"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Kərəm Həsənov imperiyası: Quruluş, Yüksəliş və Çöküş

17 Aprel 2019 - 09:17
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

Çağdaş Azərbaycan siyasətində həm iqtidar, həm müxalifət düşərgəsinə aid xeyli sayda xəyanət nümunələri saymaq olar. Bu siyasətin islaholunmaz qaydasına çevrilib. Belə məqamlardan biri də Fərhad Əliyev-Kərəm Həsənov nümunəsidir. Bu haqda xeyli yazılıb. Mövzuya cumhuriyyet.az olaraq yenidən qayıtmağımızın səbəbi isə Fərhad Əliyev ölkəyə qayıtdıqdan sonra sabiq nazirin qisas planının və komitə sədrinin qorxu keçirməsinin gündəmə gəlməsidir.
Fərhad Əliyevin qayıdışı, komitə sədrinin təşvişi
Həbsdən çıxdıqdan sonra özünü reabilitasiya edən keçmiş nazirə “yaşıl işıq” yandırmağa başlayıblar. Onun siyasi iqtidarla münasibətlərinin yoluna düşməsi və təzədən etimad qazanması bəzi dairələrin canına vəlvələ salıb. Heç şübhəsiz təşviş içində olan məmurlardan biri F.Əliyevin həmyerlisi, vaxtilə karyera yüksəlişinə dəstək verdiyi, amma həbs olunanda əleyhinə ifadə vermiş Əmlak Məsələləri üzrə Dövlət Komitəsi sədri Kərəm Həsənovdur. F.Əliyevin dönüşü, ona hətta müstəqil biznes fəaliyyəti göatərmək imkanının tanınması əzəli düşmənlərinin tək-tək dənlənməsi ilə müşayiət olunacaq. K.Həsənovun da həmin cərgədə olduğu aydındır.
Kərəm Həsənovun əsas prinsipi: Hər kəsi qurban vermək olar
Komitə sədrinin F.Əliyevə etdiklərinin MTN şefi Eldar Mahmudov işində də təkrarlaması müşahidə olundu. Bir müddət əvvəl MTN işi ilə bağlı “quyruğu qapı arasında qalmış”, Mahmudov-Çovdarov bandası ilə işbirliyi de-şifrə olmuş, barəsində ifaşedici materiallar yayımlanmış K.Həsənov vəziyyətdən sivişib çıxmağa müvəffəq oldu. Hətta mətbuata da minnətçi düşən və media emissarlarının hesabına təşkil etdiyi kampaniya ilə Mahmudov-Həsənov əlbirliyini ört-basdır etməyə çalışan komitə sədri kim bilir ki, istintaqa nələr açıqlayıb. Elə bu iş üzrə Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanovu qurban verən Kərəm Həsənov üçün bir həyat kredosu var – silahdaşlarını, ona dəstək verənlər ən dar anda ələ vermək olar, təki kreslosunu itirməsin…Hər halda faktlar bunu deməyə əsas verir.
Onu bağışlamaq olarmı və ya “timsahın göz yaşları”
K.Həsənov vəzifədən çıxarılmaq qorxusu qarşısında köhnə düşmənçiliklərdən yaxa qurtarmaq üçün F.Əliyev və onun qardaşı Rafiq Əliyevlə münasibətlərini sahmana salmağa çalışır. Belə ki, mətbuatda K.Həsənov-F.Əliyev işi üzrə yeni informasiyalar meydana çıxıb. Media yazır ki, komitə sədri keçmiş nazirlə barışmaq üçün təşəbbüs göstərib: “K.Həsənov vəzifədən çıxarılmaq qorxusu qarşısında köhnə düşmənçiliklərdən yaxa qurtarmaq üçün F.Əliyev və onun qardaşı Rafiq Əliyevlə münasibətlərini sahmana salmağa çalışır”. Komitə rəhbəri ümid edir ki, vəzifəsindən gedəcəyi halda sabiqlərin Cəlilabad qruplaşması yaratmaq olar. Cəlilabadda da K.Həsənova F.