"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Kredit problemi – hər iki tərəf vaxt udmağa çalışır, banklar çətin durumda

17 May 2016 - 09:10
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycan qlobal proseslərin önündə

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

 Kredit problemi - hər iki tərəf vaxt udmağa çalışır, banklar çətin durumdaEkspertlərə görə, yaxın il yarımda dövlətdən heç bir güzəşt olmayacaq, amma…

Ölkədə problemli kreditlərin məsələsi həllini tapmır. Hökumət, Mərkəzi Bank, banklar, üstəlik, yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası vətəndaşın mövqeyini dəstəkləmir. Əhalinin böyük əksəriyyətinin isə yüz faizlik devalvasiya nəticəsində iki dəfə artan borcunu ödəmək imkanı yoxdur. 
Artıq qonşu Rusiyada da problem ciddiləşib. Problemli kreditlərin artım tempi 2016-cı ilin ilk rübündə 2 dəfə artaraq 17,82 faiz təşkil edib. Belə kreditlərdə ən çox artım isə nağd pul kreditlərində qeydə alınıb. İlin əvvəlindən bu kreditlərin artım tempi 1 bənd artaraq 21,95 faizə yüksəlib. Azərbaycanda isə rəsmi rəqəmlər problemli kreditlərin yeddi faiz civarında olduğunu göstərir. Rəsmi olmayan hesabatlarda isə bu rəqəm üç dəfə artıqdır. İlin sonuna rəsmi rəqəmin on faizə çatacağı proqnozlaşdırılır. 
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirdi ki, problemli kreditlərlə bağlı vəziyyət müsbətə doğru dəyişməyib, əksinə, müəyyən dərəcədə problemlər dərinləşib: “Çünki problemli kreditlərin həcmi artır. Banklar daha çəkincəli mövqe tutublar. Banklar həm də manat problemi yaşayır, likvidlik problemi var. Manata çıxış və manatla kredit vermək imkanları məhduddur. Dollarla kreditləri isə əhali götürmür. Çünki iki dəfə devalvasiya əhalinin gözünü qorxudub. Yeni yaradılan palata da dollar kreditlərini qadağan edib. Banklarda əsasən dollar kreditlərinin geri qayıdışında problemlər davam edir. Bu, hər ay artan xətlə gedir. Nə Mərkəzi Bank, nə hökumət, nə bankların özü bununla bağlı ciddi addımlar atmaq istəmirlər. Müddətin uzanması problemin daha da dərinləşməsinə səbəb olacaq. Problemin həlli vaxt keçdikcə daha artıq xərc tələb edəcək, hökumət bu problemi daha çox vəsaitlə həll etməyə məcbur olacaq. Çünki bank iqtisadiyyatın qan-damar sistemidir və banklarda yaşanan problem, çöküş bütün iqtisadiyyatı iflic vəziyyətə sala bilər. Banklarda vəziyyət çox ağırdır”.
 
Ekspert Əkrəm Həsənov isə qeyd elədi ki, problemli borclar, o cümlədən dollar kreditləri üzrə dövlət tərəfindən heç bir əhəmiyyətli güzəşt olmayacaq: “Təxminən yaxın 1-1,5 il ərzində güzəşt olmayacaq. Ondan sonra borcların silinməsi, heç olmasa vətəndaşların müflisləşməsi haqqında qanunun qəbulu qaçılmazdır. Əks halda, borcların kütləvi ödənilməməsi şəraitində iqtisadiyyat çökə bilər. Digər tərəfdən, 2 ildən sonra prezident seçkiləri olacaq. Deməli, vaxt bankların əleyhinə işləyir. Uzağı 2018-ci ildə dövlət məsələyə müdaxilə etməyə və borcların çoxunu silməyə məcbur olacaq. Digər tərəfdən, banklar get-gedə zəifləyəcək və borclulara qarşı çoxsaylı və uzunmüddətli məhkəmə proseslərini apara bilməyəcək. Bankların məhkəmələri ələ alması və bütün qərarları öz xeyirlərinə çıxaracağı haqda söz-söhbət- bankların özü tərəfindən buraxılmış şayiədir. Bankların o qədər gücü və pulu yoxdur. Digər tərəfdən, biznes kreditləri üzrə borclu sahibkarların məhkəmələrə təsir imkanları banklardan da çoxdur. Vaxt ən çox borcu manatla olanların xeyrinə işləyir. Çünki yaxın illərdə manatın növbəti kəskin devalvasiyaları qaçılmazdır. Beləliklə, onların gələcəkdə qaytaracağı manat xeyli ucuzlaşmış olacaq.
Ümumiyyətlə isə işsizliyin artması, gəlirlərin düşməsi və qiymətlərin artması şəraitində təminatsız kreditlərin əksəriyyəti faktiki batıb. Banklar bunu başa düşür. Ona görə də çox zaman məsələni məhkəmə yolu ilə deyil, hədə-qorxu ilə həll etməyə çalışır ki, borclular vahimədən hardansa pul tapıb krediti ödəsinlər. Deməli, gəliri olmayan, yaxud az olan şəxs borcunu sadəcə ödəməməli və heç nədən qorxmamalıdır. O cümlədən faiz və cərimələrin artmasından. Borcu indi verə bilmirsə, artan məbləğləri haradan ödəyəcək ki?! Belə borclular həm də ola bilsin, onsuz da əvvəl-axır özlərini müflis elan edə biləcəklər. Buna görə də məsələnin sırf məhkəmədə həll edilməsində inad etsinlər, sonra da məhkəmə qərarını icra edə bilməmələrini bildirsinlər”.
 
