Laçında TƏBİB-in tabeliyində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım briqadaları fəaliyyət göstərməyə başlayıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Azərbaycan Ordusunun hərbi qulluqçularının sağlamlıqlarının nəzarətdə saxlanılması üçün Müdafiə Nazirliyi TƏBİB-ə müraciət edib. Müraciət əsasında TƏBİB-in tabeliyində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım (TTTY) Stansiyasının “113” dispetçer mərkəzinin və Xocavənd Rayon Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarından ibarət iki TTTY həkim briqadası Laçında fəaliyyət göstərməyə başlayıb.
Yollarda görmə məsafəsi məhdudlaşacaq
Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a bildirilib ki, mayın 20-də gecə və səhər bəzi rayonlarda yağıntılı və...