Əliyevi satmış biri kimi baxırlar. Yəni, iqtidarla Cəlilabad camaatının komitə sədrinə münasibəti adekvatdır. O baxımdan K.Həsənov öz reputasiyasını bərpa etmək, günahlarını yumaq və bağışlanmaq arzusundadır. Yalnız bu məqamda da K.Həsənov öz məqsədlərini güdür. Əliyev qardaşlarının isə onu əfv edəcəyi ağlabatan deyil. Digər tərəfdən, Əliyev qardaşları olanları unutmayıblar və yaşadıqları onlara həyat dərsi olub. İndiki durum isə komitə sədri üçün çox dramatikdir. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu günə qədər vəzifədə qalmasını mənəvi cəhətdən həmyerlisinə borcludur. Eyni zamanda F.Əliyevin ifşasında da onun xidmətləri danılmazdır. İqtidar rəhbərliyi məhz komitə sədrinin illər əvvəl göstərdiyi xidmətə görə mükafatlandırıb və vəzifədə saxlayıb. Hakimiyyət bu yaxşılıqları əsla unutmur, di gəl ki, həmyerlisinə xəyanət etmiş bir şəxsə hakimiyyət daxilində müsbət münasibət yoxdur. Sadəcə, hakimiyyətin idarə olunması prosesində belə lazımdır. K.Həsənov bu gün həmyerlisi, həbs həyatı yaşamış keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə etdiklərinə görə daxilən əzab çəkirsə, bunu yalnız “timsahın göz yaşları” adlandırmaq olar.
Beynəlxalq ifşa və itirilən etimad
Həsənovların durumunu ağırlaşdıran daha bir səbəb var. Beynəlxalq araşdırmaçı jurnalistlərdən ibarət Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) son araşdırmasında diqqətdən kənarda qalan daha bir fiqurun adı keçirdi. Biz cumhuriyyet.az olaraq həmin araşdırmaya yenidən nəzər yetirərək bildirirrik ki, Çexiyanın Praqa və Marinask Lazne şəhərlərində daşınmaz əmlak və otellər alan tanınmış azərbaycanlılar arasında Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, deputat Malik Həsənovun da adı var. Hər iki çex şəhərində bahalı malikanələrə sahiblənmiş komitə sədrinin deputat qardaşının bu pulları hardan əldə etdiyi sirr deyil – millət vəkilinə qadağan edilmiş biznesdən…
Bu faktın məhz OCCRP tərəfindən üzə çıxarılması təsdiqləyir ki, təkcə M.Həsənovun yox, qardaşı K.Həsənovun da Avropada daşınmaz əmlakları var. Həsənovların oliqarx həyatı korrupsiya pullarının hesabına mümkünləşib. Beynəlxalq araşdırmaçıların ortalığa qoyduğu faktlar göstərir ki, Həsənovlar prezidentə qarşı Qərbdə başlamış kampaniya üçün tutarlı arqumentlər veriblər. Əgər Həsənovlar Avropada mal-mülk sahibi olmasaydılar, korrupsiya pullarına varlanmasaydılar beynəlxalq dairələrin ölkəmizin imicinə zərbə vuran bu halları tirajlamazdı.
Çexiyadan Ərəbistanadək böyük imperiya və İsveçrə banklarında hesab
Komitə sədrinin artıq bir neçə ildir ki, Çexiyada biznes strukturu formalaşdırmaq istiqamətində ciddi iş apardığını vurğulayan mənbə K.Həsənovun yüngül və yeyinti sənayesinə daha böyük önəm verdiyini bildirib. Bununla bağlı cumhuriyyet.az-ın əldə etdiyi məlumatda bildirilir ki, komitə sədrinin mineral su və pivə istehsalına marağı daha böyükdür: “Komitə sədrinin Çexiyanın müxtəlif bölgələrində, xüsusilə də Benetiçe və Karlovı Varı şəhərlərində mineral su zavodları mövcuddur. Bu müəssisələrin istehsal etdiyi məhsulun önəmli bir qismi Azərbaycana ixrac olunur. Bu suların Azərbaycandakı satışını həyata keçirən və rəsmi distribüteri hesab edilən ”Mattoni” də komitə sədri və ona yaxın