"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Hikmət Hacızadə: “Elə bilirdim ki, Amerika avaranı seçməz…”

15 Noyabr 2016 - 10:30
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

Hikmət Hacızadə: “Elə bilirdim ki, Amerika avaranı seçməz; amma seçdilər də...” “Amerikanın qara yox, qəhvəyi siyahısındayam”

Amerika seçkiləri öncəsi yerli politoloqlar Hillari Klintonun prezident seçiləcəyini proqnozlaşdırırdılar. Xüsusən də demokrat Hikmət Hacızadə prezidentliyə namizəd Donald Tramp barədə olduqca sərt sözlər, fikirlər işlətmişdi. Məlum, qələbə D.Trampın üzünə güldü. H.Hacızadə ilə bu nəticəni və “Tramplı Amerika”nı təhlil etdik. Müsahibimiz ilk növbədə bu nəticə barədə danışdı: 
– Açığını deməliyəm ki, mən belə olacağını gözləmirdim. Mənim üçün sürpriz oldu…
– Sizcə, bu, nəyin göstəricisi idi? Həqiqətən də demokratik nəticə oldu? 
– Demokratiya deyəndə ki…  İnsanlar öz səsini verdi və Trampı seçdisə, bu, o deməkdir ki, seçkilər demokratik keçdi. Amma insanlar onu niyə seçdi, bax, budur böyük problem. Görünür ki, dünyada inkişaf etmiş ölkələrdə iki millət əmələ gəlib. Bir qisim kompüter, mikrofondan istifadə edir, istirahət üçün başqa ölkələrə gedir və sair. O biri qism isə dəyişikliklərdən, çətiniklərdən çox narazıdır. Onlar uyğunlaşmırlar, özlərinə yer tapa bilmirlər. Amerikada sadə adamlar işsiz qalıblar.
Onlar iş tapmaq üçün Çinə, ora-bura gedir. Yaxşı maşın sürmək üçün, yayda dənizə getmək üçün ağıl işlətməlisən. Valideynlərin varlı olub, sənə təhsil verməlidir. Bu isə milyonlarla adamlarda yoxdur. Sadə adamlar başqa haydadır, başqa prinsiplərlə yaşayır. Kompüter işlədənlər isə tamam başqa haydadır. Ona görə də bu məsələnin qavranılmasında çətinlik var.
Sadə adamı tezliklə gedən demonsibasiya çox narahat edib. Obamaya dözürdülər. Sadə adam onsuz da ürəyində rasist olur. Kimsən, nəçisən, hansı rayondansan… prinsipi hakim olur onda. Sonra üstündən bir dənə də arvad gəldi. Dedilər ki, indi bu arvad bizə başçılıq edəcək? Sabah tutaq ki, bir homoseksual gələcək. İnternet, sadə adamların fikri belə dağılır. Bu, sadə adamları məcrasından, əsəbindən, yolundan çıxarır.
Bu iki məsələ qloballaşma və yeni texnologiyalar, iş məsələsi narazılıqların səbəbi olur. Seçici bunu bilməlidir. Sadaladığım problemlərin həlli çox çətin, qəliz və uzunmüddətlidir. Sadə adam buna dözmür. Ona görə də düşünür ki, bir igid gəlsin, vursun dağıtsın birdəfəlik. Mən deyəndə ki, alim çağıracam, kompüterlə qrafik çəkəcəyik, araşdırma aparacağıq… Amerikalı seçici deyir ki, əşşi, 20 ildir heç nə edə bilmir, qoy  Hitler kimi bir adam gəlsin, görək həll edə bilirmi.
– Yəni sizcə, Amerika seçicisi macəra istəyirdi? 
– Xeyr, məsələnin tez həllini istəyirdi. Həm burda, həm Böyük Britaniyada, həm Almaniyada yığılmış problemlərin həllini istəyir seçici.
– Bir çox analitiklər deyirlər ki, əslində Trampın aqressiv, çılğın çıxışları piara hesablanmış addımlar olub. Daha çox diqqət çəkmək, səs toplamaq üçün… Amma 100 günlük planını açıqlayanda məlum oldu ki, anons etdiklərinin bir çoxunu etməkdə, ilk  başda isə milyonlarla miqrantı ölkədən çıxarmaqda israrlıdır… 
– Belə düşünmək üçün ehtimal var. Amma bu gədə dəqiq nə edəcək, bilmək olmaz. Çünki onun siyasi tarixi yoxdur.  Siyasətçi olmayıb ki, daha öncə dedikləri və etdiklərini bilək, müqayisə edək. Amma yenə də belə ehtimal var ki, onun o cür çıxışları sırf diqqət çəkməyə və piara hesablanmış idi.
– Hikmət bəy, siz də seçkilər ərəfəsində Tramp barədə çox ağır sözlərdən istifadə edirdiz. Onun barəsində “axmaq”, “avara” kimi sözlər işlədirdiz… 
– (Gülür) Düz deyirəm də, avaradır. Mən amerikalılara başa salaram ki, Azərbaycanda avara şərəfli sözdür, azad adamın indeksi sayılır.
– Necə düşünürsüz, bir “avara” dünyaya nüfuz edən super bir dövlətin başına keçə bilərmi? Nəticə sizin fikrinizi dəyişmir?
– Bilər də. Mən səhv edirdim. Elə bilirdim ki, Amerika avaranı seçməz. Amma seçdilər də. Hitler də avara idi də. Uqo Çaves də onun kimi. Səsvermə, demokratiya hərdən avaraları, populistləri  hakimiyyətə gətirir.
 
