Lavrov xatırladıb ki, Zelenskinin özü də var gücü ilə dialoqdan imtina edir.
Elchi.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı münaqişəni və bu mövzuda Qərbin çoxsaylı bəyanatlarını şərh edərkən, Rusiya Federasiyasının Kiyevlə dinc dialoq aparmaq istəməməsi ilə bağlı “Vaşinqtonun göz yaşlarına” cavab verməkdən artıq yorulduğunu bildirib.
“Mən artıq Vaşinqtonun Rusiya Federasiyasının Kiyevlə dialoqda maraqlı olmadığı barədə iniltisini şərh etməkdən artıq bezmişəm”, – Rusiya XİN rəhbəri bildirib.
Lavrov bir daha hamıya, o cümlədən Qərb liderlərinə xatırladıb ki, Ukrayna prezidenti Vladimir Zelenski müstəqil olaraq istənilən dialoqdan imtina edir və hətta bunu qanunvericilik səviyyəsində quraraq, özü və idarələri üçün faktiki olaraq Rusiya ilə danışıqlara qadağa qoyub.
Şayəstə Hüseynova