"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Lələtəpə xəbərdarlığı Ermənistanı təşvişə saldı

15 Noyabr 2016 - 10:26
in aktual-banner, Banner, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Lələtəpə xəbərdarlığı Ermənistanı təşvişə saldıDüşmən ölkə Azərbaycanı mühakimə etmək üçün beynəlxalq təşkilatlara müraciət etməyə başladı; Zahid Oruc: “Qarabağ cəbhəsində növbəti savaş lokal olmaya bilər…”

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ötən həftə Füzuli bölgəsinə səfər edərək, aprel ayında ordumuzun düşməndən azad etdiyi Lələtəpə yüksəkliyində əsgər və zabitlərimizlə görüşməsi, işğalçıya və havadarlarına etdiyi xəbərdarlıq təkcə ölkəmizdə deyil, Ermənistanda da ciddi müzakirə mövzudur. 
Son aylarda himayədarından “pay” aldığı silah-sursat, raket komplekslərinə görə danışıqlardan imtina yolunu seçən, üstəlik, cəbhəboyu təxribatları yenidən artıran işğalçı Azərbaycan prezidentinin xəbərdarlıqlarının ardınca ənənəvi hay-küy şousuna başlayıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan beynəlxalq birliyə müraciət edərək cəbhə zonasında eskalasiyaya yol verməməyə çağırıb. Ehtiyatda olan general-mayor Vardan Avetisyan isə qeyri-nizami dəstələrin komandirlərini bütün könüllü gücləri səfərbər etməyə çağırış edib. Erməni saytları Azərbaycan prezidentinin cəbhə zonasına kamuflyajda gəlməzdən öncə ABŞ-ın yeni lideri D.Trampa yazdığı təbrik məktubunda Azərbaycanın 20% işğal olunmuş ərazisi, BMT-nin 4 qətnaməsinin icra olunmamasına diqqət çəkməsini xatırladıb.
Qeyd edək ki, Azərbaycan prezidenti Lələtəpədəki çıxışında ölkəmizin son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika aldığını xatırlatmaqla, “əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq” – xəbərdarlığı növbəti döyüşlərin anonsu kimi dəyərləndirilir. Prezidentin Lələtəpədən düşmənə və beynəlxalq aləmə çağırış etdiyi saatlarda isə Silahlı Qüvvələrimizin 60 min nəfərlik şəxsi heyəti, döyüş texnikalarının iştirakı ilə irimiqyaslı hərbi təlimlərə başlayıb.
Image result for Putin
Bu arada prezident Vladimir Putin Rusiya və Ermənistanın birləşmiş ordu qrupunun yaradılması barədə saziş bağlanmasına sərəncam verib. Müdafiə Nazirliyinə Xarici İşlər Nazirliyinin iştirakı ilə Ermənistanla müzakirə aparmaq və razılıq əldə olunacağı təqdirdə sazişi imzalamaq tapşırılıb. Görünür, Lələtəpə xəbərdarlığından sonra İrəvanın növbəti dəfə həyəcanlanması Kremli bəzi addımlara vadar edib. 
Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya məsələləri komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, aprel döyüşlərindən sonra yeni təmas xətti yaranıb: “Ermənistanın son 6 ayda həyata keçirdiyi diplomatik və hərbi tədbirlərə baxanda düşmənin Azərbaycan əleyhinə hansı əməliyyatlara əl atdığını aydın görmək olur. Sankt-Peterburq görüşü ilə bütün cəbhəyanı bölgəyə müşahidə qrupunun yerləşdirilməsinə və tərəflərin hərbi eskalasiyadan çəkinməsinə dair öhdəlik götürməsinə nail olmayınca, erməni hakimiyyəti Ağdam və ətraf rayonlara yeni texnika və canlı qüvvə gətirməyə başladı. Kəşfiyyat məlumatları ilə bunları müşahidə edən Azərbaycan tərəfi Pakistan və İsraildən aldığı silahlarla Bakının təhlükəsizliyini gücləndirmək üçün hava hücumundan müdafiə sistemlərini artırdı. Deməli, müharibə başlayacağı təqdirdə strateji nöqtələrə zərbə endiriləcəyi haqda tam əminlik var. Neft və su mənbələrinə, həmçinin enerji sektoruna gözlənilən təhlükəni neytrallaşdırmaqla arxa cəbhədə dayanıqlığa nail olan olmağa çalışan Azərbaycan prezidenti məhz ön cəbhəyə gedərək, Lələtəpədən növbəti çağırışlarını etdi. Ali Baş Komandanın hərbi libasda əsgər və zabitlərin yanında olması, döyüş tapşırıqlarına bilavasitə nəzarət etməsi ordumuza mənəvi ruh verməklə bərabər, prezidentin böyük planlarını təyin etməyə imkan verdi”.
