Küveyt yaxınlığında neft tankerində partlayış baş verdiyi bildirilib.
Elchi.az xəbər verir ki, Böyük Britaniya Dəniz Ticarət Təşkilatı (UKMTO) bildirib ki, Küveytin Mübarək əl-Kəbir limanından təxminən 55 kilometr cənub-şərqdə neft tankerində partlayış baş verib.
Bəyanatda bildirilir ki, ərazidə lövbər salmış tankerin kapitanı gəminin sol tərəfində partlayış və ərazidən uzaqlaşan kiçik bir qayıq gördüyünü bildirib.
Bəyanatda neft tankerinin batmağa başladığı və dənizə neft sızdığı qeyd edilib, lakin yanğın baş vermədiyi vurğulanıb.
Bəyanatda həmçinin heyət üzvlərinin zərər çəkmədiyi və təhlükəsiz olduğu qeyd edilib.
Küveyt hadisənin öz ərazi sularında baş verdiyini inkar edir
Küveyt Daxili İşlər Nazirliyi neft tankerindəki partlayışın Mübarək əl-Kəbir limanı sahillərində baş verdiyini inkar edib. Bəyanatda hadisənin Küveytin ərazi sularından kənarda, Mübarək əl-Kəbir limanından ən azı 60 kilometr aralıda baş verdiyi qeyd edilib.
Şayəstə




















