ABŞ vurulan pilotsuz təyyarə ilə bağlı insidentə baxmayaraq, Qara dəniz səmasında kəşfiyyat missiyalarını davam etdirəcək. Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin sözlərinə görə, kəşfiyyat təkcə Amerikanın regiondakı milli təhlükəsizlik maraqları naminə deyil, həm də Ukraynaya “və özünü müdafiə etmək qabiliyyətinə” dəstək məqsədilə aparılacaq.
Martın 14-də Qərb mediası Qara dəniz üzərində Amerika PUA ilə Rusiya qırıcısının toqquşması ilə bağlı xəbər yayıb. Daha sonra Rusiya Müdafiə Nazirliyi ABŞ istehsalı olan MQ-9 pilotsuz təyyarəsinin Qara dənizə düşdüyünü təsdiqləyib.
Hərbi idarə pilotsuz uçan aparatın transponderlərlə uçduğunu və Krım yarımadası yaxınlığında hava məkanından istifadə rejiminin sərhədlərini pozduğunu bildirib.
Havar Şəfiyeva