Kürdəmirdə açıq ərazidə baş verən yanğın söndürülüb.
FHN-dən Elchi.az-a verilən məlumata görə, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi tərəfindən ətraf əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
***
15.07
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Kürdəmir rayonunda quru otluq ərazinin yanması ilə bağlı məlumat daxil olub.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.





















