"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Kremlin müdafiəsiz qoyduğu Ermənistan

16 Avqust 2016 - 08:21
in aktual-banner, Banner, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq

Pezeşkian ABŞ-a səsləndi: “Yanaşmanızı dəyişin!”

“Kreml Ermənistanı müdafiəsiz qoyur” – Şoyqunun qəfil Bakı səfərində iki hədəf   Rusiya regiondakı hərbi-siyasi oriyentirini dəyişir?; Rusiya və Azərbaycan hərb nazirlərinin bir günlük fasilə ilə qarşılıqlı səfərlərinin pərdəarxası; işğalçı ölkəni təlaşa salan daha bir qalmaqallı olay; erməni KİV-ləri: “Rusiya Azərbaycanı yeni müharibəyə hazırlayır…”

Rusiya müdafiə naziri Sergey Şoyqunun Azərbaycana iki günlük işgüzar səfəri başa çatıb. Səfər çərçivəsində nazir prezident İlham Əliyev və azərbaycanlı həmkarı Zakir Həsənovla görüşüb. 
Şoyqunun kifayət qədər qəfil sayıla biləcək Bakı səfəri ilə bağlı Rusiya Müdafiə Nazirliyinin səfər öncəsi yaydığı rəsmi açıqlamada görüşlərdə hərbi-texniki əməkdaşlıq və Qarabağ probleminin müzakirə olunacağı, habelə beynəlxalq və regional təhlükəsizlik məsələlərinin diqqət mərkəzində olacağı deyilirdi. Gündəlik tam təsdiqini tapdı.
*****
Avqustun 14-də prezident İlham Əliyev S.Şoyqunu qəbul elədi. Artıq xəbər verildiyi kimi, dövlət  başçısı görüşdə prezident Vladimir Putinin Azərbaycana son səfərinin uğurla keçdiyini vurğulayaraq səfər zamanı iki ölkə prezidentlərinin görüşündə qarşılıqlı əlaqələrin geniş spektrini əhatə edən sahələrlə bağlı müzakirələr aparıldığını, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlığın uğurla reallaşdığını söyləyib. Prezident eyni zamanda Rusiya müdafiə nazirinin Azərbaycana səfərinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılması işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində rusiyalı nazir prezident Putinin Bakı səfərinin və səfər zamanı prezident Əliyevlə keçirdiyi görüşlərin ikitərəfli münasibətlərin, o cümlədən hərbi və hərbi-texniki sahədə əməkdaşlığın daha da genişlənməsi baxımından önəmini vurğulayıb.
“Rusiya və Azərbaycan hərbi idarələrinin hərbi və hərbi-texniki əməkdaşlığa dair müzakirə eləməli ortaq məsələlər var. İki ölkə hərbi idarələri qarşısında duran məsələlərə gəlincə, bugünkü və sabahkı işlərimizdə biz çalışacağıq ki, Rusiya prezidenti ilə Sizin hərbi və hərbi-texniki sahədə razılaşmanızın ehtiva elədiyi hər şeyi nəzərə alaq”, – deyə Şoyqu Azərbaycan prezidentinə müraciətlə qeyd edib. Onun sözlərinə görə, hər iki tərəfin hərbi və hərbi-texniki sfera üzrə danışacağı, müzakirələr və yekunlar aparması üçün çoxlu mövzuları var.
Dünən səfərinin ikinci günü Şoyqu Zakir Həsənovla bir araya gəlib. Məlumata görə, nazirlərin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşündə Rusiya ilə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq və Qarabağ münaqişəsinin həlli yolları əsas müzakirə mövzusu olub.
***** 
Rusiya müdafiə nazirinin və prezident İlham Əliyevin açıqlamalarlndan da göründüyü kimi, Şoyqunun Bakı səfəri ilk növbədə iki ölkə arasında silah ticarəti sahəsində əməkdaşlığı davam etdirməklə bağlı olub. Əslində burada sensasion bir şey yoxdur. Çünki Putinin Bakı səfəri çərçivəsində onunla birgə Azərbaycanda olmuş Rusiya baş nazirinin müavini, hərbi-sənaye kompleksini kurasiya edən Dmitri Roqozin yeni müqavilələrin anonsunu artıq vermişdi. Yeri gəlmişkən, Roqozin 4 günlük aprel müharibəsindən sonra bəyan eləmişdi ki, Rusiya Azərbaycana silah satmaqda davam edəcək – hansı ki, müttəfiq Ermənistanda kəskin reaksiya doğurmuşdu.
