"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Əhmədzadənin oğlu, Rüstəmovun kürəkəni “biznesmen Cuma”nın milyardlarında erməni izi…

17 Aprel 2019 - 09:20
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET, MARAQLI, SOSİAL
FacebookVatsap

Əhməd Əhmədzadə – Sovet İttifaqı dövründən müxtəlif vəzifələrdə işləyən məmurlardandır. Əmək fəaliyyətinə 1961-ci ildə fəhlə kimi başlamış Əhmədzadə necə olubsa, indi “Baron” ləqəbi qazanıb. Rəhbərlik etdiyi müəssənin adı bir çox rüşvət, yeyinti qalmaqalında hallanması ilə yanaşı, cənab Əhmədzadə həm də bütün qohum əqrəbasını yaxşı vəzifələrə yerləşdirib, böyük bir klanın ağsaqqalına çevrilib. Tanınmış professor Cuma Əhmədzadənin oğlu olan Əhməd Əhmədzadə oğluna da atasının adını verib. Oğlunu Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızı ilə evləndirərək qohumluq əlaqələrini daha da möhkəmləndirib.
Fəhləlikdən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr postuna gedən yol
Məhz bu məqamda, Əhməd Əhmədzadə barəsində qısa da olsa bəzi məlumatları cumhuriyyet.az olaraq diqqətinizə çatdırmaq istərdik. Beləliklə, 1945-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuş Əhməd Cuma oglu Əhmədzadə 1961-ci ildə Qaxmuğal kənd orta məktəbini, 1966-cı ildə isə Azərbaycan Politexnik İnstitutunu bitirib və mühəndis-hidrotexnik ixtisasına yiyələnib. Əmək fəaliyyətinə 1961-ci ildə 11 saylı Bakı şəhər Tikinti İdarəsində fəhlə kimi başlamış, 1966-cı ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda böyük mühəndis, 1967-1975-ci illərdə Qax Suvarma Sistemləri İdarəsində böyük mühəndis, idarənin rəisi vəzifələrində işləyib. 1975-1976-cı illərdə Qax rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olub. 1976-1978-ci illərdə keçmiş Sov.İKP yanında İctimai Elmlər Akademiyasında ali partiya-siyasi təhsili alıb, 1978-1980-ci illərdə Abşeron rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980-1987-ci illərdə Azərbaycan KP Füzuli rayonu RK-nın birinci katibi, 1987-1991-ci illərdə Azərbaycan KP Şəmkir rayonu RK-nın birinci katibi, 1991-ci ildə Şəki şəhər Partiya Komitəsinin birinci katibi, Şəki rayonu Xalq Deputatları Sovetinin sədri, 1991-1992-ci illərdə Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 1981-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib. 1993-2004-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004- 2006-cı illərdə Kənd Təsərrüfatı nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006-cı ildən isə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədridir.
Dövrüyyəsi 1 milyardı keçən idarə
Xatırladaq ki, hal-hazırda Əhmədzadənin başçılıq elədiyi Meliorasiya və Su Təsərrüfatı ASC ümumilikdə 120 idarədən ibarət bir qurumdur. ASC Suvarma Sistemləri İdarələri – 48 idarə, Kollektorların İstismar İdarələri – 8 idarə, Su Anbarların, hidroqovşaqların və Magistral Kanalların İstismar İdarələri – 13 idarə, Meliorasiya İdarələri – 4 idarə, Mexaniki Suvarma İdarələri – 10 idarə, Subartezan Quyularının İstismar İdarələri – 9 idarə, Melioservis İdarələr – 23 idarə, Azmelsutəsərrüfat – ASC, Texnoloji İstehsalat və Komplektləşdirmə İdarəsi, Su