"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Kübar qadınların dres-kod qaydaları haqqında maraqlı faktlar – Fotolar

13 Sentyabr 2014 - 13:47
in MƏDƏNİYYƏT, ŞOU
FacebookVatsap

Özəl günlərdə və dəvətlərdə xanımların əksəriyyətini dəhşət və həyəcan doğurur. Öz obrazını və nə1410588982 geyinəcəyini düşünmək azmış kimi, dress-kod qaydalarına da əməl etməlisən.

Bunu da oxuyun

Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib

Əslində isə hər şey düşündüyümüzdən qat-qat sadədir. Çünki hər tələb olunan geyim üslubunun öz qanun-qaydaları var. Bunları biləndən sonra siz pis vəziyyətə düşməyəcəksiniz. Dress-kodun böyük təsnifat növləri mövcuddur, lakin xırdalıqlara varmasaq, onu bir neçə növə bölmə bölmək olar. Tabloid.az-ın “Moda inqilabları” layihəsi çərçivəsində bu həftə dress-kod anlayışı, onun növləri və qaydaları haqqında danışacağam.

Kübar cəmiyyətlərdə vaxtaşırı düzənlənən mərasim və tədbirlər özünəməxsus şərtiləri ilə zəngindir. Son kolleksiyalardan geyimlər, aktual tendensiyalar, məşhur kuturyerlərlə şəxsi tanışlıq… Məlumdur ki, kübar gecədə özünü tam rahat hiss etmək üçün stoldakı əşyalardan istifadə etmək qabiliyyəti, heç bir əhəmiyyət kəsb etməyən tutalım, hava və ya içki markaları haqqında söhbətdə fikir söyləmək bacarığı və s. gərəklidir. Son illər bu qaydaların siyahısı daha da zənginləşib. Kübar cəmiyyətin tədbirlərində iştirak edənlər yaxşı bilirlər ki, indi dress-kod haqqında geniş məlumata malik olmaq vacibdir. Önəmli tədbirlərə və mərasimlərə dəvət alanda çıxılmaz vəziyyətə düşmək istəmirsinizsə, “Cum Tempore”, “Cocktail Attire” kimi terminlər haqqında məlumatlı olmalısınız.

İndi isə “dress-kod” nədir? Necə yaranıb və bizdən nə tələb olunur? sualları ətrafında daha geniş danışaq.

Dress-kod ilk dəfə İngiltərədə, daha dəqiq desək, Londonda 100 il əvvəl meydana gəlib. Dress-kod sözü əvvəllər “paltarın kodu, geyim kodeksi, kostyumun şifrələnmiş dili” və başqa formalarda işlənib. Bu anlayış XX əsrdə nəzərəçarpacaq dərəcədə şəklini dəyişib. “Dress-kod” termini Böyük Britaniyada yaransa da, qısa müddətdə bütün dünyaya yayılıb. Müasir dress-kod qayda və standartların bütövlüyü, işgüzar insanın qəbul edilmiş geyim normalarıdır. Geyim seçimində əsas qayda onu vaxta və şəraitə görə seçməkdir. Axı müasir dünyada nəinki geyimə görə qarşılayırlar, həm də yola salırlar. Ona görə də hadisənin, mərasimin mövzusuna uyğun geyinməlisiniz.

“Gözəllik ondur, doqquzu dondur” deyiminin bugünkü yozumu belədir: İnsanın xarici görünüşü, geyimi onun hansı ağla və biliyə malik olmasının bariz göstəricisidir. Həmçinin insanın seçdiyi geyimin rəngi, forması onun xasiyyətindən, daxili aləmindən və zövqündən xəbər verir. Qoyulan dress-kod qaydalarına əməl etmək isə sizin zövqünüzü və dəb haqqında anlayışınızı bir balaca sınağa çəkir.

White Tie– ifadəsi tərcümədə ağ qalstuk deməkdir. Balda, banketdə, diplomatik qəbullarda, cıdırda və toyda ciddi, rəsmi variant hesab edilir.

