Kolumbiya İsraillə diplomatik əlaqələri kəsib

🗓 02.05.2024 17:30 ✍️ "Elçi" qəzeti
Kolumbiya İsraillə diplomatik əlaqələri kəsib
Kolumbiya prezidenti Qustavo Petro İsrail hökumətini fələstinlilərə qarşı soyqırımda ittiham edərək, onunla diplomatik münasibətləri kəsdiyini elan edib. Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, bu barədə "Deutsche Welle"-nəşri bildirib. Nəşrin məlumatına görə, Petro Boqotada Beynəlxalq Əmək Günü münasibətilə etdiyi çıxışda Fələstin xalqının məhv ediləcəyi təqdirdə bütün bəşəriyyətin də məhv olacağını bəyan edib. O, əlavə edib ki, mayın 2-də İsraillə əlaqələr kəsiləcək. Kolumbiyanın Xarici İşlər Nazirliyi İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlara görə diplomatik heyətin vətənlərinə dönəcəyini açıqlayıb. İsrail və Fələstində olan Kolumbiya vətəndaşları Təl-Əvivdəki konsulluq şöbəsindən müvafiq xidmətləri alacaqlar. İsrail hakimiyyəti Kolumbiya prezidentinin bəyanatlarını kəskin şəkildə pisləyib. İsrailin xarici işlər naziri İsrael Katz Qustavo Petronu HƏMAS-ın qatillərini və təcavüzkarlarını mükafatlandıracağını vəd edən antisemit adlandırıb. Yeganə

Bənzər yazılar