olan adamlara məxsusdur”. Həsənov qardaşları Çexiyanın spirtli içki bazarında da müəyyən paya malikdir: “Pilzen şəhərindəki pivə zavodunun istehsal etdiyi pivə yerli bazarla yanaşı, xarici bazarlarda da uğurla təmsil olunmaqdadır. K.Həsənovun xarici ölkədəki biznes fəaliyyəti bununla məhdudlaşmır. Komitə sədrinin həm Çexiya, həm də Birləşmiş Ərəb Əmirliyində xeyli sayda istirahət və əyləncə mərkəzinə sahib olduğunu bildirən mənbə K.Həsənovun biznesin bu sahəsində də böyük səriştəyə malik olduğunu qeyd edib. Bütün bunlarla bağlı cumhuriyyet.az olaraq mediada yer alan məlumatlar üzərindən araşdırmamıza görə, komitə sədri əldə etdiyi sərvətin böyük bir qismini İsveçrə banklarında hifz edir: “Komitə sədrinin İsveçrə bankları ilə əlaqəsi qardaşı vasitəsilə təmin olunur. K.Həsənovun qardaşının pasportunda onun İsveçrəyə səfərlər qeydiyyatını göstərən möhürlər də bununla bağlıdır”.
Azərbaycanın “Əmlak kralı”nın başgiicəlləndirən kapital siyahısı
Komitə sədrinin Azərbaycandakı biznesi də yetərincə rənğarəng və çoxşaxəlidir. Bura restoranlar, əyləncə mərkəzləri, tikinti sektoru və sair sahələr aiddir. Həsənov rəhbəri olduğu Əmlak Komitəsinin səlahiyyətlərindən sui-istifadə edərək, bir çox obyektləri çox rahat şəkildə yaxınlarının adına su qiymətinə özəlləşdirə bilməsi, onu qısa zamanda Azərbaycanda ciddi kapital sahibinə çevirib. Cumhuriyyet.az olaraq xatırladaq ki, mediada dəfələrlə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun əmlaklarının ilkin siyahısı yayılıb. K.Həsənovun kapital siyahısında Fərhad Əliyevə bağlı əmlaklar da mühüm yer tutur. Belə ki, Kərəm Həsənov Fərhad Əliyevdin təkcə kreslosunu zəbt etməyib. Fərhad Əliyev həbs olunduqdan sonra Kərəm Həsənov onun nəzarətində olan obyektləri əlindən almağa başladı. Fərhad Əliyev aid “Mingəçevir Regenerat” ASC, “Mingəçevir Texniki Rezin” ASC, “Bakı Elektroavtomat” ASC, “Siyəzən Broyler” ASC, “Azərbaycan Aliminiumu” ASC, “Daşkəsən Filizsaflaşdırma” ASC, “Azərelektroterm” ASC, “Azərboru “ASC, “Bakıelektrikşəbəkə” ASC, “Sumqayıtelektrikşəbəkə” ASC ilə bağlanmış müqavilələr guya investorlar tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməməsi adı ilə ləğv olundu. Həmin müəssisələrin fəaliyyətinə Kərəm Həsənov birbaşa özü nəzarət edir. Hazırda bu müəssisələrin gəliri komitənin “katyoluna” ödənilir. Bundan başqa Fərhad Əliyevin respublikanın müxtəlif yerlərində, Bakı şəhərində yaxınlarının adına özəlləşdirdiyi qeyri-yaşayış sahələri əlindən alındı. Onların bir hissəsini Kərəm Həsənov öz yaxınlarının adına keçirdi. Fərhad Əliyev tərəfindən açılan, onun yaxınlarının nəzarət etdiyi bəzi müəssisələrin fəaliyyəti isə dayandırıldı. Məsələn, F.Əliyevin açdığı Gəncə Xalça Kombinatının yaxınlığında 100-dən çox ailənin yeganə iş yeri sayılan, Almaniya istehsalı olan 9 ədəd xalça toxuyan dəzgahla işləyən müəssisənin faəliyyəti dayandırıldı. Əmlakının mülkiyyət sənədləri isə ləğv edildi.