Bundan az sonra Azərbaycanın müdafiə nazirinin Moskvaya yollanması, orada rusiyalı həmkarı ilə müzakirələr aparması, üstündən bir gün keçməmiş isə Sergey Şoyqunun Bakıya təşrif buyurması, əlbəttə ki, iki ölkə arasında hərb-texniki sahədə əldə olunan yeni anlaşmaların reallaşması ilə bağlı idi.
Bu anlaşmalar şübhəsiz ki, ən çox işğalçı Ermənistanda qıçıq qarışıq, narazılıq və narahatlıq doğurur. Buradaca onu da yada salaq ki, ötən həftə Moskvada prezident Serj Sərkisyanla birgə keçirdiyi mətbuat konfransında Putin erməni jurnalistin Kremlin Bakı ilə silah ticarəti içində olması ilə bağlı Ermənistanın narahatlığını ifadə edən sualına sərt cavab vermiş, Azərbaycana Rusiyadan silah tədarükünün davam edəcəyinə, bunun Ermənistana dəxli olmadığına açıq işarə vurmuşdu.
Bu açıqlamadan cəmi bir neçə gün sonra isə S.Şoyqu Bakıya gəldi. İndi də erməni KİV-ləri bu səfəri və onun mümkün yekununu intensiv şərh edir. Təbii ki, əsas tənqidlər Moskvaya yönəlib. Məsələn, “Rusiya Azərbaycanı yeni müharibəyə hazıtrlayır?” başlıqlı məqalədə deyilir: “Aprel müharibəsindən dərhal sonra Moskva bəyan elədi ki, Azərbaycanla hərbi-texniki əməkdaşlıq davam edəcək. Ancaq Ermənistana 200 milyon dollarlıq kredit həcmində vəd olunan silahlar hələ də verilməyib”.
“Türkiyə və Azərbaycan qarşısında öhdəliklərini nəzərə alan Rusiya o halda Ermənistana müasir silahlar verə bilər ki, həqiqətən qərara alıb ki, münaqişə tərəflərinə təzyiq göstərməsin, yəni Ermənistanı güzəştlərə məcbur eləməsin, Azərbaycanı müharibəyə sövq eləməsin. Ya bəlkə Ermənistan silahlar o zaman veriləcək ki, buna ehtiyac qalmayacaq. Yoxsa Şoyqunun Azərbaycan rəhbərliyi ilə intensiv təmasları nə anlama gəlir?”, – deyə müəllif sual edir.
Bu mövzuya həsr olunmuş başqa bir təhlili yazıda siyasi icmalçı Akop Bədəlyan yazır: “Rusiyaya eyni zamanda həm Ermənistanın, həm də Azərbaycanın müttəfiqi rolunu oynamaq müyəssər olmur. O, indi Ankara ilə münasibətləri normallaşdırmaqla bu dalandan çıxmaq istəyir. Amma belə görünür ki, Ankara bunun qarşılığında daha mürəkkəb bir məsələni – Qarabağa dair Ankara-Bakı-Moskva oxunun formalaşmasını tələb edir. Ancaq paralel olaraq Rusiya Azərbaycana alternativ təkliflər eləməlidir. İstisna deyil ki, bu, Azərbaycanın KTMT-də (Rusiyanın NATO-su- red.) assosiativ təmsilçiliyi ilə bağlıdır. Ola bilsin, Şoyqu KTMT nazirlərinin görüşünün gözlənildiyi İrəvandan öncə Bakıya baş çəkməklə göstərmək istəyir ki, Moskva üçün KTMT-nin Qafqaz oriyentiri və tərəfdaşı artıq İrəvan yox, Bakıdır”.
***** 
Rusiyalı nazirin Bakı səfərində tək silah məsələləri deyil, ikinci hədəf kimi məhz Qarabağ mövzusuna diqqət ayrılması əslinə qalsa, təəccüblü sayılmamalıdır. Hər halda, Türkiyə ilə münasibətlərin istiləşməsi Qarabağ probleminə də təsirsiz ötüşməyəcək. Kremlin bu məsələdən umduğu dividendlər isə təxmini bəllidir: ərazilərin azad olunması qarşılığında bölgəyə öz sülhməramlılarını yeritmək, Azərbaycanı Avrasiya layihələrinə, hətta KTNMT-yə qoşmaq.
 
