Mitinq iştirakçıları müsəlmanların müqəddəs kitabının yandırılmasının təşkilatçısına qarşı amansız mübarizəyə çağırıblar.
Elchi.az xəbər verir ki, İstanbulda yerli sakinlər Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında Quranın yandırılması ilə təxribata sərt cavab veriblər. Etirazçılar Krallığın Baş Konsulluğunun binası qarşısında İsveç bayrağını yandırıblar.
T24-ün məlumatına görə, İsveç bayrağının yandırılması zamanı aksiya iştirakçıları Quranın yandırılması aksiyasını təşkil edən Danimarkanın ifrat sağçı Hard Deal partiyasının lideri Rasmus Paludana qarşı amansız mübarizəyə çağıran şüarlar səsləndiriblər. Bundan sonra İstanbullu fəallar müsəlmanların müqəddəs kitabından ayələr oxuyaraq dua ediblər.
Xatırladaq ki, Danimarkanın ifrat sağçı Hard Deal partiyasının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında Quran yandırılaraq mitinq keçirmək üçün icazə alıb. O, şənbə günü, martın 21-də aksiya keçirib. Bundan əvvəl Stokholmun mərkəzində İsveçin NATO-ya üzvlüyünə və Türkiyə ilə razılaşmalara qarşı nümayiş keçirilib.
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Türkiyənin Stokholmdakı səfirliyində müsəlmanların müqəddəs kitabının yandırılması ilə bağlı aksiya iştirakçılarına “onlar üçün cəhənnəmdə yanmağı” arzulayıb.
Şayəstə