K.Həsənov həmyerlisi, ona karyerada qalxmağa kömək etmiş F.Əliyevdən fərqli olaraq, Bakı şəhərinin mərkəzindən uzaq, şəhər ətrafında yerləşən, gözə çarpmayan müəssisə və obyektləri ələ keçirməyə daha çox üstünlük verir. Ona birbaşa və dolayısı ilə məxsus olan torpaq və qeyri yaşayış sahələrinin mediada dərc olunan tam olmayan siyahısını Elchi.az olaraq chuhuriyyet.az-a istinadən oxuculara təqdim edirik:
1.Xəzər rayonu Şüvalan qəsəbəsi, A.Ildırım küçəsi 39 ünvanındakı rayon maliyyə şöbəsinin köhnə 2 mərtəbəli binası. Tikilialtı sahəsi 600 kv.m, torpaq sahəsi 1156 kv.m.
2.Xəzər rayonu Şüvalan qəsəbəsi, Şimal DRES-in uşaq bağçası. Tikilialtı sahə 800 kv.m, torpaq sahəsi 3000 kv.m.
3.Suraxanı rayonu Hövsan qəsəbəsi, Yardımçı təsərrüfat. Tikilialtı sahə 1300 kv.m, torpaq sahəsi 47000 kv.m.
4.Xəzər rayonu Mərdəkan qəsəbəsi, Dəniz yolu. Məmmədov Umudəli Ramazan oğlunun adına rəsmiləşdirilib .Tikilialtı sahə 220 kv.m, torpaq sahəsi 8400 kv.m.
5.Suraxanı rayonu Əmircan qəsəbəsi, E.Həsənov küçəsi 42 ünvandakı qeyri-yaşayış sahəsi. Tikilialtı sahə 150 kv.m, torpaq sahəsi 1300 kv.m. Binnətov Zəbullanın adına rəsmiləşdirilib.
6.Xəzər rayonu Şüvalan qəsəbəsinin cənub?şərq hissəsində Maşınqayırma Pansionatının yarımçıq tikilisi. Tikilialtı sahə 600 kv.m, torpaq sahəsi 127022 kv.m. Rəsmiləşdirilib Davudov Yusif Abdulhəmid oğlunun adına.
7.Xəzər rayonu Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan qeyri ?yaşayış sahəsi. Tikilialtı sahə 120 kv.m, torpaq sahəsi 9000 kv.m. Bayramova Xalidə Nuru qızının adına rəsmiləşdirilib.
8.Sabunçu rayonu Sabunçu qəsəbəsi, I.Aslanov küçəsi, 3 ünvanda qeyri-yaşayış sahəsi. Tikilialtı sahə 1200 kv.m, torpaq sahəsi 23500 kv.m. Mustafayev Azad Niyazi oğlunun adına rəsmiləşdirilib.
9.Xəzər rayonu Gürqan qəsəbəsi, Dənizkənarı tikili. Tikilialtı sahə 550 kv.m, torpaq sahəsi 50000 kv.m.
10.Xəzər rayonu Şüvalan qəsəbəsi, A.Ildırım küçəsi “Aqro” kooperativinin və Su doldurma məntəqəsinin yanında. Tikilialtı sahə 2000 kv.m, torpaq sahəsi 58000 kv.m.
11.Xəzər rayonu Buzovna yolu, Mərdəkandan Buzovnaya gedəndə sol tərəfdə SMD-26-nın əmlakı və torpaq sahəsi.
12.Vişnevka dəmir yolunun yanı, Yardımçı təsərrüfat, idman sağlamlıq mərkəzi.
13.Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1 a keçmiş Keyfiyyət Evi. Tikilialtı 960 kv.m, torpaq sahəsi 3000 kv.m. Ismayılov Ramazan Islam oğlunun adına rəsmiləşdirilib.
14.Xəzər rayonu Şüvalan qəsəbəsi, bağlara gedən təzə yolun üstündə. Tikilialtı sahə və torpaq sahəsi 5000 kv.m. Donuzçuluq və heyvandarlıq yardımçı təsərrüfatı.
15.Xətai Mexanizasiya ASC-nin nəzarət səhm zərfi.
16.Bəhrəmtəpə Qum-Çınqıl ASC-nin nəzarət səhm zərfi.
17.Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən Bakı şəhər yol polisinin keçmiş ərazisi.
18.H.Zərdabi küçəsində Ticarət Nazirliyinin keçmiş qaracının yerində hündür mərtəbəli binaya şərikliyi (Papanin körpüsünün yanı.)
19.H.Ələskərov küçəsi 6-12 ünvanında hündür mərtəbəli binaya şərikliyi.
20.Nizami rayonu 8-ci km bazarı.
21.Kənar şəxslərin adına rəsmiləşdirilən Nərimanov və Səbail rayonundakı villa və mənzillər. H.Hacıyev küçəsindəki 2 mənzili, Qubada, Şamaxıda, Qəbələdəki villaları, Bigəhdəki bağ evi və s.