Kişilər üçün bu, qara frak, qara şalvar deməkdir. Ağ köynəyi ağ kəpənək qalstuk tamamlanlıdır. Ayaqqabı və corab yalnız qara rəngdə olmalıdır.

Qadınlar belə gecəyə ipəkdən, məxmərdən və ya taftadan paltar geyinməlidirlər. Açıq sinə dekoltesi şalla örtülür, bijuteriyalardan heç bir halda istifadə etmək olmaz. Bəzək əşyaları ancaq bahalı metallardan olmalıdır, dirsəyə qədər ağ əlcək taxılmalı və onları masaya oturana qədər çıxartmamalısınız. Yemək bitəndən sonra, onları yenidən geyinmək lazımdır. Kiçik ölçülü çanta götürülməlidir. Böyük çanta və klatçlar qətiyyən olmaz. Saçlar səliqəli şəkildə hündür yığılmalıdır, makiyaj mümkün qədər sadə və gözəl olmalıdır. Dikdabanlar uzun ətəklərin və donların altından görünməməlidir.

“White tie” nadir haldır ki, gənc qızlar başlarına qeyri-adi saç taclar taxsa da, gülməli görünmürlər. Lakin taclar da qiymətli olmalıdır. Əvəzində isə saat taxmaq yersiz görünür.

Black Tie, Cravate Noire, Tuxedo  dress-kodu ciddi gecə tədbirləri məsələn, teatr üçün nəzərdə tutulur.

Kişilər cüt və ya tək düyməli smokinq geyilir. Köynək isə ağ rəngdə olmalıdır. Kəpənək qalstuk qara rəngdə. Kişilər üçün vacib atribut enli qurşaq, yəni belbağı hesab edilir. Ayaqqabı da qara rəngdə olmalıdır. Döş cibində yaylıq və butonyör (yaxaya taxılan qönçəli sancaq) ola bilər.

Qadınların donunun uzunluğu dizdən yuxarı ola bilməz, döşəməyə qədər uzanmalıdır. Dəri və ya parçadan incə kəmərli saat və yaxud bahalı daş-qaşlı qolbaq, bilərzik taxmaq olar. Mümkün qədər parlaq rənglərdən və leopard parçalardan uzaq durmaq lazımdır. Brilyant daş-qaş taxmaq məcburi deyil. İndi onu əvəz edən kifayət qədər bahalı bijuteriyalar mövcuddur.

Yeganə yolverilən növ ayaqqabı isə qapalı ayaqqabılardır. Bu qayda xüsusən yay vaxtı pozulur.

Black Tie ifadəsi ilə yanaşı Invited sözü yazıla bilər. Bundan başqa, dəvətnamədən “Optional”, “Creative” sözləri yazıla bilər. Bu o deməkdir ki, qaydalara riayət etmək vacib deyil, obrazınıza yaradıcı və kreativ də yanaşa bilərsiniz. Qadınlar kaşmir sviterlə uzun ipək yubka geyinə, kişilərə isə standart olmayan rənglərdən istifadə etməyə icazə verilir. Çox az hallarda qızlara kokteyl geyimlərə gəlməyə icazə verilir, bu zaman donun uzunluğu dizdən aşağı olmalıdır.

Cocktail Attire ailə şənlikləri, kokteyl və digər mərasimlər üçün münasibdir.

Kişilər qara kostyumsuz və qalstuksuz gələ bilərlər.

Qadınlar zərif və məlahətli görünməlidirlər. Bu dress-kod həm ofis, həm gecə üçün yararlıdır. Ona görə ki, həm kostyum, həm də kokteyl üçün donlar geyinmək olar. Lakin donlar və yubkaların ətəyi dizdən yuxarı olmamaq şərti ilə seçilir. Özünüzlə kiçik ölçülü çantalar götürə, bijuteriya taxa bilərsiniz. Bütün zinət dəstlərini – sırğa, bilərzik, boyunbağı və üzükləri eyni anda taxmaq olmaz. Ölçü hissi – üslub sirlərdən biridir.