Qalır bu kimi taleyüklü planları Bakı və Ankara ilə uzlaşdırmaq. Alınacaqmı? Ən önəmlisi, Kreml əraziləri boşaltmaq üçün İrəvana siyasi təzyiq yolu seçəcək, yoxsa Azərbaycanın əli ilə onu daha sərt şəkildə cəzalandırmaq variantını – misal üçün, apreldəki kimi?..    
Previous Post

Kremlin müdafiəsiz qoyduğu Ermənistan

Next Post

`Yanan bina`da yenidən yanğın oldu

Bənzər yazılar

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

25 Avqust 2026 - 20:20

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya...

Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq

Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq

25 Avqust 2026 - 20:19

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Elmi Konsorsiuma qoşulacaq. Elchi.az Qazaxıstanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir...

Pezeşkian ABŞ-a səsləndi: “Yanaşmanızı dəyişin!”

Pezeşkian ABŞ-a səsləndi: “Yanaşmanızı dəyişin!”

25 Avqust 2026 - 14:00

İran Prezidenti Məsud Pezeşkian Pakistanın Quru Qoşunları Komandanı Asim Munirlə görüşdə bildirib ki, ABŞ İranla münasibətlərdə öz tonunu və yanaşmasını...

Araşdırma: İnsan orqanları eyni sürətlə qocalmır

Araşdırma: İnsan orqanları eyni sürətlə qocalmır

25 Avqust 2026 - 10:49

Avstriya Elmlər Akademiyası ilə əlaqəli CeMM Molekulyar Tibb Tədqiqat Mərkəzi və Vyana Universitetinin əlaqəli qurumları tərəfindən aparılan tədqiqat insan orqanlarının...

Next Post

`Yanan bina`da yenidən yanğın oldu

`Yanan bina`da yenidən yanğın oldu

Son xəbərlər

İndoneziyanın vitse-prezidenti Mehriban Əliyevanı təbrik etdi

Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib

26 Avqust 2026 - 12:28
Ötən ay Azərbaycanda nağdsız ödənişlərin həcmi 11% artıb

Ötən ay Azərbaycanda nağdsız ödənişlərin həcmi 11% artıb

26 Avqust 2026 - 12:16
FHN 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzində təlim keçirib – VİDEO

FHN 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzində təlim keçirib – VİDEO

26 Avqust 2026 - 12:09
Çempionlar Liqasında “Sabah”ın da yer aldığı 32 komanda bəlli oldu

Çempionlar Liqasında “Sabah”ın da yer aldığı 32 komanda bəlli oldu

26 Avqust 2026 - 11:52
İrandan ABŞ kəşfiyyatına milyardlarla dollarlıq zərbə iddiası

İrandan ABŞ kəşfiyyatına milyardlarla dollarlıq zərbə iddiası

26 Avqust 2026 - 11:40
Kolumbiyada 7,4 bal gücündə zəlzələdən sonra ölənlərin sayı artıb

Kolumbiyada 7,4 bal gücündə zəlzələdən sonra ölənlərin sayı artıb

26 Avqust 2026 - 11:27
Azərbaycan nefti cüzi ucuzlaşıb

Mərkəzi Azəri platformasının profilaktik işlər proqramı başa çatıb

26 Avqust 2026 - 11:19
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev “Sabah” futbol klubunu təbrik edib

26 Avqust 2026 - 11:05
Ədliyyə naziri Yevlaxda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Yevlaxda vətəndaşları qəbul edəcək

26 Avqust 2026 - 11:00
Təyyarə yer xidmətləri əməkdaşını vurdu

Təyyarə yer xidmətləri əməkdaşını vurdu

26 Avqust 2026 - 10:56
ABŞ bütün immiqrant vizası müraciətlərini dayandırdı

ABŞ bütün immiqrant vizası müraciətlərini dayandırdı

26 Avqust 2026 - 10:41
Kəmaləddin Heydərov Belarus Respublikasının memarlıq və tikinti naziri ilə görüşdü

Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək

26 Avqust 2026 - 10:33
ABŞ ordusu Karib dənizində narkotik daşıyan qayığı vurdu: 4 ölü

ABŞ ordusu Karib dənizində narkotik daşıyan qayığı vurdu: 4 ölü

26 Avqust 2026 - 10:28
CIA direktorundan Moskvaya diqqətçəkən səfər

CIA direktorundan Moskvaya diqqətçəkən səfər

26 Avqust 2026 - 10:15
İran Hörmüz boğazının cənub dəhlizini bağladı

İran Hörmüz boğazının cənub dəhlizini bağladı

26 Avqust 2026 - 10:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.