Təsərrüfatı Obyektlərinin Lahiyyələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu, Azərbaycan Hidrotexnika və Melorasiya Elm-İstehsalat Birliyi, Hidrogeoloji Meliorativ Xidmət İdarəsi, Tikintidə olan Meliorasiya və İriqasiya Obyektlərinin Birləşmiş İdarəsini və Bəhrəmtəpə Dəmir Beton Zavodunu özündə birləşdirir. Eyni zamanda bu ACS-də 25 minə yaxın adam işləyir. İl ərzində Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumların ümumi dövriyyəsi 1 milyard manatı keçir.
Atadan və qaynatadan yarıyan Cuma Əhmədzadə
“Meliorasiya və Su Təsərrüfatı” ASC-yə illərlə dövlətin ayırdığı pullar sədr Əhməd Əhmədzadənin Britaniyada biznes qurmasına xərclənib. Əgər Cuma hansısa kənddə birinin oğlu olsaydı, indi Britaniyada biznes qura bilməzdi. Çünki onun buna nə imkanı, nə istedadı çatardı. Sadəcə, bioloji cəhətdən bəxti gətirib ki, əli korrupsiyaya bulaşmış, ölkənin meliorasiya təsərrüfatını talan etmiş Əhməd Əhmədzadənin övladıdır. İkinci bəxti ondan gətirib ki, ölkənin bir nömrəli bankiri, manatın qətlinə fərman verənlərdən olan, Azərbaycanın maliyyə-valyuta sisteminin “anasını ağladan”, adı uzun müddət Suriyanın bir şirkəti ilə Avstriyadakı rüşvətlə bağlı məhkəmə skandalında hallanan Mərkəzi Bank sədri Elman Rüstəmovun kürəkənidir. Bu qədər, ata və qaynata sarıdan yarıyan Cuma əfəndi dövlətin milyonlarını Londona daşıyıb, həbsdəki bankir Cahangir Hacıyev kimi özünə şirkətlər qurub.
Bununla bağlı cumhuriyyet.az bildirir ki, sənədləri araşdırmaçı jurnalist Cavanşir Həsənli Feysbuk-dakı səhifəsində paylaşıb. Araşdırmaya görə, 2015-ci il devalvasiyasından sonra kredit bataqlığında çabalayan Azərbaycan əhalisindən fərqli olaraq, bu qərara imza atan Milli Bank rəhbəri Elman Rüstəmovun ailə üzvlərinin sərvətləri birdən-birə bir neçə dəfə artıb. Daha dəqiqi, o və qudası Əhməd Əhmədzadə övladları vasitəsi ilə xaricdəki biznes imperiyasının sərhədlərini genişləndiriblər. Bu imperiyanın sərhədləri isə Londondan başlayıb Çexiyada bitir. Hətta iş o yerə çatıb ki, qudalar Çexiya Müdafiə Nazirliyinin balansındakı əmlakı da alıblar.
Jurnalistin araşdırmasına görə, Əhməd Əhmədzadənin oğlu və onun həyat yoldaşı olan Elman Rüstəmovun qızı Günel Rüstəmova uzun müddətdir ki, Londonda yaşayırlar. İddia olunur ki, onlar Avropadakı böyük sərvətə Azərbaycandakı korrupsiya hesabına sahibləniblər. Məlumata görə, onların Britaniyada sahib olduqları “Gyunel Limited” şirkəti 2005-ci ilin 28 aprelində Londonda qeydiyyatdan keçib və 5438890 saylı lisenziya nömrəsi alıb (Qeydiyyat ünvanı: Basement 32 Woodstock Grove, London, Uk, W12 8LE). 2010-cu ilin 26 oktyabr tarixinə qədər “Yosma LTD” adı ilə fəaliyyət göstərən şirkət 2006-cı ilin avqustun 21-də Elman Rüstəmovun qızının adına rəsmiləşdirilib. 2010-cu ildən bəri “Gyunel Limited” adı ilə fəaliyyətdədir. Şirkətin maliyyə sənədlərinə görə, 2008-ci ildə onun sərvəti heç 10 min funt sterlinq olmayıb. 2014-cü ildə şirkətin mal varlığı 1 milyon 102 min 789 funt sterlinq olub. Yayılan sənədlərə görə, 2013-cü ilin sonlarında Ə. Əhmədzadənin oğlu və E. Rüstəmovun qızı Çexiyada otel açmaq qərarına gəlirlər. Onlar Çexiyanın Lipno gölü sahilini seçirlər. 