Formal – Rəsmi gecə mərasimi

Black Tie anlayışına çox yaxındır. Lakin bəzən geyimə yaradıcı yanaşmaq, təmtəraqlı detallardan istifadə etmək olar.

Semi Formal – Yarı rəsmi dress-kod

Kişilər mərasimdən asılı olaraq pencəyin altından nazik cemper geyinə bilərlər. Smokinq geyinmək məcbur deyil.  Saat 18:00-dan sonra adətən tünd rəngli kostyumlar geyinmək tələb olunur. Bu vaxta qədər isə adi kostyum və qalstuk bəs edir.

Qadınlar saat 8-ə kimi şalvarlı kostyumlar və ya dəbdəbəli gündəlik don geyinə bilərlər. 8-dən sonra kokteyl üçün donlar, tutalım qara qısa don ola bilər.

Casual

Kişilər üçün bu dress-kod ən demokratikdir. Vəziyyətdən asılı olaraq işgüzar kostyumu köynək, sviter və ya jaketlə geyinə bilərsiniz. Cins, pencək, pambıqdan və ya trikotajdan futbolka geyinə bilərsiniz. Təbii ki, işgüzar xarakterli tədbirə daha ciddi variant seçsəniz yaxşı olar. Qeyri-rəsmi görüşlərə isə keyfiyyətli cins də geyinə bilərsiniz.

Qadınlar isə demək olar ki, hər şey geyinə bilərlər. Gündəlik və ya ofis stilində donlar, həmçinin cins, yubka. Aksesuarları düzgün seçməklə obrazınızı tamamlaya bilərsiniz. Əsas odur ki, bayağı deyil, dəbli görünəsiniz.

A5 (After five)

Bu dress-kod saat 5-dən sonra restoran və ya kafedəki çağırılmış dəvətlər, mərasimlər üçün münasibdir.

Kişilər üçün kostyum nəzərdə tutulur. Lakin işgüzar olması məcbur deyil. Rəngli, parlaq köynək geyinə bilərlər. Qalstuk məcbur deyil.

Qadınlar kokteyl, yaxud şıq geyimlər seçə bilərlər. Məsələn, qısa yubka, digər variant isə enli şalvarlarla və ya yaraşıqlı kostyumlar nəzərdə tutulur.

Kokteyl dres-kod

Kokteyl dres-kodu gündüz saatlarında başlayıb axşam saat 8-ə qədər bitən tədbirlər üçün nəzərdə tutulub. Bunlar müxtəlif sərgilər, təqdimat mərasimləri, açılışlar ola bilər. Burada White tie və Black Tie kimi təntənəli xarakter daşıyan geyimlər tələb olunmur. Amma əsas qaydalarını unutmamaq lazımdır.

Peşəkar dizaynerlər bizim işimizi asanlaşdırmaq üçün xüsusi kokteyl paltarlar icad ediblər. Onların üstündə istənilən təsvirlər, birrəngli və ya naxışlı, qollu və qolsuz ola bilər. Kokteyl donlarını şalvar və yubka ilə də əvəz etmək olar.

Ayaqqabı seçimində isə azadlıq verilir. Buna rəğmən, hündür dabanlardan imtina etməmək daha yaxşıdır.

İnsanları heyrətləndirən zinət əşyalarını axşam üçün qorumaq daha yaxşıdır. Cocktail dres-kodu geyimə uyğun olaraq ya təbii daşlardan ibarət sadə bəzək əşyaları, ya da keyfiyyətli bijuteriyanı da nəzərdə tutur.

Bəzən kokteyl tədbirlərdə baş örtüyünün icbari olması nəzərdə tutulur. Lakin bu müddəa dəvətnamədə göstərildiyi halda mütləq olacaq.

BB (Best Business):İşgüzar dress-code – Ən ciddi və əziz işgüzar kostyum

Kişilər: Ən yaxşı işgüzar dress-kodu kostyumun altında (göy də ola bilər) gözqamaşdırıcı-ağ köynəklə qalstuk taxmalıdırlar.  Ayaqqabılar isə yalnız qara.