Image result for Zahud Oruc
Z.Oruc hesab edir ki, hazırki beynəlxalq şərait siyasi vasitələrin yaxın müddətdə işə düşməyəcəyini deməyə imkan verir: “ABŞ-da keçirilən seçkilərin nəticələri Minsk Qrupunun taleyini sual altında qoyur. Belə olan təqdirdə Qarabağ cəbhəsində növbəti savaş aprel toqquşmalarından fərqli olaraq, lokal olmaya bilər. Əgər qırıcı təyyarələr və helikopterlər tankları müşayiət edirsə, deməli, çox mürəkkəb coğrafiyalarda müharibəyə hazırlıq gedir. Kəlbəcər, Laçın, Ağdərə və digər cəbhəyanı zonalarda, dağlarda və çökəklik ərazilərdə hərbi əməliyyatları yerinə yetirmək üçün ordu qüvvələri hazırlıq vəziyyətinə gətirilib. Razılaşın ki, həmin relyefləri-strateji yüksəklikləri çox asanlıqla əldən verdiyimiz halda, indi yalnız ”Smerç” raketləri, yaxud T-90 tankları ilə onları geri qaytarmaq mümkün deyil. Havadan hücumsa, mülki insanları canlı şitə çevirən ermənilərin kütləvi qırğın səhnələri yaratmasının yeganə yoludur. Ona görə də qarşı tərəf dünəndən başlayaraq, Azərbaycanı mühakimə etmək üçün beynəlxalq təşkilatlara müraciət etməyə başlayıb. Hər halda, Lələtəpədən Ali Baş Komandanın baxdığı hərbi nöqtələrdə atəşkəsin pozulacağı təqdirdə daha böyük toqquşmalar qaçılmaz olacaq. Bu arada Ermənistan hakimiyyəti sürətlə silahlanma yarışına getməklə xalqın sosial vəziyyətini daha da ağırlaşdıraraq siyasi böhranı bir az da yaxınlaşdırır. Bizə də elə bu lazımdır”.
Deputat Kremllə İrəvan arasındakı növbəti hərbi razılaşmaya fərqli prizmadan yanaşır: “1 milyondan artıq ordu qüvvəsinə malik Rusiyanın zəif bir dövlətin hərbi imkanlarına ehtiyac duyması absurd görünərdi. Lakin Ermənistan aprel döyüşlərindən sonra anti-Putin və anti-Rusiya mitinqləri ilə Moskvanın tam himayəsini qazanmaq istəyirdi. İndi qeyd etdiyiniz birləşmələrin sayı, qoşun növü, hərbi bazası bəlli olmadan onu rusların gəlib Qarabağda Azərbaycana qarşı döyüşəcəyi kimi qələmə vermək qarşı tərəfin avantürasıdır. Məqsəd Moskva-Bakı arasında yüksək siyasi-hərbi əlaqələrinə zərbə vurmaqdır. Ruslar ikinci dəfə ermənilər əvəzindən başqa torpaqlarda vuruşub işğalçılıq müharibəsində iştirak etməyəcəklər. Lakin vahid hərbi birləşmələr NATO-nun Gürcüstanda həyata keçirdiyi tədbirlərə, cənub cinahının Türkiyədən qorunmasına və Yaxın Şərqdən gələn təhlükələrə qarşı cavab reaksiyasıdır. Azərbaycan Türkiyə ilə demək olar ki, vahid ordu qüvvələri halına gəlib. Ümidvarıq ki, Rusiya siyasi rəhbərliyi ermənilərin son addımdan ölkəmiz əleyhinə canfəşanlıqla istifadəsini yaxşı görürlər. Dünənə kimi Gümrüdəki bazanı ”işğalçı qüvvə” adlandıranlar indi sanki əsrin əvvələrindəki bolşeviklərin xilas ordusunu qarşılayırlar. Azərbaycan Rusiya ilə səngərdə üz-üzə deyil və Sərkisyanın avantürası onu xilas edə bilməyəcək”.
Image result for Elxan Şahinoğlu