2014-cü ilin may ayının 11-də Cümə Əhmədzadə Çexiyanın Müdafiə Nazirliyi ilə bu ölkənin hərbi qüvvələrinə məxsus binanın alınması barədə müqavilə bağlayıb. Müqaviləni Çexiya Müdafiə Nazirliyi adından cənab Luboşem Hajdukem imzalayır. Müqaviləyə görə, Çexiya Müdafiə Nazirliyi Lipno gölü sahilindəki istifadəyə yararsız binanı C. Əhmədzadəyə satır. C. Əhmədzadənin Lipno ilə bağlı layihəsi nə az, nə çox – düz 150 milyon çex kronu, yəni təxminən 7 milyon dollar təşkil edir.
Cuma Əhmədzadənin erməniylə biznez bağlılığı
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə və oğluna yönəlik daha bir şok iddia diqqəti cəlb edir. Belə ki, ASC sədrinin oğlu Cuma Əhmədzadə büdcədən meliorasiya və su təsərrüfatına ayrılan milyonları bir sıra saxta MMC-lər vasitəsi ilə mənimsəmə əməliyyatları zamanı erməni əsilli qohumlarının “xidməti”ndən də yararlanır. Bununla bağlı cumhuriyyet.az yerli mediada dərc olunan iddianı olduğu kimi təqdim edir: “04.aprel 2011-ci ildə qeydiyyatdan keçmiş nizamnamə kapitalı cəmi 100 manat olan “PROYEKT” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçiləri arasında Umarov Nadir Osman oğlu və Əhmədzad Cuma Əhməd oğlu olduğu var. ASC-nin sədri Ə.Əhmədzadənin oğlunun təsisçisi olduğu MMC-yə bağlı araşdırma apararaq, aşkar etdik ki, 1955 ci il təvəllüdlü Umarov Nadir Osman oğlu Əhməd Əhmədzadənin həyat yoldaşının dayısı oğludur. Maraqlı odur ki, Nadir Umarovun həyat yoldaşı isə erməni əsilldir. O, 1989-cu ildə adını dəyişərək Fəridə olmuş Firadır. Bu Fira yoldaşı ilə eyni evə pasport qeydiyatına da düşməmişdir. Əhmədzadələr bu erməni xanımın 1988-ci il hadisələri zamanı avropaya qaçaraq sığınacaq almış bacısının da İsveçrə vətəndaşlığından istifadə edərək Avropada da bir neçə firmalar açıblar”.
Londondakı şirkətinin aktivləri daha 1 milyon funt sterlinq artıb
Bu yaxınlarda müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkələrdə Baş bankirin kürəkəninin (Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu) Cuma Əhmədzadə və Günel Rüstəmovaya aid Gyunel Limited şirkətinin aktivlərində daha bir milyon funt sterlinq artdığını bildirib. Cumhuriyyet.az olaraq həmin statusu diqqətinizə çatdırırıq: “Baş bankirin kürəkəninin (Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu) İngiltərədəki şirkətinin aktivlərində daha bir milyon funt sterlinq artım olub. Cuma Əhmədzadə və Günel Rüstəmovaya aid Gyunel Limited şirkətinin 20 fevral 2019-cu ildə reyestrə daxil edilən 2018-ci illə bağlı illik maliyyə hesabatına görə, əvvəlki illə müqayisədə aktivlərin həcmi il ərzində daha bir milyon funt sterlinq artaraq 5 miyon 498 min 955 funt sterlinqə (və ya 7 milyon 200 min dollar) çatıb. Xatırladım ki, əvvəlki ilə aid maliyyə hesabatında bu rəqəm 4 miyon 368 min 743 funt sterlinq təşki edirdi. Ümumiyyətlə son 4 ildə baş bankirin kürəkəninin Londondakı şirkətinin aktivlərində 4 dəfə artım olub.
Gyunel Limited şirkəti 2005-ci ilin 28 aprelində Londonda qeydiyyatdan keçib və 5438890 saylı lisenziya nömrəsi alıb (Qeydiyyat ünvanı: Basement 32 Woodstock Grove, London, Uk, W12 8LE)”.