Qadınlar: Boz, göy və qəhvəyi işgüzar kostyumu ağ şifon, bluzka-köynək, ipək yaylıqla tamamlaya bilərlər. Corablar şəffaf, ayaqqabının dabanı isə 3-6 sm-dən artıq olmamalıdır.

Bəzilərində sadəcə ətək (yubka) və köynək, bəzilərində şalvar və köynək, bəzilərində isə seçimə bağlı geyim olur. İşə ətək və ya şalvar geyinmək seçimi haqqında yəqin ki, dəfələrlə sual qarşısında qalmısınız. Xüsusilə əgər kişi kollektivində çalışırsınızsa, şalvarmı geyinmək, ətəkmi? Sualı aktual olur.

Şalvarda həm fiziki, həm də psixoloji baxımdan rahat olursunuz. Onlar sizi lazımsız diqqətli baxışlardan xilas edirlər. Sizin yüngül xarakterli olmağınızla bağlı sualları aradan qaldırır və sizin “ciddiliyinizə” xallar əlavə edir.

Ətəkdə siz öz qadın üstünlüklərinizdən öz xeyrinizə istifadə edə bilərsiniz: çətin ki, kimsə sizə kobudluq eləsin, çətin ki, kimsə sizə ciddi rəqib kimi baxsın. Siz öz qadın təbiətinizi vurğulayırsınız və ətrafdakıların gözündə olduğunuzdan daha zərif və zəif  görünürsünüz.

 

Amma bir məqam da var. Siz ətəyi geyinəndə hər şeyi, xüsusilə də ətəyin uzunluğunu elə nəzərə almalısınız ki, sizin şəxsiyyətinizə olan hörmət bir damcı da olsa azalmasın.

Doğurdanmı işgüzar geyim bu qədər darıxdırıcıdır? Xeyr, buna əmin olmaq üçün ən yaxınlıqda yerləşən işgüzar geyim mağazasına daxil olmaq kifayətdir. Onlarla, bəlkə də yüzlərlə kostyum, ətək, ciddi şalvarlar, köynəklər seçmək mümkündür. Bir az qapalı, bir qədər təvazökar, amma olduqca müasir və cəlbedici olmalıdır. Həmçinin rəng çalarları da müxtəlifdir. İşgüzar dress-kod hər zaman ciddiliyin və individuallığın ahəngini yaratmaq imkanı verir. Ciddi fason, amma qeyri-ənənəvi rəng tonu, klassik biçim və kreativ (yaxalığın quruluşu, ciblərin forması, zərif broşlar) bir detal ola bilər. Yəni, işgüzar dress-kod tələb olunan yerlərdə də öz üslubuna sadiq qalmaq olar. Ayrı-ayrı elementləri bütünləşdirmək isə artıq zövq məsələsidir.

Müasir dövrdə prestiji və adı olan istər böyük, istər kiçik dövlət və özəl müəssisələrinin demək olar ki, hamısında dress-kod – yəni xüsusi geyim qaydaları var. Maraqlıdır ki, bəzi şirkət rəhbərləri dress-kodu işdə-ofisdə əmək məhsuldarlığının artmasına gətirib çıxaran başlıca faktorlardan biri kimi görürlər və onların bu qənaəti tamamilə düzgün yanaşmadır. Lakin deyilənlərə görə qadınların dress-kod qaydaları kişilərlə müqayisədə daha demokratikdir.

 

Bank və dövlət qurumlarında çalışan işçilərin ciddi işgüzar kostyumlarının tutqun rəng çalarları və geyim tərzindəki yekdillik kompaniyanın mötəbərliyini və nüfuzunu ehmalca ətrafdakıların nəzərinə çatdırır və bununla da müştəridə xoş təəssürat oyadır. Dress-kod nəinki təşkilatın işgüzar tərzini əks etdirmək imkanı verir, həm də bəzi hallarda ofis işçilərinin libaslarında kompaniya loqotipini və ya firma simvolunu yerlədşirməyə icazə verir.

Sonda deyək ki, dəbətnamədə  R. S. V. P hərfləri yazılıbsa, deməli siz gedəcəyinizi təşkilatçılara məlumat verməlisiniz.

