Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, iki ölkə sərhədlərinin delimitasiyası, həmçinin, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılması barədə razılaşmaları müzakirə ediblər.