Ermənistanın Müdafiə Nazirliyi Hindistandan hücum dronları almaq qərarına gəlib.
Elchi.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Bununla əlaqədar olaraq, Müdafiə Nazirliyi uyğun tədarük variantlarını tapmaq üçün orta mənzilli PUA-ların ən perspektivli xarici modellərinin müqayisəli təhlilini aparıb. ABŞ, Fransa, İran, Ukrayna, İsrail, Hindistan, Çin və Rusiyada istehsal olunmuş dronlar nəzərdən keçirilib. Hərbi mütəxəssislər Hindistanın “Divyastra MK-1” dronunu ən uyğun variant hesab edib. O, rekord dərəcədə aşağı qiymətə, süni intellektdən və kütləvi qruplarda istifadə etmək qabiliyyətinə malikdir.
Həmçinin, indiki halda Ermənistan Rusiyadan dron alsa, Avropa, ABŞ narazı qalacaq. Ona görə də bu sahədə Hindistanla əməkdaşlıq daha balanslı və faydalı bir həll yolu kimi nəzərdə tutulub.





