Gözlənilən sonluq
Əlbəttə, Kərəm Həsənov dövlət məmuru yox, iş adamı olsaydı, bu biznes şəbəkəsini yalnız alqışlamaq olardı. Amma indiki halda söhbət dövlətdən oğurlanan pullar və korrupsiya hesabına qurulan biznesdən gedir. Malik Həsənov da qardaşına söykənərək mandatını saxlayıb. Eldar Mahmudov kimi dayağını itirdikdən sonra yeganə dəstəyi Kərəm Həsənovdur. Komitə rəhbəri isə gedəcəyi halda Malik Həsənov üçün bu, sonuncu parlament fəaliyyəti olacaq.Üstəlik, MTN işindən sonra nüfuzunu və etimadını itirmiş Həsənovların 3 milyardlıq korrupsiya qalmaqalında da adının hallanması qardaşlar üçün son ola bilər. Xatırladaq ki, bundan qabaq özəlləşdirmə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun tətbiq edilməsi barədə 10 avqust 2000-ci il tarixli fərmanla, müvafiq icra hakimiyyəti – əvvəlcə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, sonra isə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilirdi. İndi bu səlahiyyət ondan alınıb. Kərəm Həsənov prezidentin etimadını çoxdan itirib. Komitə rəhbərinə verilən möhlət də məhz Ziya Məmmədov kimi bitirilməsinə hesablanıb. Ölkədə gedən sosial və struktur islahatları çərçivəsində reyestr xidməti sahəsinin ASAN Xidmətə verilməsi və komitənin ləğvi nəzərdə tutulur. Heç şübhəsiz ki, belə bir qərarın verilməsi Kərəm Həsənovun gələcək taleyini sual altında buraxır. Komitə sədrinin səlahiyyətsiz bir kreslo sahibinə çevrilməsi prosesinin başlanğıcı qoyulub. Bu, bir növ nəqliyyat naziri Ziya Məmmədovla bağlı gedən prosesi xatırladır. Onun da portfelsiz nazirə çevrilməsinə nəqliyyat sahəsində həyata keçirilən layihələrlə bağlı qərar vermək səlahiyyətlərinin əlindən alınması ilə başlanmışdı. Mahmudovun, həmçinin, Kərəm Həsənovun iri zavodları, səhmdar cəmiyyətləri zor gücünə ələ keçirməsinə yardım etdiyinə, etiraz edənləri MTN-nin zirzəmisində işgəncə ilə yola gətirdiyinə dair iddialar var.
Bundan başqa, K.Həsənovun MTN-ə həbslər sifariş etdiyi, E.Mahmudovun vasitəsilə rəqiblərini və düşmənlərini sıradan çıxarmağa çalışdığı barədə də təsdiqini tapmış faktlar var.
Habelə, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin “vurulmasında” iştirakı, onun karyer yüksəlişinə səbəb olan həmyerlisi əleyhinə istintaqa ifadə verməsi, keçmiş nazirin yenidən biznesə qayıtmasına “yaşıl işıq” yandırılması K.Həsənova yaxşı perspektiv vəd etmir. Siyasi iqtidarda həmyerlisi əleyhinə istintaqa ifadə vermiş, MTN-lə əlbir olmuş məmura heç də birmənalı münasibət göstərilmir. Beləliklə, Həsənovların başı təzədən cəncəldədir və 3 milyardlıq korrupsiya işi qardaşların prezident önündə növbəti sınağıdır…

