"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

KQB polkovnikinin dəhşətli ölümü: meyiti yaran həkimlər böyük təhlükə ilə üzləşib

29 Yanvar 2015 - 14:06
in MARAQLI
FacebookVatsap

kqbLondonda keçmiş KQB polkovniki, Rusiya xüsusi xidmət orqanları tərəfindən radioaktiv maddə ilə şüalandırılaraq öldürülən Aleksandr Litvinenkonun işi üzrə məhkəmə prosesinin gedişində daha bir neçə sensasion detal açıqlanıb.

Virtualaz.org saytı xəbər verir ki, “The İndependent” qəzeti məhkəmənin gedişində Litvinenkonun cəsədinin yarılması zamanı həkimlərin nə dərəcədə böyük təhlükə ilə üzləşdiyinə dair sübutlar təqdim edilib.

Bunu da oxuyun

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

Günəşdə güclü partlayış baş verib

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

Britaniya Daxili İşlər Nazirliyinin eksperti, patoloqoanatom-həkim Ben Svift deyib ki, Litvinenkonun cəsədinin yarılması dünya tarixində ən təhlükəli tibbi əməliyyat idi.

Cəsədin yarılmasında iştirak edən digər həkim Nat Keri də onun sözlərini təsdiqləyib.

Cəsədin yarılması zamanı patoloqoanatomlar misli görünməmiş təhlükəsizlik tədbirləri görüblər. Onlar ikiqat mühafizə geyim dəsti geyiniblər, hava filtrləri ilə təchiz olunmuş xüsusi kapşonlar taxıblar. Cəsədin yarıldığı binadakı havada da ölümcül təhlükəli olub. Cəsədin yarılması prosesində mütəxəssislərdən biri Litvinenkonun qanının daimi radiasiya nəzarətini həyata keçirib.

Məhkəmədə həmçinin bildiriblər ki, Litvinenkonun qanında ölümcül təhlükəli nüvə izotopu həkimlərdən birinin qan və toxuma nümunələrini qeyri-adi şəkildə təhqiq etməsi nəticəsində üzə çıxıb. Lakin buna baxmayaraq Litvinenkonun qanında ölümcül polonium maddəsini onun öldüyü gün atom energetikası üzrə idarədə aparılmış analiz nəticəsində müəyyən etmək mümkün olub.

Litvinenkonun dul xanımının maraqlarını məhkəmədə müdafiə edən vəkil Ben Emerson deyib ki, poloniumun tətbiqi ilə törədilən qətl heç bir iz buraxmadığından bu maddə ideal silahdır.

Aparıcı patoloqoanatom Nat Keri deyib ki, əgər xüsusi araşdırma aparılmasaydı, Litvinenkonun ölümünün səbəbi heç vaxt üzə çıxmayacaqdı. O, əlavə edib ki, Böyük Britaniyada, ola bilsin hətta dünyada alfa-şüalandırma yolu ilə insan qətli halı ona məlum deyil.

Məhkəmədə Britaniyanın aparıcı nüvə alimlərindən birinin (məhkəmə işində “A1” kod adı ilə göstərilir) rəyi də elan edilib. Orada deyilir ki, poloniumun ölümcül dozası olduqca kiçikdir. Cəmi bir nanoqramdan (qramın milyardda biri) bir mikroqrama qədər (qramın milyonda biri) polonium insanı öldürməyə kifayət edir.

Litvinenkonun poloniumla zəhərləndiyini onun Bakıda doğulmuş keçmiş KQB zabiti (hazırda Dövlət Dumasının deputatıdır) Andrey Luqovoy və Dmitri Kovtunla 2006-cı il, noyabrın 1-də Londondakı “Millenium” otelinin barında görüşü zamanı çay içdikləri keramik çaynikdəki izlər də təsdiq edib. Həmçinin Litvinenkonu öldürmək üçün göndərilən xüsusi xidmət agentlərinin oteldə hansı nömrələrdə qaldıqları açıqlanıb.

Analizlər müəyyən edib ki, Litvinenkonu zəhərləmək üçün istifadə edilən polonium maddəsi süni yolla, yəni hansısa nüvə mərkəzində əldə edilib.

Xatırladaq ki, bundan əvvəl – yanvarın 27-də keçirilən məhkəmə iclasında Litvinenkonun ölümündən qabaq yazdığı məktubu elan edilib. Orada keçmiş KQB zabiti ölümünə görə Rusiya prezidenti Vladimir Putini günahlandırır.

