İyunun 19-20-də Minskdə KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
Elchi.az News.am-a istinadən bildirir ki, bu barədə “BELTA” agentliyinin müxbirinə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Gündəliyə dövlətin inkişaf perspektivləri, beynəlxalq və regional vəziyyət, habelə onun KTMT-yə üzv dövlətlərin təhlükəsizliyinə təsiri daxildir”, – deyə Belarus XİN-dən bildirilib.
Bundan əlavə, KTMT ilə digər beynəlxalq təşkilatlar, xüsusilə BMT, MDB və Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq mövzusu ətraflı nəzərdən keçiriləcək.
Yeganə