 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, Azərbaycan prezidenti İlham Əliyevin noyabrın 12-də Füzuli rayonuna səfəri zamanı bu ilin aprel ayında işğalçılardan geri alınan Lələtəpəyə gedib hərbçilər qarşısında çıxış etməsinin simvolik əhəmiyyəti var: “Birincisi, İlham Əliyev Lələtəpəyə getməklə rəsmi İrəvanın təxribatlarına cavab vermiş oldu. Məsələ burasındadır ki, son vaxtlar Ermənistan rəsmiləri və generalları cəbhə bölgəsindəki Talış kəndinə getməklə bir növ Azərbaycana açıq verirdilər ki, ”bu kənd bizim nəzarətimizdədir”. İlham Əliyev isə Lələtəpəyə gedərək strateji yüksəklikdən düşmən mövqelərinə baxış keçirməklə Talış kəndinin istənilən an işğaldan azad oluna biləcəyinə eyham vurdu. İkincisi, İlham Əliyevin səfərə hərbi formada çıxmasının özü Ermənistana mesaj idi. Başqa sözlə, elə bilməyin ki, aprel döyüşləri təkrarlanmaya bilməz. Danışıqlar uzanır, ortada isə konkret nəticə yoxdur. Üçüncüsü, İlham Əliyevin vücud dili vasitəsilə verdiyi ismarıclardan başqa Lələtəpədə verdiyi konkret açıqlamalar da var idi ki, onları kifayət qədər sərt qiymətləndirmək mümkündür”.
Ekspert şübhə etmir ki, Azərbaycan hərbi potensialını artırmaqda, yeni növ silahlar almaqda davam edəcək: “Prezidentin ”Şuşa və Xankəndi də Azərbaycandır” sözləri isə ona dəlalət edir ki, söhbət yalnız Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyindən getmir, sıralamada Dağlıq Qarabağın özü də var. Dördüncüsü, İlham Əliyevin Lələtəpədə verdiyi ən əhəmiyyətli mesajlardan biri bu oldu: “Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin”. İlham Əliyev bu cümləsində Rusiya-Ermənistan hərbi ittifaqını nəzərdə tutub. Yəni dövlət başçısı demək istəyib ki, Ermənistan hakimiyyəti və cəmiyyəti elə bilməsin ki, Rusiya-Ermənistan hərbi ittifaqına görə Azərbaycan işğal altındakı torpaqların güc yolu ilə həllinə girişə bilməz. Rusiya Dağlıq Qarabağ və ətraf rayonları Azərbaycanın ərazisi sayır. Demək, Rusiya digər ölkələr kimi Azərbaycanın bu torpaqlardakı hüququnu tanıyır. Yox, əgər Rusiya hərbi birləşmələri işğalçı ilə birgə Azərbaycana qarşı hər hansı təxribat həyata keçirərlərsə, müharibə total xarakter daşıyacaq ki, bu, heç Rusiyanın da maraqlarına cavab vermir”.
Ekspertin fikrincə, Putinin Ermənistanla birgə qoşun yaradılması barədə sənədi imzalaması təsadüf də ola bilər, mesaj da…
Image result for “İqla-S”
Lakin eyni zamanda növbəti “təsadüf”ün olması inandırıcı görünmür. Belə ki, Rusiya Ermənistana 6 ədəd “Smerç” reaktiv artilleriya sistemi və 6 ədəd TOS-1A (“Solnçepyok”) ağır odpüskürmə sistemi verəcək. (axar.az) Dünya Silah Ticarəti Analizi Mərkəzinin hesabatında bildirilir ki, Ermənistan bu “Smerç” sistemlərinə görə Rusiyaya 60 milyon dollar, “Solnçepyok”a görə isə 40 milyon dollar ödəməlidir. Bu il İrəvan Rusiyadan “Tiqr” tankları və “İqla-S” zenit-raket kompleksləri də alacaq.
Moskva Azərbaycana silah satdığına görə şivən qoparan işğalçı nədənsə bu faktların üstündən sükutla keçir. Rusiya prezidentinin son qərarı və Ermənistana göndəriləcək silahlarla bağlı məlumat şübhə yoxdur ki, panik vəziyyətdə olan Ermənistanı sakitləşdirmək niyyəti daşıyır. Moskva Ermənistanda yenidən anti-Rusiya aksiyalarının başlanmasını istəmədiyi üçün ermənilərə təskinlik verir.
Amma şübhə yoxdur ki, bununla Kreml Bakını növbəti silah və hərbi texnika almaq üçün hərəkətə keçməyə də sövq edir. Necə ki, Rusiya Federasiya Şurasının üzvü Nikolay Rıjkov ötən həftə buna eyham vuran açıqlama vermişdi. Dekabr ayında isə bu mövzuda müzakirələrə məsul şəxslərdən biri, Rusiya baş nazirinin müavini Dmitri Roqozin Bakıya gələcək.
Previous Post

