“Əl Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında keçirilən oyun zamanı nalayiq jest etdiyinə görə bir oyunluq cəzalanıb.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” Səudiyyə Ərəbistanı Futbol Federasiyasının (SAFF) İntizam və Etika Komitəsinə istinadən məlumat yayıb.
Ölkə çempionatının 21-ci turunun “Əl Şabab”la oyununda (3:2) Ronaldo portuqaliyalıya “Messi!” şüarları səsləndirən rəqib azarkeşlərə nalayiq jest göstərib.
Nuranə Məmmədova