Moderator.az-a daxil olan videomateriala görə, Ağcabədi rayonunun “Taxtakörpü” qəsəbəsində məskunlaşmış Laçın rayon sakinləri qəsəbənin qarşısından keçən yolu bağlayıblar. Ağır şəraitdə yaşadıqlarını bildirən aksiya iştirakçıları deyiblər ki, onlar qaçqın və məcburi köçkünlər üçün mövcud olan ağır şəraitdən şikayət edirlər.
Əraziyə gələn polis əməkdaşları nəqliyyatın hərəkətini bərpa etmək istəyərkən müqavimətlə rastlaşıblar. Aksiya iştirakçıları Akif Səlimovdan Azərbaycan Prezidenti İlham Əliyevə şikayətçi olduqlarını, onun Laçın rayonuna icra başçısı təyin ediləndən indiyə qədər rayon sakinləri üçün heç bir görmədiklərini bildiriblər. Rayonda baş alıb gedən özbaşınalıqdan tutmuş, digər hadisələrə qədər hər şeyi əks etdirən bu narazılıqların əsas hədəfi isə icra başçısı Akif Səlimovdur.
Aksiya iştirakçıları Laçının icra başçısı Akif Səlimovun Ağcabədinin qış yataqlarında məskunlaşmış rayon sakinlərinə qarşı olan laqeyid münasibətinin ölkə prezidentinə çatdırılmasını xahiş edirlər. Tələblərində israrlı olduqlarını bildirən aksiya iştirakçıları əllərində Azərbaycan bayrağı və prezident İlham Əliyevin şəklini nümayiş etdiriblər.
Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir. Elchi.az xəbər verir ki, bu,...
Şəxslərin platformada qeydiyyatına dair tələblər müəyyənləşir. Elchi.az xəbər verir ki, bu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən...
NATO-nun Finlandiyanın Rovaniemi şəhərindəki ön quru qoşunlarının qərargahı iyunun 6-da fəaliyyətə başlayacaq. Elchi.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə...
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan...
Son şərhlər