Bunu da oxuyun

Tramp: İranın körpü və elektrik stansiyaları məhv ediləcək

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

Tramp bu həftə 60-a yaxın ölkəyə yeni ticarət rüsumları tətbiq edəcək

Previous Post

Əhmədzadənin oğlu, Rüstəmovun kürəkəni “biznesmen Cuma”nın milyardlarında erməni izi…

Next Post

Elçin Quliyev Qazax istiqamətində Ermənistanla sərhəddə olub – FOTO

Bənzər yazılar

Tramp: İranın körpü və elektrik stansiyaları məhv ediləcək

Tramp: İranın körpü və elektrik stansiyaları məhv ediləcək

22 İyul 2026 - 17:55

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Hörmüz boğazında gəmilərə endirilən hər zərbəyə cavab olaraq İranda bir körpünü...

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

21 İyul 2026 - 21:02

  Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına ürək transplantasiyası etmək hüququ verilib. Elchi.az xəbər verir ki, Baş nazir...

Tramp bu həftə 60-a yaxın ölkəyə yeni ticarət rüsumları tətbiq edəcək

Tramp bu həftə 60-a yaxın ölkəyə yeni ticarət rüsumları tətbiq edəcək

21 İyul 2026 - 17:47

ABŞ prezidenti Donald Tramp bu həftə onlarla ölkəyə qarşı yeni idxal rüsumları tətbiq etmək niyyətindədir. Elchi.az xəbər verir ki, bu...

“Messi və Ronaldo ilə yerimi dəyişmək istərdim” – Tramp

“Messi və Ronaldo ilə yerimi dəyişmək istərdim” – Tramp

21 İyul 2026 - 13:00

ABŞ Prezidenti Donald Tramp iki futbolçu ilə yerini dəyişmək istədiyini bildirib. Elchi.az xəbər verir ki, o, argentinalı Lionel Messi və...

Next Post
Elçin Quliyev Qazax istiqamətində Ermənistanla sərhəddə olub – FOTO

Elçin Quliyev Qazax istiqamətində Ermənistanla sərhəddə olub – FOTO

Elçin Quliyev Qazax istiqamətində Ermənistanla sərhəddə olub – FOTO

Elçin Quliyev Qazax istiqamətində Ermənistanla sərhəddə olub – FOTO

Son xəbərlər

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

22 İyul 2026 - 20:00
İran ABŞ-nin kritik infrastruktur obyektlərinə cavab zərbələri endirməklə hədələyib

İran ABŞ-nin kritik infrastruktur obyektlərinə cavab zərbələri endirməklə hədələyib

22 İyul 2026 - 19:55
Merts və Paşinyan Cənubi Qafqazdakı sülh prosesini müzakirə ediblər

Merts və Paşinyan Cənubi Qafqazdakı sülh prosesini müzakirə ediblər

22 İyul 2026 - 19:53
Aİ ölkələri Britaniyanın Ukraynaya 90 milyard avroluq kredit dəstəyi proqramında iştirakını təsdiqləyib

Aİ ölkələri Britaniyanın Ukraynaya 90 milyard avroluq kredit dəstəyi proqramında iştirakını təsdiqləyib

22 İyul 2026 - 19:50
Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb

Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb

22 İyul 2026 - 19:43
Konqo DR və Uqandada Ebola qızdırmasından ölənlərin sayı 1 000 nəfəri keçib

Konqo DR və Uqandada Ebola qızdırmasından ölənlərin sayı 1 000 nəfəri keçib

22 İyul 2026 - 19:26
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib

MEDİA-nın təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib

22 İyul 2026 - 19:18
AFFA rəsmisi “Ludoqorets” – “ Hapoel” oyununa təyinat aldı

AFFA rəsmisi “Ludoqorets” – “ Hapoel” oyununa təyinat aldı

22 İyul 2026 - 19:08
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib

Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib

22 İyul 2026 - 19:00
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb

Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb

22 İyul 2026 - 18:53
Həsən bəy Zərdabi adına Media Mükafatı təqdim olundu

Həsən bəy Zərdabi adına Media Mükafatı təqdim olundu

22 İyul 2026 - 18:42
Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyəti ilə bağlı qərar qəbul edilib

Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyəti ilə bağlı qərar qəbul edilib

22 İyul 2026 - 18:37
COVİD-19-la bağlı tibb işçilərinin əməkhaqlarına edilən əlavənin verilməsi müddəti uzadıldı

COVİD-19-la bağlı tibb işçilərinin əməkhaqlarına edilən əlavənin verilməsi müddəti uzadıldı

22 İyul 2026 - 18:29
Almaniyada Rusiya texnologiyası ilə nüvə yanacağı istehsalına icazə verilib

Almaniyada Rusiya texnologiyası ilə nüvə yanacağı istehsalına icazə verilib

22 İyul 2026 - 18:20
DÇ-2026-dan sonra 99 futbolçunun dəyəri artdı: Yamal və Holann rekord qırdı

DÇ-2026-dan sonra 99 futbolçunun dəyəri artdı: Yamal və Holann rekord qırdı

22 İyul 2026 - 18:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.