“Köhnə dünya nizamı dağılır”.
Elchi.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.
O, böyük güc siyasəti dövrünün gəldiyini bəyan etdi. Eyni zamanda o, bu yeni reallığı tale kimi qəbul etməyə çağırıb:
“Böyük güclərin bu yeni dünyası güc üzərində qurulub… Bu, rahat yer deyil”,-deyə Merts bəyan edib.
O, Avropa müttəfiqlərini Rusiya və Çinin dəyişən rolları və ABŞ rəhbərliyinə meydan oxuması fonunda bir-birinə yaxınlaşmağa çağırıb. Almaniya kansleri həmçinin bəyan edib ki, Danimarka və Qrenlandiya xalqı həmrəyliyimizə arxalana bilər.
Yeganə





















