Kolumbiyanın xarici işlər naziri Laura Sarabia Xorxe İvan Ospinanın ölkəsinin Ramallaha yeni səfiri təyin olunduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, paytaxt Boqotada Xarici İşlər Nazirliyində təşkil edilən mərasimdə çıxış edən Sarabia Ospinanın Fələstindəki diplomatik missiyasına rəsmi olaraq başladığını bildirib.
Sarabia mərasimdəki çıxışında İsrailin Qəzzaya qarşı davam edən hücumlarına diqqət çəkib.
Nazir Sarabia, “Qəzzada yaşanan soyqırım qarşısında susmaq heç vaxt bir seçim ola bilməz. Tarix boyu dünya sülhü və zərər çəkmiş xalqların müdafiəsinə olan bağlılığımız davam edəcək” dedi.
Sarabia, Kolumbiya Prezidenti Qustavo Petronun insan haqları və beynəlxalq ədalətə “güclü bağlılıq” göstərdiyini vurğulayaraq, “Fələstinin əzablarına biganə qala bilmərik. Qəzzada insanlar təkcə bombalardan deyil, aclıqdan da ölür. Ospina Kolumbiyanın Fələstində səsi olacaq” dedi. Kolumbiyanın Ramallah səfiri Ospina da mərasimdə verdiyi açıqlamada Fələstin xalqına dəstək mesajı verib. Fələstinlilərin tarixi hüquqlarına məhəl qoyulduğunu ifadə edən Ospina, “Yaxın Şərqdə daimi sülh yalnız iki dövlətli həll yolu ilə əldə edilə bilər. Fələstin xalqı ilə həmrəy olacağıq və beynəlxalq arenada onların səsini eşitməyə davam edəcəyik” deyib.
Şayəstə Hüseynova


















