Siyasətçi qeyd edib ki, ifadə azadlığı demokratiyanın tərkib hissəsidir, lakin heç də həmişə uyğun deyil.
Elchi.az xəbər verir ki, Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılması aksiyası müsəlmanlara qarşı hörmətsizlikdir, İsveçin baş naziri Ulf Kristersson deyib.
“Azad söz demokratiyanın əsas hissəsidir, lakin qanuni olan mütləq uyğun deyil. Bir çox müqəddəs kitabların yandırılması dərin hörmətsizlik aktıdır”, – baş nazir tvitində yazıb.
Kristersson Türkiyə səfirliyi qarşısında Quranın yandırılmasından incimiş bütün müsəlmanlara başsağlığı verib.
Şayəstə