“Sistemi bildiyim üçün mən əminəm ki, başqa ölkənin sakinini onun öz ərazisində, xüsusən də Britaniyada öldürmək əmrini ancaq bir adam verə bilər. Bu, Rusiya prezidenti Vladimir Putindir”- Litvinenko ölümqabağı yazılı ifadəsində bildirib.

A.Litvinenko 2000-ci ildə Britaniyaya qaçıb və bu ölkənin Mİ6 kəşfiyyat xidməti ilə əməkdaşlığa başlayıb. 2006-cı ilin noyabrında isə 43 yaşında əzab-əziyyətlə ölüb. Litvinenkonun poloniumla zəhərlənərək öldürülməsinə görə Britaniyada keçmiş bakılı KQB zabiti Luqovoy və onun həmkarı Kovtun təqsirli bilinir. Britaniya hakimiyyəti bu qətlin Rusiya kəşfiyyatı tərəfindən təşkil edildiyini sübuta yetirib.

Previous Post

KQB polkovnikinin dəhşətli ölümü: meyiti yaran həkimlər böyük təhlükə ilə üzləşib

Next Post

Monitorinq zamanı erməni tərəfi təxribata cəhd göstərib

Bənzər yazılar

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü partlayış baş verib

13 Mart 2026 - 17:47

Martın 13-də Günəşdə güclü partlayış qeydə alınıb. Elchi.az üxəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan (İPG) məlumat verilib. Məlumatda...

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

23 Fevral 2026 - 18:57

Kaliforniya Universitetinin San-Fransisko kampusundan olan alimlər öyrənmənin əzbərləməkdən daha təsirli ola biləcək üsulunu müəyyən ediblər: əsas amil təkrarların sayı deyil,...

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

14 Fevral 2026 - 04:48

Avropa iqtisadçıları məşhur Breaking Bad serialında təsvir olunan psixoloji modelin real həyatda da mövcud olduğunu müəyyən ediblər. Elchi.az xəbər verir...

Next Post

Monitorinq zamanı erməni tərəfi təxribata cəhd göstərib

Monitorinq zamanı erməni tərəfi təxribata cəhd göstərib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

29 İyul 2026 - 21:48
Misirin Aralıq dənizi limanında qaz tankerinə PUA çırpılıb

Misirin Aralıq dənizi limanında qaz tankerinə PUA çırpılıb

29 İyul 2026 - 21:47
Banqkokda yanğın qurbanlarının sayı 37-yə çatıb

Banqkokda yanğın qurbanlarının sayı 37-yə çatıb

29 İyul 2026 - 21:45
Avstriyada uşaqlara sosial şəbəkələr qadağan edilir

Avstriyada uşaqlara sosial şəbəkələr qadağan edilir

29 İyul 2026 - 19:30
“Qarabağ”ın sabiq qapıçısı Türkiyə klubunda

“Qarabağ”ın sabiq qapıçısı Türkiyə klubunda

29 İyul 2026 - 19:26
Hərraclarda iştirak etmək istəyənlərin diqqətinə!

Hərraclarda iştirak etmək istəyənlərin diqqətinə!

29 İyul 2026 - 19:16
Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

29 İyul 2026 - 19:09
Azərbaycan güləş üzrə U-17 dünya çempionatında növbəti medalını qazanıb

Azərbaycan güləş üzrə U-17 dünya çempionatında növbəti medalını qazanıb

29 İyul 2026 - 18:57
Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazandı

Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazandı

29 İyul 2026 - 18:50
Boş qalan magistr yerlərinə əlavə qəbul keçiriləcək

Boş qalan magistr yerlərinə əlavə qəbul keçiriləcək

29 İyul 2026 - 18:41
Qəzzada 60 mindən çox uşaq yetim qalıb

Qəzzada 60 mindən çox uşaq yetim qalıb

29 İyul 2026 - 18:36
DİM magistraturaya qəbulun nəticələrini elan etdi

DİM magistraturaya qəbulun nəticələrini elan etdi

29 İyul 2026 - 18:26
Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

29 İyul 2026 - 18:14
Liviya Rusiyaya öz ərazisində neft zavodu tikməyi təklif edir

Liviya Rusiyaya öz ərazisində neft zavodu tikməyi təklif edir

29 İyul 2026 - 18:00
Netanyahu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens ilə görüşüb

Netanyahu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens ilə görüşüb

29 İyul 2026 - 17:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.