Çin Prezidenti Si Tsinpin, Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) Sammiti üçün Çində səfərdə olan ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüş keçirdi.
Elchi.az xəbər verir ki, bu, Trampın may ayında Pekinə, Si Tsinpinin isə sentyabr ayında Vaşinqtona etdiyi səfərlərdən sonra, iki liderin bu ilki üçüncü görüşüdür.
33-cü APEC Sammiti Çinin Quandun əyalətinin Şençjen şəhərində keçirilir.
Sakit Okean hövzəsindəki 21 iqtisadiyyatı özündə birləşdirən APEC ilk sammitini 1993-cü ildə təşkil edib. Çin daha əvvəl 2001-ci ildə Şanxayda və 2014-cü ildə Pekində sammitə ev sahibliyi etmişdi.
Sammit çərçivəsində bu gün Çin, Rusiya və ABŞ liderlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulub.
Şayəstə



















