İsveçrə köhnə tankları Ukraynaya təhvil verməyi planlaşdıran ölkələrə satmaqdan imtina edib.
Elchi.az xəbər verir ki, İsveçrənin 96 Alman Leopard 1A5 tankını Ukraynaya ötürmək imkanı var idi, lakin bu ideyadan əl çəkdi və indi İtaliyada paslanmağa davam edir. Bu barədə hərbi ekspert Peter Suçiu 19FortyFive üçün məqaləsində bildirib.
“İsveçrə 200 ildən artıqdır ki, sərt neytrallıq siyasətini davam etdirir. Lakin onun tənqidçiləri hesab edirlər ki, Ukraynaya yüzə yaxın Leopard 1A5 döyüş tankı verməkdən imtina etməklə, əslində Rusiyaya kömək edir.
Ekspert hesab edir ki, Bern nə vaxtsa öz tanklarını Ukraynaya ötürə biləcək digər Avropa ölkələrinə satmağa hazır olub, lakin bundan sonra ölkə rəhbərliyi bundan imtina edib. Eyni zamanda, nəşr qeyd edir ki, 96 tank Ukraynanın hücumu zamanı vəziyyəti yaxşılaşdıra bilərdi.
Şayəstə Hüseynova