– Bu təhqirə görə narahat deyilsiz? Bütün hallarda tanınmış politoloqsuz və Amerikanın prezidenti barədə ağır sözlərdən istifadə etmiş adamsız. Amerika səfirliyinin “qara siyahı”sında ola biləcəyiniz ehtimalı sizi qorxutmur? Bundan sonra o ölkəyə gedib-gəlmək fikriniz varmı, məsələn? 
– Mən Trampın anasını-bacısını söyməmişəm ki, narahat da olum. Qara yox, qəhvəyi siyahıya düşəcəm. Mən qara siyahılıq deyiləm.
– Belə bir fikir söylədilər ki, Hillari Klintonun seçilməməsi Azərbaycanda demokratik düşərgə üçün ciddi zərbə oldu. Layihələr, qrantlarla işləyənlər üçünsə xüsusən çətin dönəm olacağını deyənlər oldu…. 
– Yox, belə deyil. Bunu qavramaq çətindir və gözləmək lazımdır. Adətən demokratlarla respublikaçıların insan haqları və demokratiyaya yanaşması fərqli oldu. Demokratlar insan haqlarından çox danışır, məktublar yazır, etirazlar edir, hərdən mükafatlar alırlar. Amma reallıqda heç bir şey etmirlər. Amma respublikaçılar az danışır, amma hərdən elə vururlar ki, diktaturalar dağılır. Ronald Reyqan vardı, insan haqlarından az danışırdı. Amma necə vurdusa, SSRİ-ni dağıtdı, 300 milyon adam azad olundu, Azərbaycan da müstəqil oldu. Bunlar iş adamlarıdır, qətiyyətli adamlardır. Danışmaqları az, iş görməkləri isə çoxdur.
 
– Sizin üçün Trampın seçilməsi ilə “Amerika röyası” bitdimi? Bir demokrat olaraq “üzdünüzmü” əlinizi bu ölkədən, onun dəyərlərindən? 
– Mən heç vaxt Amerikanı ideallaşdırmamışam. Amerika yaxşı ölkədir, amma cənnət deyil. Amerikanın problemləri çoxdur. Amma bəzi ölkələrdən fərqli olaraq, onlar öz problemlərini müzakirə edirlər, onu gizlətmirlər, onun üzərində işləyirlər, açıq danışırlar. Budur, Amerikanın böyüklüyü. Ona görə də mən tam məyus olmamışam. Amerika adına yaxşı şeylər görəcəyik. Bu, bir proletariar dalğadırsa, başqa ölkələrdə də davam edəcək. Britaniyada, Venesuelada, Türkiyədə baş verənlər o dalğanın izləridir.
Previous Post

Hikmət Hacızadə: “Elə bilirdim ki, Amerika avaranı seçməz…”

Next Post

`ABŞ hərbi cinayətlər törədib` – Beynəlxalq Cinayət Məhkəməsi

Bənzər yazılar

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33

ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib....

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

30 Oktyabr 2026 - 21:13

Misli Premyer Liqasının X turunda "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub. Elchi.az -ın məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan...

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

30 Oktyabr 2026 - 21:11

BƏƏ sahillərində "Gem No. 2" tankerindən neft sızması dayandırılıb, yeni neft sızması halları aşkar edilməyib, zərər çəkmiş sahilboyu ərazilərin təmizlənməsi...

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

30 Oktyabr 2026 - 20:29

Yəmənin hökumət qüvvələri "Yəmən şəfəqi" hücum əməliyyatı çərçivəsində son saatlar ərzində husilərə 1087 zərbə endirdiyini açıqlayıb. Elchi.az xəbər verir ki,...

Next Post

`ABŞ hərbi cinayətlər törədib` - Beynəlxalq Cinayət Məhkəməsi

`ABŞ hərbi cinayətlər törədib` - Beynəlxalq Cinayət Məhkəməsi

Son xəbərlər

İran yeni müharibənin mümkün nəticələri barədə xəbərdarlıq etdi

İran yeni müharibənin mümkün nəticələri barədə xəbərdarlıq etdi

31 Oktyabr 2026 - 13:32
Ali Məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barədə qərar verib

Ali Məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barədə qərar verib

31 Oktyabr 2026 - 13:19
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib

Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib

31 Oktyabr 2026 - 13:07
31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

31 Oktyabr 2026 - 12:42
Böyük Britaniya İrana xəbərdarlıq etdi

Böyük Britaniya İrana xəbərdarlıq etdi

31 Oktyabr 2026 - 12:21

FHN yanğın-taktiki təlim keçirib – VİDEO

31 Oktyabr 2026 - 12:10
Bakıda maşın velosipedçini vuraraq öldürüb

Bakıda maşın velosipedçini vuraraq öldürüb

31 Oktyabr 2026 - 11:51
Mürsəl İbrahimov Qəbələdə vətəndaş qəbulu keçirəcək

Mürsəl İbrahimov Qəbələdə vətəndaş qəbulu keçirəcək

31 Oktyabr 2026 - 11:30
Əksər yerlərdə yağış, Şahdağda qar yağıb – FAKTİKİ HAVA

Əksər yerlərdə yağış, Şahdağda qar yağıb – FAKTİKİ HAVA

31 Oktyabr 2026 - 11:13
Trampın arzuladığı Nobel mükafatını xanımı ala bilər

Trampın arzuladığı Nobel mükafatını xanımı ala bilər

31 Oktyabr 2026 - 10:53
Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

31 Oktyabr 2026 - 10:40
“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

31 Oktyabr 2026 - 10:32
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

31 Oktyabr 2026 - 10:26
Azərbaycan nefti 126 dollara satılır

Azərbaycan nefti 126 dollara satılır

31 Oktyabr 2026 - 10:13
ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.