Təminatlı kreditlərə gəldikdə isə ekspert bildirdi ki, burada da məhkəmə prosesinin uzunmüddətli olması borclunun xeyrinədir: “Çünki təminat qismində bir qayda olaraq, daşınmaz əmlakın girovu çıxış edir. Daşınmaz əmlakın qiyməti isə düşür və yaxın 1-2 ildə hələ xeyli düşəcək. Deməli, məhkəmə prosesi bankın xeyrinə bitsə belə, daşınmaz əmlakın satışından əldə edilən vəsait əksər hallarda qalıq borc məbləğindən xeyli az olacaq. İstisna deyil ki, borclular özləri məhkəmə prosesini müxtəlif yollarla uzadacaq ki, yekunda açıq hərracdan satılacaq həmin ucuzlaşmış daşınmaz əmlakı yaxınlarının əli ilə özləri də alsınlar. Qalan borcun tutulması üçün isə mənbə sadə olmayacaq və o da batacaq.
Beləliklə, problemli borcların ən böyük sirri vaxtın bankların əleyhinə, borcluların isə lehinə işləməsidir. Buna görə də banklar borclulara qarşı həmləsini gücləndirəcək ki, bacardığını qopara bilsin. Belə şəraitdə, təbii, borclular da prosesi mümkün qədər uzatmaqda maraqlı olacaq. Borclular bunu nə qədər çox, kütləvi və uzunmüddətli etsələr, bir o qədər hamısı udacaq. Çünki xarici təcrübə də göstərir ki, borcluların kütləvi müqaviməti bankları iflic vəziyyətə salır və güzəştə getməyə məcbur edir. Buna görə də banklara bir daha məsləhət görürəm ki, ciddi və əhəmiyyətli güzəştlərə getsinlər. Əks halda, darmadağın olacaqlar. Borclulara isə məsləhət görürəm ki, güzəşt gözləməklə özlərini aldatmasınlar. Mübariz olmalı, müqavimət göstərməlidirlər! Məhkəmə proseslərini uduzmaqdan da qorxmasınlar. Bir qismi udacaq, bir qismi uduzacaq həmin prosesləri. Lakin yekunda hamısı udacaq”.
Ekspertlər onu da bildirirlər ki, ölkədə uzunmüddətli dövrdə həyata keçirilmiş məsuliyyətsiz kreditləşmə, eyni zamanda devalvasiyalardan sonrakı bank sektorundakı vəziyyət problemli kreditlərin həcminin kəskin artımının əsas səbəblərindəndir. Yəni kredit götürənlər üçün hər hansı güzəşt paketi olmazsa, qısa müddət sonra çox ciddi fəsadlar yaradacaq. Bildirilir ki, bu səbəblərdən ilin sonuna qədər Azərbaycanda bankların bağlanması ehtimalı çox yüksəkdir. 
Previous Post

Kredit problemi – hər iki tərəf vaxt udmağa çalışır, banklar çətin durumda

Next Post

Milli Məclis toplanır- 27 məsələyə baxılacaq

Bənzər yazılar

Azərbaycan qlobal proseslərin önündə

Azərbaycan qlobal proseslərin önündə

29 Oktyabr 2026 - 16:53

Prezident İlham Əliyevin liderliyi ilə Bakı beynəlxalq gündəliyin aktual məsələlərinin müzakirə olunduğu, müxtəlif dövlətləri və beynəlxalq təşkilatları bir araya gətirən...

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

29 Oktyabr 2026 - 13:16

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. Elchi.az xəbər verir ki, bu barədə Maliyyə Monitorinqi Xidmətindən məlumat verilib. Məlumata görə,...

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

“Maarif Cığırı-Nizami 885” layihəsi çərçivəsində Nizami gecələri silsiləvi şəkildə davam etdirilir

28 Oktyabr 2026 - 20:44

"Cığır" MDİD İB-nin QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən elan olunan qrant müsabiqə çərçivəsində qalib olduğu "Maarif Cığırı-Nizami 885" layihəsi çərçivəsində...

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

“Maarif Cığırı – Nizami 885” layihəsi uğurla davam etdirilir

28 Oktyabr 2026 - 20:37

"Cığır" mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqədə qalibi olduğu “Maarif Cığırı –...

Next Post

Milli Məclis toplanır- 27 məsələyə baxılacaq

Milli Məclis toplanır- 27 məsələyə baxılacaq

Son xəbərlər

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

29 Oktyabr 2026 - 23:40
“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

29 Oktyabr 2026 - 22:27
İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

29 Oktyabr 2026 - 22:25
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

29 Oktyabr 2026 - 21:07
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21
IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

29 Oktyabr 2026 - 20:18
İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

29 Oktyabr 2026 - 19:49
Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

29 Oktyabr 2026 - 19:29
Xalq artisti Zaur Rzayev vəfat edib

Xalq artisti Zaur Rzayev vəfat edib

29 Oktyabr 2026 - 19:15
Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

29 Oktyabr 2026 - 19:07
“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

29 Oktyabr 2026 - 19:00
Sabah Masallının bu kəndlərində qaz olmayacaq

Sabah Masallının bu kəndlərində qaz olmayacaq

29 Oktyabr 2026 - 18:45
“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

29 Oktyabr 2026 - 18:39
Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

29 Oktyabr 2026 - 18:25
Azərbaycanın xurma ixracından gəliri azalıb

Azərbaycanın xurma ixracından gəliri azalıb

29 Oktyabr 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.