İran Silahlı Qüvvələri Türkiyənin suverenliyinə hörmət etdiklərini və Türkiyə ərazisinə heç bir raket atılmadığını açıqladı.
Elchi.az xəbər verir ki, dövlət mediası vasitəsilə verilən açıqlamada İran Silahlı Qüvvələri Türkiyənin suverenliyinə hörmət etdiklərini və Türkiyə ərazisinə heç bir raket atmadıqlarını bildirdi.
Tehran administrasiyası bölgədəki hərbi fəaliyyətin Türkiyəyə yönəlmədiyini vurğuladı.
Milli Müdafiə Nazirliyi raketin məhv edildiyini açıqladı
Milli Müdafiə Nazirliyi (MSB) İrandan atılan və Türkiyə hava məkanına doğru gedən ballistik raketin zərərsizləşdirildiyini açıqladı.
Nazirlik bildirib ki, raket Suriya və İraq üzərindən keçdikdən sonra Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə sistemləri tərəfindən vaxtında atəşə tutulub məhv edilib. Nazirliyin açıqlamasında İrandan atıldığı aşkar edilən ballistik raketin İraq və Suriya hava məkanından keçərək Türkiyə hava məkanına doğru gedən NATO hava və raketdən müdafiə elementləri tərəfindən vaxtında atəşə tutulduğu bildirilir.
Şayəstə




