Bunu da oxuyun

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

Tramp bu həftə 60-a yaxın ölkəyə yeni ticarət rüsumları tətbiq edəcək

“Messi və Ronaldo ilə yerimi dəyişmək istərdim” – Tramp

Elchi.az

Previous Post

Kərəm Həsənov imperiyası: Quruluş, Yüksəliş və Çöküş

Next Post

Əhmədzadənin oğlu, Rüstəmovun kürəkəni “biznesmen Cuma”nın milyardlarında erməni izi…

Bənzər yazılar

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

21 İyul 2026 - 21:02

  Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına ürək transplantasiyası etmək hüququ verilib. Elchi.az xəbər verir ki, Baş nazir...

Tramp bu həftə 60-a yaxın ölkəyə yeni ticarət rüsumları tətbiq edəcək

Tramp bu həftə 60-a yaxın ölkəyə yeni ticarət rüsumları tətbiq edəcək

21 İyul 2026 - 17:47

ABŞ prezidenti Donald Tramp bu həftə onlarla ölkəyə qarşı yeni idxal rüsumları tətbiq etmək niyyətindədir. Elchi.az xəbər verir ki, bu...

“Messi və Ronaldo ilə yerimi dəyişmək istərdim” – Tramp

“Messi və Ronaldo ilə yerimi dəyişmək istərdim” – Tramp

21 İyul 2026 - 13:00

ABŞ Prezidenti Donald Tramp iki futbolçu ilə yerini dəyişmək istədiyini bildirib. Elchi.az xəbər verir ki, o, argentinalı Lionel Messi və...

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

20 İyul 2026 - 23:45

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb. Elchi.az -ın məlumatına görə,...

Next Post
Əhmədzadənin oğlu, Rüstəmovun kürəkəni “biznesmen Cuma”nın milyardlarında erməni izi…

Əhmədzadənin oğlu, Rüstəmovun kürəkəni “biznesmen Cuma”nın milyardlarında erməni izi…

Əhmədzadənin oğlu, Rüstəmovun kürəkəni “biznesmen Cuma”nın milyardlarında erməni izi…

Əhmədzadənin oğlu, Rüstəmovun kürəkəni “biznesmen Cuma”nın milyardlarında erməni izi…

Son xəbərlər

Sahibə Qafarova ASEAN Parlamentlərarası Assambleyasının tədbirində çıxış edib

Sahibə Qafarova ASEAN Parlamentlərarası Assambleyasının tədbirində çıxış edib

22 İyul 2026 - 16:30
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib – FOTO

22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib – FOTO

22 İyul 2026 - 16:23
Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb

Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb

22 İyul 2026 - 16:17
Orban Macarıstanın bütün yeni prezidentlərini qeyri-legitim hesab edir

Orban Macarıstanın bütün yeni prezidentlərini qeyri-legitim hesab edir

22 İyul 2026 - 16:00
Bakı metrosunda iş rejimi dəyişdirilir

Bakı metrosunda iş rejimi dəyişdirilir

22 İyul 2026 - 15:46
Abituriyentlərin diqqətinə! – 2027-ci ildən xarici dil imtahanı belə keçiriləcək

Abituriyentlərin diqqətinə! – 2027-ci ildən xarici dil imtahanı belə keçiriləcək

22 İyul 2026 - 15:30
Onlar vizadan qarşılıqlı azad edildi – Qanun

Onlar vizadan qarşılıqlı azad edildi – Qanun

22 İyul 2026 - 15:14
“ABŞ Ukraynadakı münaqişəyə son qoymağa kömək etməyə hazırdır” – Rubio

“ABŞ Ukraynadakı münaqişəyə son qoymağa kömək etməyə hazırdır” – Rubio

22 İyul 2026 - 15:00
Tarixi düşüncəni milli yaddaşa çevirən qələmdar- Yunus Oğuzun doğum gününə

Tarixi düşüncəni milli yaddaşa çevirən qələmdar- Yunus Oğuzun doğum gününə

22 İyul 2026 - 14:53
Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq

Müəllim və şagirdlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq

22 İyul 2026 - 14:52
Baş nazir qərar imzaladı

Baş nazir qərar imzaladı

22 İyul 2026 - 14:49
Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

22 İyul 2026 - 14:38
Kiberpolis hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən şəxsi saxlayıb – VİDEO

Kiberpolis hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən şəxsi saxlayıb – VİDEO

22 İyul 2026 - 14:29
Temperatur 41 dərəcəyə yüksələcək – XƏBƏRDARLIQ

Temperatur 41 dərəcəyə yüksələcək – XƏBƏRDARLIQ

22 İyul 2026 - 14:13
İran Trampın bəyanatını TƏKZİB ETDİ

İran Trampın bəyanatını TƏKZİB ETDİ

22 İyul 2026 - 14:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.