Lələtəpə xəbərdarlığı Ermənistanı təşvişə saldı

Next Post

Hikmət Hacızadə: “Elə bilirdim ki, Amerika avaranı seçməz…”

Bənzər yazılar

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

28 Oktyabr 2026 - 20:30

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Səlim bin...

Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

28 Oktyabr 2026 - 11:51

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə "əla" münasibətlərə malik olduqlarını və bu ölkədən xeyli miqdarda neft idxal etdiklərini bildirərək, Venesuelanın...

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

27 Oktyabr 2026 - 23:38

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib. Məhkəmə tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum...

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

27 Oktyabr 2026 - 20:00

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevanın Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan...

Next Post

Hikmət Hacızadə: “Elə bilirdim ki, Amerika avaranı seçməz...”

Hikmət Hacızadə: “Elə bilirdim ki, Amerika avaranı seçməz...”

Son xəbərlər

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

28 Oktyabr 2026 - 20:44
“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

28 Oktyabr 2026 - 20:37
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

28 Oktyabr 2026 - 20:30
Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

28 Oktyabr 2026 - 20:25
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var

28 Oktyabr 2026 - 20:21
İspaniyada qatar qəzası qurbanlarının sayı 64-ə çatıb

İspaniyada qatar qəzası qurbanlarının sayı 64-ə çatıb

28 Oktyabr 2026 - 18:22
Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar – RƏY

28 Oktyabr 2026 - 18:18
Böyük Britaniyadan Ukraynaya 13,3 milyard dollarlıq dəstək

Böyük Britaniyadan Ukraynaya 13,3 milyard dollarlıq dəstək

28 Oktyabr 2026 - 18:11
“Qarabağ” UEFA Gənclər Liqasında son dəqiqə qolu ilə uduzdu

“Qarabağ” UEFA Gənclər Liqasında son dəqiqə qolu ilə uduzdu

28 Oktyabr 2026 - 17:59
İspaniyadakı dəhşətli qəzaya görə 24 futbol matçı təxirə salındı

İspaniyadakı dəhşətli qəzaya görə 24 futbol matçı təxirə salındı

28 Oktyabr 2026 - 17:47
İran və Rusiya kiçik nüvə reaktorlarının tikintisinə dair saziş hazırlayır

İran və Rusiya kiçik nüvə reaktorlarının tikintisinə dair saziş hazırlayır

28 Oktyabr 2026 - 17:35
Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

Kamran Əliyev: Azərbaycanın Məkkə Konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət kəsb edir

28 Oktyabr 2026 - 17:28
Fars körfəzində neft sızması: Şarjada bütün çimərliklər bağlandı

Fars körfəzində neft sızması: Şarjada bütün çimərliklər bağlandı

28 Oktyabr 2026 - 17:16

Praqada Müslüm Maqomayevin xatirəsi poeziya və musiqi ilə anıldı

28 Oktyabr 2026 - 17:09
Niderland aeroportunda İkinci Dünya müharibəsindən qalan sursatlar tapılıb

Niderland aeroportunda İkinci Dünya müharibəsindən qalan sursatlar tapılıb

28 Oktyabr 2026 - 17:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.