblərimizə məhəl qoymur”

16 İyul 2019 - 16:50
in XƏBƏR LENTİ
FacebookVatsap

Lerik rayonun Kekonu və Sorsçay kəndlərinin bir qrup sakini AzToday.az saytı vasitəsilə ölkə başçısına müraciət edərək yaşadıqları ərazidə hökm sürən problemlərin həlli üçün yardımçı olmasını xahiş edirlər. Prezidentin Lerikə xüsusi diqqət göstərdiyini, rayonun sosial-iqtisadi inkişafına dair fərmanlar imzaladığını məmnunluqla qeyd edən müraciət müəllifləri xüsusilə yol çəkilməsi sahəsində son illər görülən böyük miqyaslı işləri xatırladırlar:”Böyük diqqət və qayğınız sayəsində indi ölkəmizdə kənd yollarının müasirləşdirilməsi, əvvəllər yol olmayan kənd və qəsəbələrə yüksək səviyyədə yolların çəkilməsi geniş vüsət alıb. Həm də bu cür layihələrin miqyası və coğrafiyası ildən-ilə daha da genişlənir. Bunu ötən illər ərzində Lerikin kənd yollarının yenidən qurulması layihələrinin uğurla gerçəkləşdirilməsi də aydın göstərir. Məsələn, ötən il oktyabrın 15-də rayonumuza səfəriniz zamanı Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidən qurulması dediklərimizin parlaq ifadəsidir. Eləcə də 30 min nəfərin yaşadığı və 50 yaşayış məntəqəsini birləşdirən Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisi üçün ayırdığınız vəsaitlər buna bir daha sübutdur. Belə infrastruktur layihələri kənd və qəsəbələrin sakinlərinin həyatına birbaşa təsir edir, vətəndaşların istehsal etdiyi məhsulların alıcılara tez və rahat şəkildə çatdırılmasına imkan verir. Bununla yanaşı, yeni yolların inşası, həm də bölgəmizin turizm potensialının artırılmasına və turist axınının təmin edilməsinə geniş imkanlar yaradır”.Müraciət müəllifləri qeyd edir ki, prezidentin müvafiq sərəncamı ilə rayon mərkəzini Şinəbənd, Nuravud, Zərdəbərə kəndləri ilə birləşdirən yol da abadlaşdırılıb. Təəssüflər olsun ki, Lerik rayonunun iki yaşayış məntəqəsi- Kekonu və Sorsçay kəndləri görülən işlərdən, inkişafdan kənarda qalıb. Bu kəndlərə yerli məmurların canfəşanlığı nəticəsində dövlət başçısının diqqət və qayğısından heç bir pay düşməyib. “Unudulmuş kəndlər”in sakinləri yeni çəkilmiş yollardan sonra XIX əsrin palçıqlı cığırları ilə hərəkət etmək məcburiyyətində qalırlar. Müasir Azərbaycanın inkişafından “pay görməyən” kənd sakinləri yenə də son ümid kimi cənab Prezidentə üz tuturlar:”Sizin ölkəmizə rəhbərlik etdiyiniz ötən illər ərzində Azərbaycanda yüksək sürətli və dayanıqlı sosial-iqtisadi inkişafa nail olunub. Sosial-iqtisadi islahatların vacib tərkib hissələrindən biri olan yol infrastrukturu geniş miqyasda müasirləşdirilib, bu sahədə dünyanın mütərəqqi təcrübəsinin tətbiq edilməsi diqqət mərkəzində saxlanılıb. Hər bir ölkə vətəndaşı kimi sizin gördüyünüz işləri dəstəkləyir, vətənimizin inkişafını görüb fərəhlənirik. Lakin, bəzi məmurların çirkin əməlləri nəticəsindəı bizim kəndlərimiz – Kekonu və Sorsçay bu inkişafdan kənarda qalıb. Yalnız öz maraqlarını güdən, bunun üçün yeri gəlsə xalqın mənafelərini belə qurban verən vəzifə sahibləri sizin Lerikə göstərdiyiniz qayğıdan bizləri məhrum ediblər. Belə ki, Şinəbənd, Nuravud, Zərdəbərə kəndlərini birləşdirən müasir yol infrastrukturu ilə bizim kəndləri cəmisi 3 kilometr məsafə ayırır. Bu 3 km-lik məsafə bizi müasir inkişafdan azı 3 əsr geridə qoyub. Artıq keçilməz vəziyyətdə olan bu yollar kənd sakinlərinin həyatını daha da dözülməz edib. Dəfələrlə əlaqədar dövlət qurumlarına müraciət etsək də səsimizi eşidən olmayıb. Özlərini sizin sadiq əsgərləri kimi qələmə verən Lerik rayon İcra Hakimiyyətinin məmurları əslində sizin xalqa göstərdiyiniz qayğıdan sui-istifadə edir, öz şəxsi maraqlarını qoruyurlar. Lerik rayonunun təbii qazla təmin edilməsi üçün həyata keçirilən layihələrdən də bizim kəndlər kənarda saxlanılıb. Lerik rayon İcra Hakimiyyətinin məmurları sanki bu iki kəndi – Kekonu və Sorsçayı görməzdən gəlirlər. Yerli icra məmurları bizim kəndlərin sosial-iqtisadi inkişafı ilə bağlı heç bir iş görmürlər, infrasturuktur və sosial layihələrdən kənarda saxlanılırıq.
Bir sözlə Kekonu və Sorsçay kəndləri yerli məmurların səhlənkarlığı səbəbindən Sizin verdiyiniz verdiyiniz gostərişlərinizdən yararlana bilmir. Biz Lerik rayon İcra Hakimiyyətindən və rayonun müvafiq qurumlarından yolumuzun asfaltlaşdırılmasını yox, sadəcə torpaq yolun genişləndirilməsini istəmişik. Amma bunu da bizə çox görürlər. Bir texnika ayırıb, müasir yol infrastrukturu ilə bizim kəndləri ayıran cəmisi 3 kilometr torpaq yolun genişləndirilməsini belə həyata keçirmirlər. Payız və qış aylarında kəndlərimizin yolları tam yararsız vəziyyətə düşür. Adicə yağışlı havalarda Kekonu və Sorsçay kəndlərinə minik avtomobilləri gedib-gəlmək olmur. Allah eləməmiş kəndlərimizdə sakinlərin təcili tibbi yardıma ehtiyacı yarandıqda onları normal xəstəxanaya vaxtında yetişdirə bilmirik. Əgər kəndlərimizin yollarının genişləndirilməsini Lerik rayon İcra Hakimiyyətində oturan məmurlardan deyil, qonşu İran dövlətindən xahiş etsəydik, bəlkə də indi yollarımız düzəlmişdi. Çünki yerli məmurlar israrlı xahiş və tələblərimizə məhəl qoymurlar. Öz əməlləri ilə sanki qəsdən sizin gördüyünüz işlərə kölgə salmağa çalışan belə məmurlar xalq arasında narazılıq yaradırlar. Bizim ümidimiz sizədir, cənab Prezident! Yol çəkmək dünyada ən savab əməllərdən biridir. Siz bütün ölkə boyu bu savabı qazanırsınız. Xahiş edirik ki, bizim kəndlərimizə – Kekonu və Sorsçaya da bu savabdan pay düşməsinə köməklik edəsiniz. Bizi məsuliyyətsiz məmurların ümidinə buraxmayın. İnanırıq ki, tezliklə biz də rahat yollarla hərəkət etməyin sevincini yaşayacağıq. Sizə öncədən minnətdarıq, cənab Prezident! Qoy yolunuz həmişə açıq olsun!”

Bunu da oxuyun

Dövlət Qulluğu Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılacaq

Azərbaycan XİN Qazaxıstana başsağlığı verib

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

Previous Post

Lerikin iki kəndi Prezidentdən kömək istədi: “İcra Hakimiyyəti israrlı xahiş və tələblərimizə məhəl qoymur”

Next Post

Alimlərin müraciətləri prezidentdən gizlədilir?

Bənzər yazılar

Dövlət Qulluğu Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılacaq

Dövlət Qulluğu Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılacaq

24 Sentyabr 2026 - 15:42

Yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsi Milli Məclisə daxil olub. Elchi.az xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin Hüquq siyasəti...

Azərbaycan XİN Qazaxıstana başsağlığı verib

Azərbaycan XİN Qazaxıstana başsağlığı verib

24 Sentyabr 2026 - 15:30

Azərbaycan Xarici İşlər Nazirliyi Xəzər dənizində hərbi təlim zamanı hərbçilərin həlak olması ilə bağlı Qazaxıstana başsağlığı verib. Elchi.az xəbər verir...

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib

24 Sentyabr 2026 - 15:16

Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib. Elchi.az xəbər verir ki, bunu Ermənistan Respublikasının iqtisadiyyat naziri Gevorq Papoyan hökumətin iclasından sonra...

Zakir Həsənov Qazaxıstana başsağlığı verib

Zakir Həsənov Qazaxıstana başsağlığı verib

24 Sentyabr 2026 - 15:08

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan Respublikasının müdafiə naziri general-leytenant Dauren Kosanova başsağlığı ünvanlayıb. Başsağlığında deyilir: "Xəzər dənizində...

Next Post
Alimlər Akif Əlizadənin sözşüsünə cavab verdi

Alimlərin müraciətləri prezidentdən gizlədilir?

Alimlər Akif Əlizadənin sözşüsünə cavab verdi

Alimlərin müraciətləri prezidentdən gizlədilir?

Son xəbərlər

Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib

Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib

24 Sentyabr 2026 - 18:21
Mark Rütte: “Müttəfiqlər Kiyevə lazımi dəstəyi və zəmanəti verəcək”

Mark Rütte: “Müttəfiqlər Kiyevə lazımi dəstəyi və zəmanəti verəcək”

24 Sentyabr 2026 - 18:14
Almaniyadan ABŞ-yə təklif: “Patriot” raketləri Avropada istehsal olunsun

Almaniyadan ABŞ-yə təklif: “Patriot” raketləri Avropada istehsal olunsun

24 Sentyabr 2026 - 17:57
Ceyhun Bayramov Albaniyanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Albaniyanın xarici işlər naziri ilə görüşüb

24 Sentyabr 2026 - 17:50
Azərbaycanla Sent-Vinsent və Qrenadin arasında siyasi məsləhətləşmələr üzrə protokol imzalanıb

Azərbaycanla Sent-Vinsent və Qrenadin arasında siyasi məsləhətləşmələr üzrə protokol imzalanıb

24 Sentyabr 2026 - 17:48
UEFA Almaniya yığmasına qadağa qoydu

UEFA Almaniya yığmasına qadağa qoydu

24 Sentyabr 2026 - 17:35
Almaniyada kansler Merzin partiya ofisinə hücum olunub

Almaniyada kansler Merzin partiya ofisinə hücum olunub

24 Sentyabr 2026 - 17:30
FHN-in Qarabağ Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

FHN-in Qarabağ Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

24 Sentyabr 2026 - 17:23
FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

24 Sentyabr 2026 - 17:12
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

24 Sentyabr 2026 - 17:06
Kongo Demokratik Respublikasında gəmi qəzasında 39 nəfər həlak olub

Kongo Demokratik Respublikasında gəmi qəzasında 39 nəfər həlak olub

24 Sentyabr 2026 - 16:59
Vilayət Eyvazov xaricdə Polis Akademiyalarına ezam olunan kursantları qəbul edib

Vilayət Eyvazov xaricdə Polis Akademiyalarına ezam olunan kursantları qəbul edib

24 Sentyabr 2026 - 16:46
Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdud olacaq

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdud olacaq

24 Sentyabr 2026 - 16:38
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

24 Sentyabr 2026 - 16:26
Azərbaycan millisinin AVRO-2028-ə vəsiqə qazanmaq üçün əlavə şansı yaranıb

Azərbaycan millisinin AVRO-2028-ə vəsiqə qazanmaq üçün əlavə şansı yaranıb

24 Sentyabr 2026 - 16:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.