Bakıda Türkiyə vətəndaşının öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Report xəbər verir ki, faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Hadisə avqustun 27-si saat 00:05 radələrində paytaxtın Səbail rayonu, Yeni Salyan yolunda qeydə alıb.
Belə ki, 1993-cü il təvəllüdlü Faiq Əjdər oğlu Quliyev idarə etdiyi “Toyota Prius” markalı avtomobillə həmin yolda üzü “Azneft” dairəsi istiqamətində hərəkətdə olan zaman piyadalar – Türkiyə vətəndaşı, 1978-ci il təvəllüdlü Türksoyu Yusifi, 1987-ci il təvəllüdlü Xəyalə Fərman qızı Əhmədovanı və şəxsiyyəti məlum olmayan qadını vurub. Nəticədə Türksoyu Yusif hadisə yerində ölüb. Xəyalə Əhmədova və şəxsiyyəti məlum olmayan qadın isə xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Hazırda istintaq aparılır.
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
Azərbaycanda müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər. Bu barədə Elchi.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat...