Kolumbiyada mədən partlayışı: 21 ölü

63

Kolumbiyanın Cundinamarca inzibati bölgəsində dünən üç kömür mədənində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 21-ə çatıb.
Elchi.az xəbər verir ki, Cundinamarca valisi Nicolas Garcia açıqlamasında qapalı qalan mədənçilərin həyatını itirdiyini ifadə edərək, “Təəssüf ki, 10 mədənçi həyatını itirdi və ümumi sayı 21-ə yüksəldi. 10 cəsədin çıxarılması üçün işlərə bu gün başlanılır”.
Sutatausa qəsəbəsinin El Cajon bölgəsində El Hoyo, Lucero və La Esperanza adlı kömür mədənlərində partlayışlar olub və ilk açıqlamada 11 mədənçinin öldüyü bildirilib.
Qapalı qalan 10 nəfərin xilas edilməsi üçün dünəndən etibarən axtarış-xilasetmə işlərinə başlanılıb.
Kolumbiya prezidenti Qustavo Petro sosial media hesabından verdiyi açıqlamada, “Biz qapalı qalan mədənçiləri xilas etmək üçün qubernatorluqla birlikdə lazım olan bütün səyləri edirik”deyib.
Ölkədə qeyri-qanuni istismar edilən mədənlərdə təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə olmaması və nəzarətin olmaması səbəbindən çoxlu sayda ölümlə nəticələnən qəzalar baş verir.
2010-cu ildə Kolumbiyada kömür mədənində baş verən partlayışda 73 nəfərin ölümü “ölkə tarixində ən faciəli qəza” kimi qeydə alınıb.

Şayəstə