S. T. o deməkdir ki, gecikmək yolverilməzdir. C. T. – 15 dəqiqə gecikmək olar.

Mərasimə hazırlaşan qadınlar yaxşı bilirlər ki, düzgün seçilmiş geyimi səliqəli saç düzümü və keyfiyyətli makiyaj tamamlamalıdır. Obrazda hər kiçik detalı nəzərə alanda insan özünü inamlı hiss edir. Bununla da başqalarında özünə əmin, uğurlu insan təəssüratı yaratmaq çətin olmur.

QEYD:  “Gündəlik Teleqraf” MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.

Previous Post

Poroşenko əvvəlcə Kanadaya, sonra ABŞ-a gedəcək

Next Post

“NATO hələ hazır deyil”

Bənzər yazılar

Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək

Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək

22 İyul 2026 - 10:50

Azərbaycanın Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyev ötən gün gecə saatlarında İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada vəfat edib. Bu...

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

18 İyul 2026 - 13:00

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdə Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. Elchi.az...

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib

17 İyul 2026 - 18:55

Bu gün Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi olub....

“Qərbi Azərbaycandan köçlər. Mühacirlər, xatirələr, sənədlər” kitabı təqdim olundu – FOTO

“Qərbi Azərbaycandan köçlər. Mühacirlər, xatirələr, sənədlər” kitabı təqdim olundu – FOTO

16 İyul 2026 - 17:11

Bu gün tədqiqatçı və jurnalist, tarix üzrə fəlsəfə doktoru Dilqəm Əhmədin "Qərbi Azərbaycandan köçlər. Mühacirlər, xatirələr, sənədlər" adlı kitabının təqdimat...

Next Post

"NATO hələ hazır deyil”

"NATO hələ hazır deyil”

Son xəbərlər

Perinatal Mərkəzdə körpələrin öldüyü yanğınla bağlı təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

Perinatal Mərkəzdə körpələrin öldüyü yanğınla bağlı təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

23 İyul 2026 - 21:09
Dünya Bankı Venesuelada zəlzələdən dəyən zərəri təxminən 20 milyard dollar qiymətləndirib

Dünya Bankı Venesuelada zəlzələdən dəyən zərəri təxminən 20 milyard dollar qiymətləndirib

23 İyul 2026 - 21:03
ABŞ ICRC və IFRC-ə 200 milyon dollardan çox humanitar yardım ayırdığını elan edib

ABŞ ICRC və IFRC-ə 200 milyon dollardan çox humanitar yardım ayırdığını elan edib

23 İyul 2026 - 21:00
Aİ “Yelo Bank”a qarşı sanksiyaları ləğv edib

Aİ “Yelo Bank”a qarşı sanksiyaları ləğv edib

23 İyul 2026 - 20:58
Cəzaçəkmə müəssisəsinə diş məcununun içərisində narkotik keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə diş məcununun içərisində narkotik keçirilməsinin qarşısı alınıb

23 İyul 2026 - 20:56
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

23 İyul 2026 - 19:30
Avropa Liqası: “Qarabağ” – ÇSKA matçının start heyətləri bəlli oldu

Avropa Liqası: “Qarabağ” – ÇSKA matçının start heyətləri bəlli oldu

23 İyul 2026 - 19:21
Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

23 İyul 2026 - 19:11
Bu gün Şirvan və Sabirabadın bəzi ərazilərində qaz kəsiləcək

Bakının iki rayonunda qaz kəsiləcək

23 İyul 2026 - 18:57
Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

23 İyul 2026 - 18:46
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir

Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir

23 İyul 2026 - 18:34
ADY sərnişin daşınmasını 18% artırdı

ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb

23 İyul 2026 - 18:24
Bakıda 23 istiqamətdə sıxlıq var – FOTO

Bakıda 23 istiqamətdə sıxlıq var – FOTO

23 İyul 2026 - 18:09
İlon Mask: Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər

İlon Mask: Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər

23 İyul 2026 - 17:59
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib

Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib

23 İyul 2026 - 17:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.